Ukrayna geri çəkilsə...
22.08.2023 [11:30]
Zelenski və Zaxarovanı qarşı-qarşıya gətirən qərar
Ukrayna Prezidenti Volodimir Zelenskinin avqustun 19-da İsveçə rəsmi səfərindən sonra hadisələrin ümumi gedişində bir çox əsaslı dəyişikliklər olacağı gözlənilir. Belə ki, Zelenski sözügedən səfər zamanı bir neçə rəsmi görüşdə iştirak edib və səfərin ardından önəmli açıqlamalar verib.
Bu görüşün nəticələrindən biri kimi, İsveçin CV90 piyada döyüş maşınları (PDM) Ukraynada da istehsal olunacaq. Zelenski bildirib ki, hazırda sözügedən texnikalardan ön cəbhədə səmərəli istifadə olunur: “Biz həmçinin CV90-ları Ukraynada istehsal etməyi planlaşdırırıq”. Zelenski qeyd edib ki, Ukrayna ilə İsveç arasında hərbi əməkdaşlıq inkişaf edəcək.
Zelenski dünyadan kömək istədi
Zelenski bununla yanaşı ölkəsini qorumaq üçün dünyadan kömək istəyib: “Mən dünyanı Rusiya terroruna qarşı durmağa çağırıram. Ukraynanı özünü qorumaq üçün əlavə vasitələrlə təmin edin. Rusiya bu müharibədə uduzmalıdır”. O, dünya dövlətlərini Rusiyaya qarşı mübarizəyə çağırıb.
Ukraynalı pilotlar İsveç döyüş təyyarələri ilə təlimlər keçirir
Zelenski İsveçdə baş nazir Ulf Kristersson ilə birlikdə mətbuat konfransı da keçirib. Xüsusi məqamlarla yadda qalan konfransda çıxış edən Zelenski bildirib ki, ?kraynalı pilotların İsveçin “Gripen” döyüş təyyarələrinin idarə olunması ilə bağlı təlimləri başlayıb. O, təlimlərin Ukrayna ordusu üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Ukrayna Türkiyəni İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə çağırıb
Bununla yanaşı Zelenski konfransda Ukraynanın İsveçin NATO-ya daxil olmasını dəstəklədiyini açıqlayıb, xüsusən də alyansın üzvü olan Türkiyə ilə danışıqlarda bu məsələni qaldırıb. Dövlət başçısı vurğulayıb ki, İsveç “NATO-nun xeyrinə tamamilə rasional seçim edib” və ukraynalıların seçimi də buna bənzəyir.
“Əminəm ki, dövlətlərimiz birlikdə Alyansda olacaq və təhlükəsizliyə, xüsusən də bu Baltik-Qara dəniz-Azov regionunda zəmanət verəcək”, - Zelenski əlavə edib.
O qeyd edib ki, Alyansdakı bütün tərəfdaşlarla danışıqlarda “biz İsveçin NATO-ya daxil olması üçün, o cümlədən Türkiyə ilə danışıqlarda daimi dəstəyə çağırırıq”.
“Mən cənab Ərdoğanla bu yaxınlarda keçirdiyim görüşdə NATO-da İsveçin lehinə arqumentlər söylədim. Biz bu işi gələcəkdə - İsveçin NATO-ya qəbulunda davam etdirəcəyik”, - Zelenski deyib.
Rusiyanın son raket hücumu cavabsız qalmayacaq
Görüşün ardından dövlət başçısı ənənəvi olaraq ünvanladığı videomüraciətdə ölkəsinin Çernihiv şəhərinə raket hücumunun cavabsız qalmayacağına söz verib. “Əminəm: bizim döyüşçülərimiz bu terror aktına görə Rusiyaya cavab verəcəklər. Tutarlı cavab”, - o vurğulayıb.
Ukrayna lideri əlavə edib ki, müxtəlif liderlər, dövlət nümayəndələri və beynəlxalq təşkilatlar Rusiyanın Çernihivə zərbəsini pisləyiblər.
Xatırladaq ki, Çernihivə raket hücumu avqustun 19-da yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 12:30-da) Alma Spası bayramında həyata keçirilib. Raket buraxıldıqdan sonra şəhərdə hava hücumu barədə həyəcan siqnalı işə salınıb. Sərhədə yaxın olduğu üçün Rusiya ballistik raketlərinin Çernihivə çatması cəmi bir dəqiqə çəkir. Hadisə nəticəsində 7 nəfər ölüb, 140-dan çox insan yaralanıb. Həlak olanlar arasında 6 yaşlı qız da var.
Ukrayna tərəfdaşlarından 42 ədəd “F-16” qırıcısı alacaq
Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında da maraqlı bir açıqlama ilə çıxış edib. O bildirib ki, Ukrayna birinci mərhələdə tərəfdaşlardan 42 ədəd “F-16” qırıcısı alacaq.
“Mark Rutte və mən Ukraynaya veriləcək “F-16”ların sayı barədə razılığa gəldik - pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra. 42 ədəd təyyarə. Bu hələ başlanğıcdır”, - Prezident yazıb. Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin pilotları üçün təlimlər başa çatdıqdan və digər şərtlər yerinə yetirildikdən sonra “F-16” döyüş təyyarələri təhvil veriləcək.
Qeyd edək ki, avqustun 17-də Amerika Birləşmiş Ştatları “F-16” qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna pilotların hazırlığı başa çatdıqdan sonra Amerika qırıcıları ilə təmin olunacaq.
Bu regionu NATO üzvlüyünə dəyişməyə hazırıq
Məlum olduğu kimi, bir müddət əvvəl NATO baş katibinin ofisinin rəhbəri Stian Yensen Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi müqabilində alyansa üzv ola biləcəyini söyləmişdi. Vladimir Zelenski NATO üzvlüyü qarşılığında ərazi güzəştinə dair səslənən fikirlərlə bağlı açıqlama edərək bildirib ki, Belqorodu Ukraynanın NATO-ya üzvlüyü ilə mübadilə etməyə hazırdır.
Zaxarova Zelenskinin fikirlərini qəbul etmədi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskinin Belqorodun NATO üzvlüyü ilə mübadilə edilməsi yönündə açıqlamasına münasibət bildirərkən deyib ki, görünür, o, dozadan artıq qəbul edib.
Ukrayna geri çəkilsə, bütün qonşu dövlətlər təhlükə ilə üzləşəcək...
Ukrayna Prezidenti Volodimir Zelenski Danimarka parlamentində çıxış edərkən deyib ki, Ukrayna Rusiyanın təcavüzünə qarşı çıxmasa, geri çəkilsə, bütün qonşu dövlətlər təhlükə altında olacaq. O, Ukraynanın müqavimətinin davam edəcəyini vurğulayıb: “Siz hamınız bunu görəcək, hiss edəcəksiniz”.
Sadiq
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

