ABŞ pul siyasətini dəyişmədi
01.05.2026 [09:30]
Federal Ehtiyat Sistemi qlobal riskləri nəzərə alaraq uçot dərəcəsini sabit saxlayıb
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) aprelin 29-da keçirilən iclasında 2026-cı ilin üçüncü pul siyasəti qərarını açıqlayıb. Qərara əsasən, faiz dərəcəsi 3,50- 3,75 aralığında sabit saxlanılıb. Bu, FES-in aşağı uçot siyasətinin davam etdirilməsi niyyətini əks etdirir. Xatırladaq ki, FES hazırkı 3,5-3,75 faizlik uçot dəhlizini 2025-ci il dekabrın 10-da 25 baza bəndi endirməklə müəyyən edib. Bu isə mövcud uçot dərəcəsinin 2022-ci ilin sonundan bəri ən aşağı səviyyədə qaldığını əks etdirir. Açıq Bazar Əməliyyatları üzrə Federal Komitənin heyəti hazırkı faiz dərəcəsini maliyyə sisteminin dayanıqlılığı üçün qənaətbəxş hesab edir.
İnflyasiya yüksəlib, işsizlik səviyyəsi azalmır
FES-in təmkinli pul siyasətinə üstünlük verməsi və mövcud stavkanı saxlaması daxili və xarici risklərdən gələn siqnallarla sıx bağlıdır. Daxili risklər sırasında ABŞ-ın makroiqtisadi göstəricilərində hələ də özünü doğrultamayan bəzi bazar indikatorları dayanır. Belə ki, ABŞ-da istehlakçı əhvalı rekord səviyyədə zəif qalmaqdadır, inflyasiya gözləntilərinin sürətlənməsi, digər tərəfdən ABŞ-İran gərginliyinin enerji marşrutları üzərindən yaratdığı risklər, təhlükəsiz liman tələbi, əmtəə qiymətləri və qlobal risk iştahası pul bazarıa birbaşa təsirlər edir. Birinci rübün nəticələri və aprel indeksləri ABŞ iqtisadiyyatında daxili tələbin zəif olduğunu, inflyasiya təzyiqlərinin davam etdiyini və bu qeyri-müəyyənliklər fonunda investorların sərmayə davranışlarını ehtiyatlı saxladığı müşayiət olunur. İqtisdi rəqəmlərlə bağlı son göstəricilər bazarların həssaslığını yüksək saxladığına dəlalət edir.
Ölkədə ilin ilk rübü ərzində iqtisadi fəaliyyət sabit şəkildə davam edib, əmək bazarı güclü qalır və işsizlik səviyyəsi son aylarda əhəmiyyətli dəyişiklik göstərməyib. İstehlakçı indeksi aprel ayında 49,8 səviyyəsinə qalxsa da, bu yenə də tarixdə qeydə alınmış ən zəif göstərici sayılır. Eyni zamanda birillik inflyasiya gözləntiləri 3,8 fazidən 4,7 faizə yüksəlib ki, bu, 2025-dən bəri ən kəskin aylıq artımdır. Mövcud mənzərə bazarda mürəkkəb qiymətləndirmə dalğaları yaratmaqdadır. ABŞ fond bazarı qarışıq mənzərə də davam edir, “Dow Jones” indeksi son bir həftədə 0,2 faiz geriləyərək 49.2 bəndə enib, “S&P 500” və “Nasdaq” indeksləri isə rekord səviyyələrdə durğunluq nümayiş etdirib ki, bu hadisə bazar iştirakçılarını həm risklərdən müdafiə olunmağa, həm də selektiv addımlar atmağa məcbur edib.
Hörmüz boğazı maliyyə bazarlarının “baş ağrısına” çevrilib
Xarici risklər sırasında isə ABŞ-İran gərginliyi fonunda zəif makrosiqnalların qlobal bazar indekslərinə təsirləri göstərilir. Son bir ayda ABŞ, Avrozona ölkələri, eləcə də Böyük Britaniyada müşahidə edilən göstəricilər, həmçinin Hörmüz boğazı ətrafında artan risklər dollar, qızıl, neft, kriptovalyutalar və əsas fond indekslərində dalğalanmanın güclənməsi risk portfelini ağırlaşdırır. Doğrudur, Yaxın Şərqdə risklərin artması fonunda ABŞ dollarına tələb güclənib, digər xarici valyutalar - Avstraliya dolları həftə ərzində təxminən 0,71 faiz-bənd ucuzlaşıb. Kriptovalyuta bazarı da volatillik trayektoriyası üzrə hərəkət edir ki, bu da qeyri-müəyyənlikləri daha da artırır. “Bitcoin”in qiyməti gah qalxır, gah da aşağı düşür. Qızılın qiymət hərəkətliliyi də ziddiyyətli qalmaqdadır, aprelin 24-də qızılın unsiyası 4740-a yüksəlsə də, son 2 gündə sarı metal təxminən 3 faiz ucuzlaşıb.
Hörmüz boğazı amili isə qlobal narahatlığın əsas nöqtəsi kimi qalır. ABŞ-İran gərginliyinin enerji daşımalarının kritik keçid nöqtəsi sayılan Hörmüz boğazına fokuslanması, bazarda enerji axınlarında fasilə riskini yenidən gündəmə gətirməklə, qiymətlərinin yüksəlişi hələ də qalır. Neftin qeyri-sabit qiyməti yalnız enerji sektoruna deyil, həm də daha geniş bazar spektrlərinə təsir edir, yüksək enerji qiymətləri inflyasiyanı qidalandırır, mərkəzi bankların siyasət trayektoriyasında qeyri-müəyyənliyi artırır və səhm bazarlarında sektorlararası fərqlənməni dərinləşdirir. Bu səbəbdən əmtəə bazarı, valyuta seqmentləri və indekslər üçün gərgin mühit davam edir.
Avropa və Asiya Mərkəzi Bankları da mühafizəkar pul siyasəti yürüdür
ABŞ FES-i ilə yanaşı, Avropa Mərkəzi Bankı, İngiltərə Bankı, Kanada Bankı, Yaponiya Mərkəzi Bankı da faiz qərarlarında təmkinli və mühafizəkar qərarlar verib. Qlobal bank icması hazırkı qlobal təhdidlər fonunda belə bir addımın fayda verəcəyinə inanmadığından aşağı dəhlizi dəstəkləmir. Mərkəzi Bank rəhbərlərinin açıqlamalarından belə qənaət yaranır ki, Yaxın Şərq böhranı ehtiyatlı pul siyasətinin davam etdirilməsi üçün uzun müddət əsas amil olaraq qalacaq.
Niderlandın qlobal maliyyə institutu “ING” qrupu bildirib ki, Hörmüz boğazı üzərindən neft ixracının may və iyun aylarında mərhələli şəkildə yenidən başlamasını gözləyir. Lakin qurum ilin böyük hissəsində ixracın müharibədən əvvəlki səviyyələrdən aşağı qalacağını proqnozlaşdırır. Bank qeyd edib ki, daha uzun müddət davam edəcək normallaşma prosesi anbar məhdudiyyətləri səbəbilə dayandırılmış istehsalın mərhələli şəkildə yenidən işə salınmasına imkan verə bilər.
Gərginliklər bir neçə ay davam etsə, Mərkəzi Bankın faiz dərəcələrini aşağı salması tamamilə gündəlikdən çıxarılacaq, əksinə faiz dərəcələrinin artırılması mümkün ola bilər.
Beləliklə, FES-in sabit uçot dərəcəsi qlobal mühitdə qeyri-müəyyənliklərin davam etməsinə səbəb olacaq, investorların kapital daralması fonunda gözləmə mövqeyində durmasını şərtləndirəcək. ABŞ-la yanaşı, qlobal investorlar arasında investisiya alətlərinin qızıl və kriptovalyuta yığımlarına transformasiyasını eyni səviyyədə saxlayacaq. Qlobal səhmdarlar, iri şirkətlər, suveren fondlar faiz dəhlizinin təsirləri fonunda investisiya alətlərinin dəyərini qoruyub saxlamağa üstünlük verəcək. Çünki neft sıçrayışlarının fond bazarlarını sarsıtma ehtimalı böyükdür və dünya iqtisadiyyatında qlobal müəyyənsizliyin artması səhmdarların digər sahələrə də sərmayələrini azaltmağa məcbur edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

