Məkrli plan...
30.11.2023 [11:15]
Qarabağ ermənilərinin azərbaycanlıların tarixi torpaqlarına yerləşdirilməsi beynəlxalq hüquqa ziddir
Nardar BAYRAMLI
Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı ilə bağlı məsələnin beynəlxalq gündəmə çıxarılması Ermənistan hökumətində təşviş yaradıb. Rəsmi İrəvan bu prosesi əngəlləmək üçün müxtəlif variantlara əl atır. Belə ki, Paşinyan hökuməti Qarabağdan könüllü olaraq köçən erməniləri Azərbaycanla sərhəd kəndlərinə yerləşdirmək istəyir.
Belə ki, Ermənistanın Sosial və Əmək Nazirliyinin rəsmi nümayəndəsi David Xaçatryan yerli mediaya müsahibəsində deyib ki, Qarabağdan köçən erməni ailələr 2024-cü ilin sonuna kimi Ermənistanın sərhəd kəndlərində mənzil ala biləcəklər. Onun sözlərinə görə, sözügedən məsələnin həlli üçün bir şərt var: ər-arvaddan birinin Ermənistan vətəndaşlığı olmalıdır. Proqramda iştirak etmək üçün 80 yaşayış məntəqəsindən birində torpaq sahəsi almaq və ya artıq ona sahib olmaq, ərizə vermək, icazə almaq və kredit almaq üçün beş bankdan biri ilə əlaqə saxlamaq lazımdır. Dövlət dəstəyi yalnız ipoteka ilə fərdi yaşayış binasının tikintisinə verilir. Dəstəyin ümumi məbləği 16 milyon dram (40 min dollar) təşkil edir.
Qeyd edək ki, Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərində 1988-89-cu illərədək əsasən azərbaycanlılar yaşayıb. Nəzərə alsaq ki, sərhəd kəndlərinin mütləq əksəriyyətində vaxtilə azərbaycanlılar yaşayıb, o zaman Ermənistan hökumətinin niyyəti tam aydın olur. Məqsəd qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının qarşısını almaqdır.
Məlumdur ki, Ermənistanda əhali sürətlə azalır. Vaxtilə soydaşlarımızın yaşadığı ərazilər də indiyə qədər demək olar ki, boşdur. Qərbi Azərbaycan İcmasının təşkilatlanaraq soydaşlarımızın öz tarixi yurdlarına qayıdışı istiqamətində beynəlxalq səviyyədə fəaliyyət göstərməsi qayıdış prosesinin reallaşacağına ciddi əsaslar yaradır. Onların doğma yurdlarına qayıtmaq hüququ beynəlxalq hüquqda da təsbit olunub. Lakin Ermənistan hökumətinin sözügedən addımı qərbi azərbaycanlıların bu hüquqlarının pozulması deməkdir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) ana prinsiplərindən biri də Yerli Xalqların Hüquqları Haqqında Bəyannaməsidir və burada təsbit edilən hüquqların hamısı fundamental insan haqları kimi müdafiə olunan bəşəri dəyərlər toplusuna aiddir. BMT konvensiyasının vacib prinsiplərindən biri də bütün dünya dövlətlərinin yerli xalqların hüquqlarını, onların tarixi və mədəni irsinin qorunması və hörmət edilməsini təmin etməkdir ki, son illər bunun üçün təsirli tədbirlər görülməsinə ehtiyac yaranması BMT-nin özü tərəfindən etiraf edilir. Bunun üçün BMT İnsan Hüquqları Şurasında “Yerli Xalqların Hüquqları üzrə Ekspert Mexanizmi” kimi köməkçi orqan təsis edilib. Onun sözlərinə görə, bu qurumun mandatı Birləşmiş Millətlər Təşkilatının Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsində təsbit edilən yerli xalqların hüquqları, dini, tarixi və mədəni irsinin hörmət edilməsi və qorunması ilə bağlı Şuraya ekspert rəyi və məsləhətlər verməklə üzv dövlətlərə Bəyannamənin məqsədlərinə nail olmaqda vasitəçilik etməkdir. Əlbəttə, bu məsələdə üzv dövlətlərin problemlərə yanaşmasında səmimiyyəti vacib rol oynayır ki, deportasiya və repressiya siyasəti ilə monoetnik dövlət formalaşdırmış Ermənistandan belə səmimiyyət gözləmək sadəlövhlükdür.
Politoloq qeyd edib ki, Ermənistanın da qəbul etdiyi Yerli Xalqların Hüquqları haqqında Bəyannamədə yerli xalqların bütün digər xalqlarla bərabər olduğu, eyni zamanda, onların bir-birindən fərqli olmaq, özlərini başqalarından fərqli hesab etmək hüququnun olması və bu hüquqa hörmət etmək öhdəliyi mövcuddur: “Lakin bədxah qonşularımızın Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı deportasiya və soyqırımı siyasəti, yerli xalq kimi azərbaycanlıların bəşəriyyətin ümumi irsini təşkil edən sivilizasiyaların və mədəniyyətlərin müxtəlifliyinə və zənginliyinə töhfəsi olan etnik, milli və mədəni irsini dağıtması, mədəni və milli kodunun dəyişdirilməsi yönündə cinayətləri bəşəri cinayətlər olmaqla onun öhdəliklərinə ziddir. Ermənistan Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdıb orada yaşaması məsələsinə müsbət yanaşmalı və milli, etnik mənsubiyyətə görə ayrı-seçkilik ideologiyasını aradan qaldırmalıdır”.
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

