Cənubi Koreya Şimali Koreyaya qarşı...
10.06.2023 [10:55]
Rəsmi Seul BMT Təhlükəsizlik Şurasında Pxenyanla bağlı sənədlərin qəbuluna nail olacaqmı?
BMT Təhlükəsizlik Şurasına beş qeyri-daimi üzvünün seçilməsi üçün təşkilatın Baş Assambleyasında səsvermə keçirilib. Bu həftə keçirilən səsvermədə Afrika qitəsindən Əlcəzair (184 səs) və Sierra Leone (188 səs), Asiya-Sakit okean regionu üzrə Cənubi Koreya (180 səs), Latın Amerikası və Karib dənizi regionundan Quyana (191 səs) və Şərqi Avropa regionundan Sloveniya (153 səs) şuraya üzv seçiliblər. Qaydalara əsasən, qeyri-daimi üzv seçilmək üçün Baş Assambleyanın bütün üzvlərinin (193) ən azı üçdə ikisinin (129) səsi tələb olunur. Bunlardan yalnız Sloveniyanın səsvermədə rəqibi (Belarus) olub. Yeni üzvlərin səlahiyyət müddəti 2024-cü il yanvarın 1-də başlayacaq və 2025-ci il dekabrın 31-də başa çatacaq. Onlar BMT Təhlükəsizlik Şurasında müvafiq olaraq Qabon və Qananı (Afrika), Birləşmiş Ərəb Əmirliklərini (Asiya və Sakit okean regionu), Braziliyanı (Latın Amerikası və Karib dənizi regionu) və Albaniyanı (Şərqi Avropa regionu) əvəzləyəcəklər. Yeni seçilmiş ölkələrin hamısı əvvəllər də BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi təmsil olunublar.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 15 üzvü var. ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya daimi üzvlərdir. Qalan 10 üzv coğrafi regionlar üzrə 2 il müddətinə seçilirlər.
Yeni üzvlər arasında Cənubi Koreya hesab edir ki, bu statusundan istifadə edərək Şimali K?reya ilə bağlı problemləri BMT Təhlükəsizlik Şurasında daha çevik şəkildə gündəmə gətirə biləcək. Cənubi Koreyanın BMT-dəki nümayəndəsi Hvanq Cun-kuk bildirib ki, ölkəsi iki il müddətinə qeyri-daimi üzvü seçilməklə Şimali Koreya probleminin və digər qlobal təhlükəsizlik məsələlərinin daha səmərəli həlli üçün BMT orqanındakı mövqeyini genişləndirib. Həqiqətən, Cənubi Koreyanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Asiya-Sakit okean regionu problemlərinın həllinə kömək edə bilərmi?
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Turab Rzayev hesab edir ki, Cənubi Koreyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Şimali Koreya ilə bağlı hər hansı bir problemin həllinə təsir göstərməyəcək. O bildirib ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük ölkəyə xüsusi üstünlük vəd etmir: “Sadəcə üzv ölkələr mütəmadi olaraq təşkilat çərçivəsində gündəmə yeni mövzular gətirə bilər, aktiv şəkildə səsvermədə iştirak edə bilərlər. Cənubi Koreya da bundan istifadə edəcək. Məsələn, Şimali Koreya hər hansı beynəlxalq hüququ pozarsa, nüvə silahından istifadəyə yol verərsə, bu addımların qarşısını BMT vasitəsilə almağa çalışa bilər”.
“Cənubi Koreyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması şimal ilə cənubun birləşməsinə də təsir göstərməyəcək. Eyni zamanda, Şimali Koreyanın kommunist rəhbərliyinin idarəetmə formasını dəyişib, demokratik rejimin qurması da real görünmür. Cənubi Koreya BMT Təhlükəsizlik Şurasına üzv olduğu üçün müxtəlif beynəlxalq məsələlərlə bağlı qərarların qəbulunda fəal şəkildə iştirak edə bilər. Çünki BMT Təhlükəsizlik Şurasına üzv olmaq ölkənin diplomatik gücünü artırır” - deyə müsahibimiz əlavə edib.
GÜLAY
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34

