Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının yeni Ərazi Partiya Təşkilatı yaradılıb.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının yeni Ərazi Partiya Təşkilatı yaradılıb.

30.04.2026 [16:52]

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “K. Rəhimov küçəsi 13/1” ünvanı üzrə partiya fəaliyyətinin daha da gücləndirilməsi və təşkilati strukturun təkmilləşdirilməsi məqsədilə yeni Ərazi Partiya Təşkilatı təsis edilib.

YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən və YAP-ın bu prosesdəki aparıcı rolundan bəhs edib. Qeyd edib ki, partiyanın yerli strukturlarının genişləndirilməsi və fəallığının artırılması ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, vətəndaşların təşəbbüslərinin dəstəklənməsinə xidmət edir.

Yığıncaqda təşkilati məsələlərə baxılıb, yeni yaradılan Ərazi Partiya Təşkilatının sədr və müavini və qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Yekdil səsvermə ilə Baxışova Lalə Mehman qızı “K. Rəhimov küçəsi 13/1” ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri, Allahverdiyeva Humay Mahir qızı isə müavini seçiliblər.

Yeni heyət çıxışlarda vurğulayıb ki, yeni təsis olunan ƏPT partiyanın ideyalarının təbliği, üzvlərlə işin səmərəli təşkili və yerli səviyyədə ictimai fəallığın artırılması istiqamətində mühüm rol oynayacaq.

Sonda tədbir iştirakçıları YAP-ın gələcək fəaliyyətinə uğurlar arzulayıb, partiyanın sıralarında daha fəal iştirak edəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 589 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31