Sahibkarlığın inkişafı üçün...
05.07.2025 [09:53]
Daxili və xarici investisiyaların cəlb edilməsi gündəmdədir
Azad sahibkarlığın inkişafı dövlətimiz tərəfindən dəstəklənməkdə, təşviq olunmaqdadır. Paytaxtda, eləcə də işğaldan azad edilən ərazilərdə sahibkarlğın inkişafı üçün ölkəmiz tərəfindən atılan mühüm addımlardan biri də bu məsələdə bütün əlaqədar qurumların səfərbər edilməsi, onların imkanlarından maksimum istifadə olunmasıdır.
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətdə əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun güclü inkişafına nail olunması mühüm aktuallıq kəsb edir. Qeyri-neft sektorunun hərtərəfli, sürətli və səmərəli inkişafının təmin edilməsinin ən zəruri şərtlərindən biri sahibkarlığın inkişaf etdirilməsi, ilk növbədə kiçik və orta biznes fəaliyyətinin səmərəliliyinin artırılmasıdır. Azad sahibkarlğın və liberal iqtisadiyyatın inkişafı istiqamətində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.
Bu sahibkarlara təlimlər keçiriləcək
Azərbaycanda istehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisədə keçirilən təlimlərə dəvət olunurlar. Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, təlimlər qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması kimi mövzuları əhatə edir.
Təlimlərdə istehsal ilə məşğul olan sahibkarlar və onların əməkdaşları ilə yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər.
70-ə yaxın sahəvi və maarifləndirici görüşlər keçirilib
Bundan başqa, bu ilin yanvar-iyun ayları ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə sahibkarların və potensial biznes subyektlərinin iştirakı ilə Bakıda və regionlarda 68 sahəvi və maarifləndirici görüş keçirilib.
KOBİA-dan verilən məlumata görə, 1400-dən çox sahibkarın iştirak etdiyi görüşlər maliyyə resurslarına çıxış, turizm, heyvandarlıq, çayçılıq, sənaye, reklam və digər sektorlar üzrə biznesin aktual ehtiyaclarına həsr olunub. Sahibkarların iştirak imkanlarını artırmaq məqsədilə bəzi görüşlər onlayn formatda baş tutub.
Bu ilin ikinci yarısında da sahəvi və maarifləndirici görüşlər davam etdiriləcək. Ay ərzində keçirilən görüşlər barədə KOBİA-nın rəsmi internet saytından məlumatlar əks olunub.
Qeyd edilib ki, müvafiq dövlət qurumlarının iştirakı ilə təşkil olunan belə görüşlər sahibkarlarla birbaşa ünsiyyətin genişlənməsinə, onların ehtiyac və təkliflərinin yerində öyrənilməsinə, mövcud dəstək mexanizmləri barədə məlumatlandırılmasına, eləcə də praktiki məsələlərin müzakirəsinə imkan yaradır. Bu görüşlər, eyni zamanda, sahibkarların bilik və bacarıqlarının artırılması, şəbəkələşməsi, dövlət-sahibkar əməkdaşlığının gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Sahibkarlar Qarabağ və Şərqi Zəngəzura da dəvət olunurlar
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov 6-cı İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) biznes forumunda bildirib ki, indiyə qədər 3700-dən çox xarici investor Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə qoymaq üçün müraciət edib. Onun sözlərinə görə, ECO ölkələrinin yerləşdiyi region böyük potensiala malikdir: “Bu regionda kiçik və orta müəssisələr açmaq üçün ən yaxşı imkanlar var. KOBİA olaraq biz innovasiyaları irəli aparan, iş yerləri yaradan və regional ticarət əlaqələri quran bu müəssisələri dəstəkləməyə diqqət yetiririk. Biz sahibkarlara tənzimləyici məsləhətlərdən tərəfdaş axtarışına və startap təlimatından ixrac dəstəyinə qədər birbaşa yardım göstərən KOB evləri və KOB ofisləri şəbəkəsi yaratmışıq”.
Sədr qeyd edib ki, Azərbaycan təşkilata üzv ölkələrlə əməkdaşlığı dərinləşdirməyin müsbət məqamlarını görür: “Kənd təsərrüfatı, qida emalı, logistika, İKT və yaxud tekstil sahəsində olsun, birgə müəssisələr, təchizat şəbəkəsi və bilik mübadiləsi üçün geniş imkanlar var. İnvestorlar və sahibkarlar təkcə Bakıya deyil, Qarabağ və Şərqi Zəngəzura da dəvət olunurlar. Bu günə qədər həmin ərazilərə investisiya qoymaq istəyən sahibkarlardan 3 700-dən çox xarici investordan müraciət almışıq. Məqsədimiz beynəlxalq tərəfdaşlarımızın fəal iştirakı ilə bu ərazilərdə güclü, rəqabətqabiliyyətli KOB ekosistemi qurmaqdir”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48

