Rusiya Prezidentinin Türkiyəyə gözlənilən səfəri...
19.12.2023 [11:15]
İki ölkənin rəhbərləri hansı məsələləri müzakirə edəcək?
Nardar BAYRAMLI
Gələn ilin əvvəllərində Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri nəzərdə tutulur. Bu barədə Vladimir Putin bir neçə gün öncə keçirdiyi illik mətbuat konfransında bildirib. Putin deyib ki, bir müddət əvvəl Türkiyəyə səfəri planlaşdırılmışdı: “Prezident Ərdoğanın qrafiki ilə əlaqədar səfər baş tutmadı. Ümid edirəm ki, gələn ilin əvvəllərində Türkiyəyə səfərimi həyata keçirə biləcəyəm”. Qəzza bölgəsində vəziyyətə də münasibətini bildirən Rusiya Prezidenti deyib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzzada vəziyyətin bərpasında xüsusi liderlik rolunu qeyd etmək istəyirəm. O, sözsüz ki, bu faciəyə diqqəti cəlb edən və vəziyyətin yaxşılığa doğru dəyişməsi, uzunmüddətli sülh üçün şərait yaradılması üçün əlindən gələni edən dünya liderlərindən biridir. Bu, aydındır. Allah ona cansağlığı versin”.
V.Putin Qəzzada baş verənləri “faciə” adlandırıb və vurğulayıb ki, Rusiya da Türkiyə kimi hesab edir ki, Fələstində paytaxtı Şərqi Qüds olmaqla dövlət qurulmalı, İsrail-Fələstin münaqişəsinin həlli üçün fundamental zəmin yaradılmalıdır. “Biz Prezident Ərdoğanla bu məsələlərlə bağlı daim əlaqədəyik. Bizim mövqelərimiz oxşardır. Düşünürəm ki, biz onunla görüşə biləcəyik”, - deyə Rusiya Prezidenti qeyd edib.
Gözlənilən səfərlə bağlı Kremlin mətbuat katibi Dmitri Peskov da jurnalistlərə bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixi hələ müəyyən edilməyib, lakin məsələ ilə bağlı iş gedir: “Bu səfər gündəmdədir, türkiyəli tərəfdaşlarımızla təmasdayıq, lakin hələ dəqiq tarixlər yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir”. O, Putinin Türkiyəyə səfərə hazır olması ilə bağlı sözlərini xatırladıb. “Fürsət yaranan kimi o, bunu edəcək. Ancaq indi daha çox daxili proseslərə diqqət yetiriləcək”, deyə - D.Peskov qeyd edib.
Xatırladaq ki, sonuncu səfər Türkiyə Prezidenti Ərdoğan tərəfindən bu ilin sentyabrında gerçəkləşmişdi. Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mühüm məsələlər müzakirə olunmuşdu. Bu görüşdə Rusiya Prezidenti bildirmişdi ki, “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi ilə Türkiyə nüvə dövlətləri sırasına daxil olub. Putin əlavə edib ki, Rusiya bundan sonra da Türkiyəni qazla təmin etmək və Türkiyə vasitəsilə üçüncü ölkələrə qaz ixrac etmək niyyətindədir: “Ümid edirəm ki, biz yaxın vaxtlarda “qaz hab”ının yaradılması ilə bağlı danışıqları yekunlaşdıracağıq. Bu, regionda energetika sahəsindəki vəziyyəti daha stabilləşdirəcək, balanslaşdıracaq. Mənə elə gəlir ki, bu, Türkiyənin kənd təsərrüfatının xeyrinə olacaq. Türkiyə istehsalçılarının kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracını genişləndirmişik. İxracat çox yaxşı həcmdədir”. “Taxıl sazişi”nin uzadılmasına gəlincə, V.Putun Qərbin onları aldatdığını, verilən vədlərin yerinə yetirilməsindən sonra məsələyə baxılacağını qeyd etmişdi.
Ümumiyyətlə, dünyada baş verən mürəkkəb proseslər fonunda Rusiya-Türkiyə yaxınlaşması bölgənin xeyrinədir. Bu baxımdan, Putinin Türkiyəyə gözlənilən səfəri zamanı mühüm məsələlərin müzakirəsi gözlənilir.
Məlumdur ki, Qərb ölkələri Ukrayna problemi ilə əlaqədar Rusiyaya ağır sanksiyalar tətbiq edib. Digər tərəfdən, Rusiya ilə iqtisadi əlaqələri davam etdirən ölkələrə də sanksiyalara qoşulmaq üçün təzyiqlər edilir. Regionun, bütövlükdə, dünyanın ən güclü dövlətlərindən biri olan Türkiyə öz milli maraqlarına uyğun siyasət yeridir. Bu da xüsusilə, ABŞ-da qıcıqla qarşılanır. Belə ki, ABŞ Rusiya ilə iqtisadi əlaqələrdən çəkinmək, sanksiyalara qoşulmaq üçün Türkiyəyə müəyyən təzyiqlər göstərir. Lakin nəzərə almaq lazımdır ki, hər bir dövlətin öz maraqları var. Müstəqil dövlətlər məhz öz milli maraqlarına uyğun siyasət yürüdürlər. Türkiyə də məhz belə dövlətlərdəndir. Əgər rəsmi Ankara ABŞ-ın istəyinə uyğun siyasət yürüdərsə, bu, Türkiyənin iqtisadiyyatına çox ciddi mənfi təsir gösətərəcək. Ona görə də, Türkiyə dövlət maraqları naminə öz siyasətində israrlıdır. Artıq bir müddətdir ki, ABŞ Türkiyəyə iqtisadi təzyiqlər edir.
Rusiya ilə Ukrayna arasında məlum münaqişə başlayanadək Avropanın enerji təchizatı böyük dərəcədə şimal qonşumuzdan reallaşdırlan ixrac hesabına təmin olunurdu. Sonu görünməyən gərginliklər, o cümlədən də qarşılıqlı sanksiyalar fonunda fərqli mənzərə yaranıb. Gündəlik 5 milyon barel neft ixracatı həyata keçirən Rusiya bu həcmin 70 faizini ABŞ və Avropa bazarlarına ünvanlayırdı. “Köhnə qitə”nin neftə olan tələbatının ödənilməsində şimal qonşumuz 25 faiz paya malik idi. Rusiya Avropa üçün həm də ənənəvi olaraq optimal qaz təchizatı mənbəyi sayılırdı. Bu kimi reallıqlar fonunda Rusiya qazının Türkiyə üzərindən Avropaya ötürülməsi perspektivi mövcuddur. Bu ölkə əlverişli coğrafi mövqeyi ilə Avropa ilə Rusiyanın qonşuluğunda yerləşir. Hazır nəql infrastrukturuna malik olması Türkiyəyə əlavə şans qazandırır. Qardaş ölkə böyük həcmlərdə Rusiya qazını Avropa bazarlarına daşımaq üçün şaxələndirilmiş nəql marşrutlarına malikdir. Bu marşrutlar “Türk axını”, TANAP və TAP-dır. Bu layihə Türkiyəni Avrasiyada qaz habına çevirir. Beləliklə, Rusiya və Türkiyəni Akkuyu AES-in tikintisindən tutmuş qaz qovşağı layihəsinə qədər bir çox layihələr birləşdirməyə davam edir. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır.
Nəzərə almaq lazımdır ki, Türkiyə indiyədək Rusiya-Ukrayna münaqişəsində sırf barışdırıcı mövqedən çıxış edib. Qardaş ölkənin və onun liderinin bu mövqeyi qlobal miqyasda, BMT səviyyəsində yüksək dəyərləndirilir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin lideri ilə danışıqlar aparır. Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Son illər Türkiyə regional güc kimi özünü təsdiq edib. Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir. Qeyd etdiyimiz kimi, Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb. “Taxıl dəhlizi” haqqında sazişin imzalanmasında da Ankanın rolu xüsusi qeyd edilməlidir.
Hər iki ölkə Cənubi Qafqaz, eləcə də Suriya məsələsində də fəal müzakirələr aparır ki, bu da bölgədə sülh və təhlükəsizliyin təmin olunması baxımından faydalıdır. Bütün bunların fonunda Rusiya Prezidenti Putinin Türkiyəyə gözlənilən səfəri böyük əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55

