Moskvaya ardıcıl hücumlar...
22.08.2023 [11:23]
Hava limanlarına məhdudiyyət qoyuldu
Y.BAYRAMOVA
Dünən səhər saatlarında Moskvaya yeni dron hücumu qeydə alınıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Hücumla əlaqədar olaraq hava limanlarına məhdudiyyət qoyulub, uçuşlar digər şəhərlərə yönəldilib.
4 gündə 2 hücum
Qeyd edək ki, bu, dörd gündə Moskvaya ikinci hücumdur. Moskvada hədəflərə hücum etmək istəyərkən hava hücumundan müdafiə sistemi Ukraynaya məxsus PUA-nı vurub. Hadisə avqustun 18-də Moskva vaxtı ilə saat 04:00 radələrində baş verib. Bildirilir ki, pilotsuz təyyarə Rusiya paytaxtının Krasnopresnenskaya sahili yaxınlığında zərərsizləşdirilib. Hücum nəticəsində itki və yanğın olmayıb.
Xatırladaq ki, avqustun 11-də Moskva yenə dron hücumlarına məruz qalıb. PUA hücumu səbəbindən “Vnukovo” hava limanı müvəqqəti bağlanmışdı.
3 ayda 7-ci dron
Qeyd edək ki, bu kimi hadisələr son üç ayda intensiv hal alıb. Belə ki, mayın 3-dən bu yana Moskvaya artıq 7 dəfə bu tip hücumlar müşahidə edilməkdədir. Mayın 3-də paytaxta edilən basqın ən çox rezonans doğuran hadisəyə çevrilmişdi. Ukraynanın iki pilotsuz təyyarəsinin köməyi ilə Rusiya Prezidentinin Kremldəki iqamətgahına zərbə endirməyə cəhd etməsi ilə bağlı yayılan məlumatda bu hücum da terror aktı adlandırılmışdı və Prezident Putinə sui-qəsd kimi qiymətləndirilmişdi. Ehtimallara görə, hücum Ukraynanın UKRJET şirkəti tərəfindən hazırlanmış UJ-22 hava-dronları vasitəsilə həyata keçirilmişdi.
Mayın 30-da da paytaxtın üç istiqamətində - Lenin prospektində, Profsoyuznaya küçəsində və Yeni Moskvanın Atlasova küçəsində bu kimi hücumlar qeydə alınmışdı. Həmin vaxt dronlardan birinin partlamayan KZ-6 formalı yük daşıdığı da məlum olmuşdu. Digər PUA-lar isə Moskvaya yaxınlaşmamış zərərsizləşdirilmişdi.
İyunun 21-də Yeni Moskva və Moskva vilayətlərində üç PUA düşürülmüşdü. PUA-lardan biri Lukino kəndi yaxınlığındakı Paxra çayı vadisinə, digər ikisi isə Moskva vilayətinin Naro-Fominsk rayonunun Kalininets kəndində endirilmişdi. Bu hücum vaxtı Moskva vilayətinin qubernatoru Andrey Vorobyov dağıntı və tələfatın olmadığını diqqətə çatdırmışdı. Rusiya Müdafiə Nazirliyi isə baş verənləri terror aktı kimi qiymətləndirmişdi. Hərbi idarə baş verənlərə görə Ukraynanı günahlandırmışdı.
Ukrayna Silahlı Qüvvələri iyulun 4-də səhər saatlarında Moskva şəhərinin Yeni Moskva rayonuna bir neçə pilotsuz uçuş aparatı ilə hücum edib. Bu barədə açıqlama verən Moskvanın meri Sergey Sobyanin hücum nəticəsində itki və dağıntının qeydə alınmadığını bildirmişdi. Hücum Vnukovo hava limanı yaxınlığında yerləşən hərbi hissəyə və aviabazaya edilmişdi. Nəticədə hava limanının fəaliyyətində tətbiq olunan məhdudiyyət aradan qaldırılmışdı.
Ukrayna “yaxasını kənara çəkir”
Baş verənlərdə ən maraqlı hal isə Ukraynanın da bu məsələdən “boyun qaçırması” sayıla bilər. Daha doğrusu, hələ ilk hücum zamanı, mayın 3-də Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kreml Sarayına pilotsuz təyyarə hücumunun arxasında Ukraynanın olması ilə bağlı iddialarını rədd etmişdi. Ukrayna tərəfi iddia etmişdi ki, belə bir hücumla əlaqələri yoxdur. Bunu Qərbin hərbi mütəxəssisləri də “təsdiqləmişdi”. Əsas kimi isə Moskvanın ən müasir raket əleyhinə qurğularla mühafizə olunmasını göstərmişdilər. Beləliklə, Kremlə qarşı hər hansı bir hücum haqda iddia etmək hərbi cəhətdən mümkünsüz sayılmışdı.
Rusiya üçün “bəhanə”...
Baş verənlərdə ən mühüm nüans “nüvə təhlükəsi” təhdidinin olması kimi irəli sürülür. Siyasi mütəxəssislər ortada bəzi “təsadüf”ləri nəzərə alır. Hər dəfə Moskvaya hücum edildiyi haqda informasiyaların ardından ya cəbhə bölgəsində güclü hücum müşahidə olunur, ya da Ukraynaya nüvə silahı atıla bilməsi haqda informasiyalar yayılır. Beləliklə, Qərb mütəxəssisləri Moskvaya hücumun arxasında fərqli məsələlərin dayandığını iddia edirlər. Onlara görə, yeni PUA hücumları qarşıdakı müddətdə də Rusiya üçün əla bir “bəhanə” rolunu oynaya bilər...
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

