ABŞ-dan uzaqlaşan Yaxın Şərq: İraqdan başlanan antiamerika hərəkatı
13.01.2024 [11:24]
Siyasi qütbləşmənin getdikcə kəskinləşdiyi bir zamanda ABŞ-ın Şərqdəki mövcudluğu daha çox münaqişə predmetinə çevrilir. Afrika ölkələrindən sonra yaxın Şərqdə də antiqərb dalğası getdikcə güclənməkdədir. Bugünlərdə İraq hökuməti israrla ABŞ qoşunlarının ölkədən çıxarılmasını tələb edib.
İraqın baş naziri Məhəmməd əl-Sudaninin sözlərinə görə, artıq hökumət beynəlxalq koalisiya qüvvələrinin İraqdakı fəaliyyətinə son qoymaq üçün hazırlıqlara başlayıb. Bağdad yaxın zamanlarda 2,5 min amerikalı hərbçinin ölkədən çıxarılmasında israrlıdır. İraq parlamenti hələ 4 il öncə ABŞ hərbi bazalarının ölkədən çıxarılması barədə qərar qəbul etmişdi. Lakin İraq hakimiyyətinin israrlı tələblərinə baxmayaraq ABŞ tərəfindən bildirilib ki, onlar sözügedən 2,5 min şəxsi heyətə malik silahlı kontingenti çıxarmağı hələlik planlaşdırmırlar. ABŞ rəsmiləri İraqdakı hərbi bazalarını İŞİD-lə mübarizə üçün saxladıqlarını bildiriblər.
Üzüsulu getmək, zəncirvari qovulmaq, yoxsa Rusiya
ilə toqquşmaq?
Qərbli ekspertlərin fikrincə, əsas sifarişin hansı oyunçudan gəldiyini ABŞ çox yaxşı başa düşür. İraq mediası isə yazır ki, “amerikalıların bu ölkədə güvənəcəyi heç kimləri və heç nələri yoxdur”.
Bu arada Rusiya mediası ABŞ-ın Şərqdə İraqı İranın təsir dairəsindən çıxarmağa yardım edəcək bir müttəfiqinin belə qalmadığını yazır. Rusiyalı ekspertlər bildirirlər ki, ABŞ-a yaxınlığı ilə tanınan Səudiyyə Ərəbistanı da Çinin vasitəçiliyi ilə İranla münasibətləri normallaşdırmağa başlayıb. Ər-Riyad artıq bölgədə anti-İran əməliyyatlarında maraqlı deyil. Bütün bunlardan başqa ABŞ-ın Qəzza zolağında İsrailə birtərəfli qaydada dəstək verməsi də ərəb liderlərinin Birləşmiş Ştatlara qarşı saymazyana münasibət sərgiləməsində mühüm rol oynayır. Qısası, belə hesab etmək olar ki, Birləşmiş Ştatların Şərqdə güvəndiyi dağlara çoxdan qar yağıb.
Əlbəttə, nəzəri cəhətdən ABŞ Bağdadın tələblərinə məhəl qoymayaraq, ölkədə işğalçı kimi zorla da qala bilər. Ancaq heç bu da ABŞ üçün ürəkaçan vəziyyət yaratmayacaq. Birləşmiş Ştatlarda rəsmi qurumların yaydığı məlumatda qeyd olunur ki, son üç ay ərzində
ABŞ-ın Suriya və İraqdakı hərbçilərinə yüzdən çox hücum aktı baş verib. İraq hakimiyyəti isə bu hücumların qarşısını almaq üçün heç bir tədbir görmür.
ABŞ-da sosial media istifadəçiləri bu məlumatları paylaşaraq, “qoşunların İraqdan çıxarılması qaçılmazdır” kimi çağırışlar edirlər. Ekspertlərin fikrincə, İraqdan qovulmağı Ağ Ev heç də asan həzm etməyəcək. Bu gərginlik ABŞ-ın həm regional, həm də qlobal səviyyədə mövqeyinin zəifləməsi anlamına gəlir. Proses bu istiqamətdə davam edərsə, məlum situasiyadan ən çox yararlanan şimal qonşumuz Rusiya olacaq.
Dünyanın polisi öz hərbçilərini qoruya bilmir
Rusiyalı politoloq, “Osnovaniye” Analitik Mərkəzinin prezidenti Aleksey Anpiloqovun fikrincə, Amerika bazalarının İraqdan çıxarılması ABŞ-da prezident seçkilərindən sonra baş tuta bilər: “ABŞ qoşunlarının İraqdan çıxarılması təkcə ehtimal deyil, bu, həm də qaçılmaz prosesdir. Bu bazaların İraqda reallaşdıra biləcəyi müsbət bir proqram yoxdur, üstəlik, onların saxlanma xərcləri də daim artır. Həm də söhbət təkcə xərclərin ağırlığından getmir. ABŞ-ın İraqdakı bazaları daim yerli qrupların davamlı təzyiqinə, silahlı hücumlara məruz qalır. Bu da canlı qüvvə və texniki ləvazimat itkisinə səbəb olur. Amerikalılar indiyə qədər bu itkiləri gizlətməyə birtəhər nail olsalar da, artıq gizlədə bilmirlər. Təkcə hərbi bazalarda atışma faktları ABŞ-ın imicini zədələyir və “qüdrətli ABŞ ordusunun” gözlən??məz zərbələrə anında cavab vermək qabiliyyətinin heç də yaxşı olmadığını göstərir. Bu faktlar, ümumiyyətlə, ABŞ-ın yaratdığı “dünya polisi və hegemonu” imicinə xələl gətirir”.
Beləliklə, Anpiloqovun timsalında əksər siyasi şərhçilər ABŞ-a mövcud vəziyyətdən ən yaxşı çıxış yolu kimi İraqı səssizcə, daha çox biabır olmadan tərk etməyi məsləhət görürlər.
Təhlükəsizlik divarının sökülən kərpicləri
Təhlilçilər hesab edirlər ki, reallığı Ağ Evdə də yaxşı anlayırlar. Sadəcə, İraq indiyə kimi onların Yaxın Şərq strategiyasında əsas oyunçu olduğundan amerikalılar bu Yaxın Şərq ölkəsini asanlıqla əldən vermək istəmirlər.
Bundan başqa, qoşunların İraqdan çıxarılması ABŞ-ın digər qonşu ölkələrdə, Suriya və İordaniyada da mövcudluğunu təhlükə altına qoyacaq. Proses bu şəkildə davam edərsə, ABŞ özünün Yaxın Şərqdə yaratdığı təhlükəsizlik sisteminin dağıntıları ilə üz-üzə qalacaq. Suriya və İordaniyanın ardınca isə BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər ərəb ölkələrindən də ABŞ bazalarının çıxarılması məsələsi aktuallaşacaq.
Analitiklər hesab edirlər ki, bütün bunlara görə Bayden administrasiyası dönəmində ABŞ nəyin hesabına olur olsun, İraqda hərbi bazalarını saxlamağa çalışacaq.
Birləşmiş Ştatlarda növbəti prezident seçkisindən sonra xarici siyasət kursunun dəyişilməsi ilə bağlı məsələyə gəldikdə isə bu, yeni prezidentin demokratlar, yoxsa respublikaçılar partiyasından olacağından asılıdır. Əgər hakimiyyətə respublikaçılar gəlsə, böyük ehtimalla ABŞ-ın Yaxın Şərqdən çıxması prosesi başlanacaq. Özü də həmin proses məhz hərbi bazaların İraqı tərk etməsi ilə başlayacaq.
Məlumatlara görə, ABŞ-ın Yaxın Şərqdə yaratdığı ən güclü təhlükəsizlik sistemi məhz İraqdadır. Bir vaxtlar Yaxın Şərq ölkələrinin əksəriyyəti Birləşmiş Ştatların orbitinə düşsə də, zamanla hər şey dəyişir. ABŞ-ın bölgədə zəifləməsinə nümunə kimi deyə bilərik ki, Vaşinqton illərdir Suriya münaqişəsini öz xeyrinə həll edə bilmir. Yaxud Yəməndəki husilərlə bağlı problemi sonlandırmaqda çətinlik çəkir. Eləcə də, İranın öhdəsindən gələ bilmir. Beləliklə, ABŞ-ın Yaxın Şərq regionunda “tikdiyi” təhlükəsizlik divarından qopan kərpiclərin sayı çoxdur...
Sükan Moskvanın əlinə keçəcəkmi?
Bütün bu məqamları nəzərə alsaq, düşünmək olar ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazaları artıq sırf nominal əhəmiyyət daşıyır. Göründüyü kimi, bu bazalar nə HƏMAS-la problemi həll edə, nə də husilərin Qırmızı dənizdə fəaliyyətinə mane ola bilir.
Rusiyalı politoloqların fikrincə, ABŞ bazalarının İraqdan çıxarılması, nəhayət, Suriyada vəziyyəti sabitləşdirə və Birləşmiş Ştatların kürdlərə təsirini azalda bilər. ABŞ İraqdan çıxarsa, Moskva bu ölkədə Şimal-Cənub dəhlizi kimi bir çox infrastruktur layihəsini reallaşdıra, Rusiyanın enerji şirkətləri yerli neft və qaz yataqlarının istismarında iştirak edə bilər. Bütün bu və başqa amillərə görə şimal qonşumuzun da İraqda öz maraqları var. Hələ ki, Moskva öz maraqlarını heç kimə güzəştə getmək fikrində deyil.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55

