Azərbaycan–Çexiya münasibətləri: yeni dövrün perspektivləri
30.04.2026 [18:11]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar ikitərəfli münasibətlərin dinamik inkişafını bir daha nümayiş etdirdi. Tərəflər arasında formalaşmış siyasi dialoq artıq daha intensiv və məzmunlu xarakter alıb. Aparılan müzakirələrin məhsuldarlığı və geniş mövzu spektri əlaqələrin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Keçirilən görüşlər çərçivəsində həm ikitərəfli, həm regional, həm də qlobal məsələlər ətrafında əhatəli fikir mübadiləsi aparılıb. Bu faktorlar real məzmunlu siyasi təmasların mövcudluğunu təsdiqləyir. Baş nazirin rəsmi səfəri, eyni zamanda qarşılıqlı etimadın və siyasi iradənin göstəricisi kimi qiymətləndirilir. Bu fəallıq, gələcəkdə daha sıx və sistemli əməkdaşlıq mexanizmlərinin formalaşmasına imkan yaradır.
Görüşlərdə iqtisadi sahədə konkret təkliflərin irəli sürülməsi xüsusi diqqət çəkir. Çexiyadan geniş iş adamları heyətinin səfərdə iştirak etməsi biznes mühitində yeni imkanların açılmasına xidmət edir. Keçirilən biznes forum çərçivəsində həm yeni tərəfdaşlıqların qurulması, həm də mövcud layihələrin inkişaf etdirilməsi nəzərdə tutulur.
Hazırda ticarət dövriyyəsinin həcmi 800 milyon ABŞ dollarını ötüb. Lakin struktur baxımından bu göstəricidə enerji sektorunun üstünlük təşkil etməsi müşahidə olunur. Bu səbəbdən tərəflər ticarət əlaqələrinin daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsini prioritet kimi müəyyənləşdiriblər. Qarşılıqlı investisiyalar və qeyri-neft sahəsində əməkdaşlığın genişləndirilməsi bu istiqamətdə əsas hədəflərdən hesab olunur.
Energetika sahəsi iki dövlət arasında əməkdaşlığın əsas komponentlərindən biri olaraq qalır. Uzun illər davam edən bu tərəfdaşlıq çərçivəsində enerji resurslarının ixracı sabit və etibarlı şəkildə həyata keçirilir. Çexiya enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan mənşəli neft mühüm rol oynayır. Bununla yanaşı, təbii qaz ixracı istiqamətində də mühüm nəticələr əldə olunub. Hazırda Azərbaycan qazı 16 ölkəyə çatdırılır ki, onların da 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt ölkənin Avropa enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Çexiyaya qonşu dövlətlərə qaz ixracı isə regional enerji əməkdaşlığının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlıq artıq təkcə ticarət münasibətləri ilə məhdudlaşmır, uzunmüddətli və genişmiqyaslı tərəfdaşlıq modelinə çevrilir.
İkitərəfli münasibətlərdə önəmli istiqamətlərdən biri də müdafiə sənayesidir. Bu sahədə mövcud əməkdaşlıq uzunmüddətli təcrübəyə əsaslanır və qarşılıqlı etimada söykənir. Hazırda hərbi təyinatlı məhsulların alınması ilə yanaşı, birgə istehsal layihələrinin həyata keçirilməsi istiqamətində danışıqlar aparılır. Bu əməkdaşlıq həm texnologiya transferi, həm də yerli istehsal potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Çexiyanın bu sahədəki zəngin təcrübəsi ilə Azərbaycanın artan istehsal imkanlarının birləşdirilməsi yeni sənaye modellərinin formalaşmasına şərait yarada bilər.
Dövlətimizin başçısı qeyd edib: “Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır”. Qarşılıqlı səfərlərin intensivləşməsi və mövcud əməkdaşlıq mexanizmlərinin daha fəal işləməsi əlaqələrin daha sistemli inkişafına şərait yaradacaq. Bütün bunlar Çexiya–Azərbaycan tərəfdaşlığının uzunmüddətli və dayanıqlı əsaslar üzərində qurulduğunu bir daha təsdiqləyir. Bu yanaşma müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşməsinə və yeni istiqamətlərin formalaşmasına təkan verəcək. Eyni zamanda tərəflər arasında etimadın möhkəmlənməsi gələcək təşəbbüslərin daha uğurla reallaşmasına imkan yaradacaqdır.
Ümumilikdə, Çexiya–Azərbaycan münasibətləri yeni mərhələyə daxil olur. Siyasi dialoqun fəallığı, iqtisadi əməkdaşlıq üçün konkret təşəbbüslər, enerji sahəsində möhkəm tərəfdaşlıq və müdafiə sənayesində genişlənən imkanlar gələcək üçün olduqca müsbət perspektivlər formalaşdırır. Bu səfər bir daha təsdiq etdi ki, qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan münasibətlər davamlı və çoxşaxəli inkişaf üçün etibarlı zəmin yaradır.
Xəbər lenti
Hamısına baxSosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20

