Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstan mediası Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

Qazaxıstan mediası Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

05.07.2025 [16:44]

Qazaxıstan mediası Baş nazir Oljas Bektenovun İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndi şəhərinə səfərini geniş işıqlandırıb.

AZƏRTAC-ın məlumatına görə, Qazaxıstanın Inform.kz, Kazlenta.kz, Kapital.kz, Ortcom.kz və Dknews.kz kimi informasiya resursları qeyd edir ki, sammit çərçivəsində İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusi diqqət nəqliyyat və logistika, energetika, iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya və digər sahələrdə qarşılıqlı fəaliyyətə yönəlib.

Yayımlarda Qazaxıstan hökumət başçısının Trans-Əfqanıstan dəmir yolunun regionun iqtisadi inkişafı üçün əhəmiyyətini vurğuladığı bildirilir. Oljas Bektenovun “Turqundi–Herat” dəmir yolu xəttinin tikintisinə Qazaxıstanın sərmayə yatırmağa hazır olduğunu bildirdiyi fikirlərə yer verilir.

“Qazaxıstan Respublikası hökuməti bu layihənin həyata keçirilməsi ilə bağlı niyyətlərini təsdiq edir. Yaxın vaxtlarda tərəflər arasında müvafiq memorandum imzalanacaq”, – deyə Baş nazirin sözləri mediada sitat gətirilir.

Paylaş:
Baxılıb: 328 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Gündəm

3-cü iclas...

11 Aprel 11:30

Gündəm

Analitik

Diqqət İslamabada!

11 Aprel 10:15

Ədəbiyyat

Sosial

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

11 Aprel 08:39  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30