Mübariz Mənsimovun yaratdığı mif darmadağın oldu
18.05.2022 [10:08]
O, nə xeyriyyəçi, nə dindar, nə də millətçidir!
Mahir BABAYEV
XXI yüzillik informasiya əsridir. Məlumat çağının üstünlükləri də var, çatışmazlıqları da. Baxır informasiya texnologiyalarından hansı niyyətlə və necə istifadə edilir. Faydalı işlər üçün yararlananlar öz yerində... Bir də xüsusilə sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edib yalan üzərində piar quran, süni imic formalaşdırmağa - mif yaratmağa çalışanlar da var. “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov kimi.
Gəmiqayırma maqnatının “xeyriyyəçi” obrazını yaratmaq üçün piar menecerləri “facebook”dan girib “Instagram”dan çıxırlar, “Tiktok”u belə Mənsimovun “saleh əməlləri” bəzəyir. “Əsrimizin Hacı Zeynalabdin Tağıyevi” kimi təqdim olunan biznesmen, hətta “ehtiyacı olanlara yardımı”nı “Allahın əli” kimi təqdim edir. Amma reallıqlar dindən-imandan, xoş niyyətdən-yardımdan, ədalətdən-mərhəmətdən danışan “Palmali” bossunun sözü ilə əməlinin uyğunsuzluğunu təsdiq edir. Faktlar təsdiqləyir ki, o, əslində, xeyirxah deyil, “dindar və milliyyətçi” adı arxasında gizlənərək çox sayda qanun pozuntusuna, ədalətsizliyə, vicdansızlığa yol verən biridir. Bir neçə nümunəyə diqqət yetirək:
- Qəzetimizin ötən saylarından birində qeyd etmişdik ki, özünü “yardımsevər” obrazında təqdim edən Mübariz Mənsimov hər müraciət edənə yardım göstərmir. Çünki yardım etmək üçün ilk tələbi belə olur: “köməklik göstərilməsini kameranın yaddaşına yazacağıq və daha sonra sosial şəbəkələrdə, nəzarətimizdə olan saytlarda reklam edəcəyik”. Bunu qəbul etməyən şəxslərə “xeyriyyə əli” uzadılmır. Bu günlərdə redaksiyamıza daxil olan müraciət də bunu təsdiqləyir. Adının çəkilməsini istəməyən şəxs qeyd edir ki, o, Mənsimova yardım üçün müraciət etmək niyyətini bildirsə də, rədd cavabı alıb. Səbəb isə budur ki, ehtiyacı olduğu halda, ona köməklik göstərilməsi reytinq gətirməyəcək, çünki sıradan adamdır, həssas qruplardan deyil. Beləliklə, bu fakt Mənsimovun şəhid ailələrinin adından öz piarını aparmaq üçün istifadə etməsi reallığını bir daha əks etdirir. Müsahibəsində Qarabağa investisiya yatırmaq fikrində olmadığını deyən, “Azərbaycanda məni sevməyən qüvvələr var” söyləyən iş adamının şəhid ailələri adından sui-istifadə etməsi, təbii ki, təəccüblü deyil;
- Bu zamana qədər Mənsimov haqqında tənqidi fikirlər söyləyənlər (yaxından tanıyanlar) onun üçün “müqəddəs dəyər”in pul olduğunu ifadə ediblər. Haradasa başa düşmək olar - çünki bu, Mənsimovdur. Amma biznesmenin “qarın qardaşdan irəlidədir” prinsipi ilə yaşaması onun “kəfənin cibi yoxdur” (axirətə pul aparmayacağıq) sözü ilə üst-üstə düşmür. Söhbət onun qardaşı Maarif Mənsimovun prokurorluğa ünvanladığı şikayət ərizəsində əksini tapan məsələlərdən gedir. Maarif Mənsimov qardaşı Mübariz Mənsimovun çirkli əməllərinə və şəriklərini aldatmasına etiraz olaraq, şirkətdəki bütün vəzifələrindən imtina etdiyini bəyan edib. Mübariz Mənsimovun şirkətinin rəhbəri olan Nuray N.P. ilə birlikdə işlədikləri hər kəsi saxta vədlərlə aldatdığını bildirən Maarif Mənsimov qardaşından satın aldığı Beşiktaşın Ulus məhəlləsindəki villasının sənədlərini hələ də əldə edə bilmədiyini bildirib. O, prokurorluğa yazdığı ərizəsində “Etdikləri hüquqazidd hərəkətləri ilə dövlətə və cəmiyyətə zərər verən bu insanların haqq etdiyi cəzanı alması üçün bu şikayəti etməyi vacib saydım”, - deyə bildirib. Göründüyü kimi, qardaşına qarşı dələduzluq və qanunsuzluq edən şəxsin özünü “yardımsevər” göstərməsi absurddur - sadəcə olaraq, ikrah və gülüş doğurur;
- Rəhbərlik etdiyi şirkətin gəmisinin 150 işçisinin yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilməməsi, üstəlik, etiraz etdiklərinə görə şantaj və təhdidə məruz qalmaları da, hər halda, “ədalətli”, “mərhəmətli”, “xoşniyyətli” davranış deyil. “Ruzini Allah verir”, “mən ehtiyacı olanlara yardım etmirəm, bu, Allahın əlidir” ,- deyən Mənsimovun işçilərinin zəhmətinin qarşılığını verməməsi - haqqını yeməsi nə deməkdir bəs?!
Bunlarla yanaşı, Mənsimov internet kanallarından birinə verdiyi müsahibədə söylədiyi bəzi sözlərlə özünü tamamilə ifşa, təkzib və rəzil edib. Söhbət Mənsimovun FETÖ kimi Türkiyə dövlətini və xalqını hədəf seçən, beynəlxalq axtarışda olan bir cinayətkarı - Sedat Peker adlı şəxsi müdafiə etməsindən gedir. O, indiyə qədər qardaş Türkiyəni ləkələmək üçün 1001 yalan söyləyən - dezinformasiya yayan, əks-təbliğat aparan bu şəxsdən bəhs edərkən “Boş adam deyil, danışdıqlarının hamısı doğru çıxdı”, “Onun iddialarının doğru olduğunu bilirik” deyir. Mənsimovun “doğrudur” dediyi iddialar Türkiyəyə qarşı yönəlmiş fikirlərdir. Görünən odur ki, “Palmali” bossu da xidmət etdiyi FETÖ kimi qardaş ölkədə “Troya atı” funksiyasını yerinə yetirir - sözü və əməli ilə Türkiyəni hədəf seçib. Digər tərəfdən, o, “Sedat Peker də millətçidir, mən də millətçiyəm” deyir. Maraqlıdır, Mənsimovun “millətçi” olmaq meyarı nədir - necədir? “Üçüncü nəslində erməni olanları şirkətdə işə götürmərəm” demək və daha sonra okeanın o tayında erməni əsilli mafiya lideri Levon Termedzyanla şərik olmaq millətçilikdir? Bəlkə, Mübariz Mənsimovun ABŞ-da Türkiyə əleyhinə lobbi fəaliyyəti ilə məşğul olması (bu fakt Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) 2020-ci il tarixli hesabatında əks olunub) da millətçilikdir? Bundan başqa, Mənsimovun müdafiə etdiyi, dəstəklədiyi bloggerlərdən birinin çexiyalı parlamentari Yaromir Ştetina ilə hələ o zaman işğal altında olan Qarabağdakı qondarma rejimin “parlament”indəki görüşünü əks etdirən foto da “Palmali” rəhbərinin xalqına, dövlətinə sadiqliyindən xəbər vermir. Bir müddət İrəvanda yaşayan, Türkiyə əleyhinə təbliğat aparmaqla, qondarma “erməni soyqırımı”nı həqiqət kimi təqdim etməklə məşhur olan Amberin Zaman da, hər halda, Mübariz Mənsimovu “türk oğlu türk” və ya “millətçi” olduğuna görə müdafiə etməyib. Yeri gəlmişkən, Sedat Pekeri müdafiə cəhdi Mənsimovun cinayətkar sevgisini bir daha aşkara çıxarır. Şəriki Levonun ABŞ xəzinəsinə bir milyard dollarlıq zərər verməsi və barəsində 130 il həbs cəzası istənilməsi “Palmali” rəhbərinin əhatəsinin “təmizliyi”ndən xəbər verir.
Bütün bunlar Mənsimovun “xeyriyyəçi” imicinin, “dindar, millətçi” obrazının saxta olduğunu, yaratdığı mifin darmadağın olmasını əks etdirir. Əlavə sözə nə hacət!
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

