Ukrayna fevralda ABŞ Prezidentinin xüsusi nümayəndəsinin səfərini gözləyir
07.02.2025 [21:48]
Ukrayna fevralda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun səfərini gözləyir. ABŞ-ın yeni administrasiyası ilə ünsiyyət Ukrayna üçün vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyinə müsahibəsində Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak bildirib.
O qeyd edib: “Ukrayna tərəfi Rusiyanın ölkəmizə qarşı təcavüzü barədə hərtərəfli məlumat vermək üçün ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun fevralda baş tuta biləcək səfərini səbirsizliklə gözləyir”.
Yermak vurğulayıb ki, ABŞ-ın yeni administrasiyasının döyüş meydanındakı vəziyyət, səfərbərlik, silah və texnika tədarükü barədə tam və real məlumatı tez bir zamanda alması Ukrayna üçün çox vacibdir. O əlavə edib: “Tərəfdaşlarla ortaq mövqeni inkişaf etdirmək üçün ünsiyyət vacibdir, çünki Ukraynasız sülhə nail olmaq üzrə hər hansı plan hazırlamaq mümkün deyil”.
Ukrayna rəsmisi artıq ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uolts ilə telefon danışığı aparıb. Tramp administrasiyasının digər rəsmiləri ilə də təmaslar gözlənilir.
Prezident Administrasiyasının rəhbəri əlavə edib ki, Ukrayna danışıqlara sərt mövqedən yanaşmalıdır və Rusiyanın təkrar zərbələrinin qarşısını almaq üçün təhlükəsizlik zəmanəti də almalıdır.
Xatırladaq ki, ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq hələ Donald Trampın andiçmə mərasimindən əvvəl Kiyevə səfər etməyi planlaşdırırdı. Lakin hüquqi rəsmiyyətlər səbəbindən həmin səfər təxirə salınmışdı.
Xəbər lenti
Hamısına baxSosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20

