Toivo Klaarın gerçək siması...
28.03.2024 [11:00]
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan mediasının həqiqətləri yazmasından niyə narahatdır?
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri, o cümlədən erməni diasporu və lobbisini ciddi narahat edir. Bu səbəbdəndir ki, ölkəmizə qarşı qərəzli sənədlər qəbul olunur, eləcə də, Qarabağdan Ermənistana köçmüş erməni separatçılarını beynəlxalq gündəmə çıxarmaq istəyirlər. Eyni zamanda, müəyyən dairələr “artsax” mövzusunu müxtəlif platformalara daşımağa çalışırlar. Son zamanlar Qazaxın işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılması məsələsinin gündəmə gəlməsi də ölkəmizə qarşı qərəzli dairələri ciddi narahat etməyə başlayıb.
Onlardan biri də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaardır. Belə ki, Azərbaycan mediasında hələ də Ermənistanın işğalı altında olan kəndlərimizin geri qaytarılması ilə bağlı prinsipial mövqe sərgiləməsi cənab Klaarı da narahat edir. Bu səbəbdən də, o özünün sosial şəbəkə hesabında medamızın sərgilədiyi mövqeyə əsassız yanaşma ortaya qoyub. Toivo Klaar iddia edib ki, guya Azərbaycan mediasında Ermənistana qarşı təhdid var. O qeyd edib ki, “Azərbaycan mətbuatında Ermənistana qarşı təhdidlər qəbuledilməzdir”:
“Sərhədin delimitasiyası ilə bağlı həqiqi danışıqlara ehtiyac var və bütün ərazi mübahisələri sülh yolu ilə və razılaşdırılmış proses vasitəsilə həll edilməlidir”.
XİN: Sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil
Əslində, Klaar beynəlxalq hüquq prinsiplərindən çıxış etsəydi, Azərbaycanın işğal altında olan kəndlərinin birmənalı şəkildə qaytarılmalı olduğunu bəyan etməliydi. Çünki Azərbaycan öz kəndlərini Ermənistandan tələb etməklə beynəlxalq hüqüqun təmin olunmasına çalışır. Lakin T.Klaar isə birbaşa olaraq ermənipərəst mövqe sərgiləyir. İlk vaxtlarda xüsusi nümayəndə görüntü olaraq balanslı mövqe sərgiləsə də, Azərbaycanın öz ərazi bütövlüyü ilə yanaşı suverenliyini də bərpa etməsi, Qarabağda erməni separatizminə son qoyması Aİ-nin xüsusi nümayəndəsinin gerçək simasını ortaya çıxardı. Klaarın dəfələrlə ermənilərin maraqlarına xidmət edən açıqlamaları da bunu təsdiqləyir. Üstəlik, Vardan Oskanyanın rəhbərliyi ilə “artsax üzrə beynəlxalq komitəsinin” üzvləri ilə Toivo Klaarın görüşməsi də bir sıra mətləblərdən xəbər verir. Bütün bunların fonunda onun Azərbaycan mətbuatı ilə bağlı açıqlaması qəbuledilməzdir.
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X” hesabında yazıb ki, Toivo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur. A.Hacızadə qeyd edib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.
İcma: Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır etmək üçün çalışır
Qərbi Azərbaycan İcması da Toivo Klaarın növbəti dəfə sərgilədiyi anti-Azərbaycan mövqeyini və media azadlığına qəsd edən yanaşmasını sərt şəkildə qınayıb. Bu barədə icmanın bəyanatında bildirilib ki, Avropa İttifaqının xüsusi nümayəndəsi Ermənistandan işğal etdiyi Azərbaycan kəndlərindən çəkilməyi tələb etmək əvəzinə, həmin əraziləri “mübahisəli” adlandıraraq, faktiki olaraq Ermənistanı işğalçı siyasətini davam etdirməyə çağırıb. Bundan əlavə, Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır etmək üçün Azərbaycanın kütləvi informasiya vasitələrini senzura etməyə çalışıb. Qazax rayonunun Bağanis Ayrım kəndində Ermənistanın azərbaycanlı mülkilərə qarşı törətdiyi qətliam və həmin kənd daxil olmaqla Azərbaycanın bir sıra ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması ilə bağlı Azərbaycan mediasında çıxan yazılar hansısa səbəbə görə cənab Klaarı narahat edir. Belə çıxır ki, Klaar üçün problem Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, azərbaycanlılara qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməsi yox, bu faktların mediada işıqlandırılmasıdır.
Qərbi Azərbaycan İcması Avropa İttifaqından yanlış və təhlükəli siyasətindən əl çəkməyi, regionda sülhün bərqərar olmasına mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışı məsələsində ədalətli mövqe tutmağı tələb edib.
NARDAR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

