Elmin və mənəvi kamilliyin zirvəsində
15.04.2026 [08:10]
Bu gün dünya şöhrətli oftalmoloq - alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür
Mənalı həyatları və fəaliyyətləri ilə xalqına, Vətəninə başucalığı gətirən insanların xatirəsi heç vaxt unudulmur. Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva da xatirəsi hər zaman qəlblərdə yaşayacaq insanlardandır. Təqvimdə aprelin 15-i onun anım günüdür. Zərifə xanım Əliyeva bahar qızıdır. O, 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. 15 aprel 1985-ci ildə isə Moskvada vəfat edib.
Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu bir mayaka bənzəyir - çoxları ona oxşamaq, onun kimi uca məqama çatmağı arzulayır. Biz onun timsalında Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Zərifə xanım Əliyevanın portret cizgiləri, mənalı həyatı və fəaliyyəti qadınlarımızın zərifliyini və fədakarlığını təcəssüm etdirir.
Azərbaycanda peşə oftalmologiyasının banisi
Zərifə xanım Əliyeva səmərəli fəaliyyəti, fundamental axtarışları və əldə etdiyi nəticələri ilə Azərbaycan tibb elminə dünya şöhrəti qazandıran alimdir. O, yüksək fərdi keyfiyyətləri ilə fərqlənən bir insan idi. Xarakteri elə formalaşmışdı ki, üzərinə həmişə daha çətin yük götürməyə çalışırdı. Peşə seçərkən də məhz bu prinsipdən çıxış edib. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə isə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə yönəldib.
Zərifə xanım Əliyeva 1968-ci ildən başlayaraq peşə oftalmologiyasının problemləri ilə ciddi məşğul olub. Təsadüfi deyil ki, onun elmi uğurları sırasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinə həsr olunmuş tədqiqatları xüsusi yer tutur. Diqqətəlayiqdir ki, böyük siyasətçi Heydər Əliyev respublikamızın tərəqqisi naminə Azərbaycanda sənayeni yeni inkişaf mərhələsinə yüksəltdiyi bir vaxtda Zərifə xanım Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olub, əslində, elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Dünyada bu sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o yaradıb. Zərifə xanım, həmçinin apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib.
Zərifə xanım Əliyevanın tədqiqatlarının mühüm bir istiqaməti yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərlə bağlı idi. O, bu problem üzərində iş apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Elmi tədqiqatların nəticəsi olaraq Zərifə Əliyeva bu gün də müəllim və tələbələrin stolüstü kitabları sayılan monoqrafiyalarını çap etdirməyə nail olub.
Ana və Heydər Əliyevin ömür-gün yoldaşı olmağın böyük məsuliyyəti
Zərifə xanım Əliyevanın malik olduğu yüksək mənəvi keyfiyyətlər də cəmiyyətimiz üçün gözəl nümunədir. O, elmin zirvəsinə yüksəlsə də, şan-şöhrətə çatsa da, heç vaxt ailə dəyərlərimizi, adət-ənənələrimizi, ana və ömür-gün yoldaşı olmaq missiyalarını arxa plana keçirməyib. Elə Zərifə xanımın başqalarından fərqi, kamilliyi və bütövlüyü də məhz bu kimi keyfiyyətlərindədir.
Zərifə xanım sıradan bir insanın deyil, respublikamızın o dövrdəki rəhbəri və sonralar keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Heydər Əliyevin həyat yoldaşı idi və bunun məsuliyyətini yaxşı başa düşürdü. Onunla unikal şəxsiyyət olan Heydər Əliyevin ulduzunun barışması saf sevgi əsasında baş tutmuşdu. Onlar ömürlərinin sonunadək aralarındakı böyük məhəbbətə sadiq qaldılar və xalqımıza layiq övladlar böyütdülər. Burada da Zərifə xanımın təmkini, ağılı, ömür-gün yoldaşına böyük sevgisi, ana olmağın məsuliyyətini bütün miqyası ilə dərk etməsi onun ailəsində gözəl ab-havanın yaranmasını şərtləndirirdi.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Aprel 11:34
İqtisadiyyat
15 Aprel 11:26
İqtisadiyyat
15 Aprel 11:25
İqtisadiyyat
15 Aprel 11:25
Sosial
15 Aprel 11:24
Gündəm
15 Aprel 10:58
İqtisadiyyat
15 Aprel 10:33
Analitik
15 Aprel 10:21
Analitik
15 Aprel 10:13
Gündəm
15 Aprel 09:55
Analitik
15 Aprel 09:32
Sosial
15 Aprel 09:23
Ədəbiyyat
15 Aprel 09:17
Sosial
15 Aprel 08:51
Mədəniyyət
15 Aprel 08:33
Gündəm
15 Aprel 08:10
Dünya
14 Aprel 23:11
Dünya
14 Aprel 22:46
Dünya
14 Aprel 22:34
Dünya
14 Aprel 22:18
Dünya
14 Aprel 21:50
Xəbər lenti
14 Aprel 21:23
Dünya
14 Aprel 21:10
Dünya
14 Aprel 20:49
Xəbər lenti
14 Aprel 20:40
Dünya
14 Aprel 20:32
Dünya
14 Aprel 20:17
Dünya
14 Aprel 19:55
İdman
14 Aprel 19:20
Sosial
14 Aprel 19:05
Gündəm
14 Aprel 18:12
Siyasət
14 Aprel 17:54
YAP xəbərləri
14 Aprel 17:53
Elanlar
14 Aprel 17:52
YAP xəbərləri
14 Aprel 17:30
Hadisə
14 Aprel 16:41
Sosial
14 Aprel 16:38
Hadisə
14 Aprel 16:27
Elanlar
14 Aprel 16:16
Sosial
14 Aprel 16:14
YAP xəbərləri
14 Aprel 16:09
YAP xəbərləri
14 Aprel 15:59
Dünya
14 Aprel 15:37
YAP xəbərləri
14 Aprel 14:57
Sosial
14 Aprel 14:35
Gündəm
14 Aprel 14:29
Hadisə
14 Aprel 14:25
Gündəm
14 Aprel 14:21
Siyasət
14 Aprel 14:05
Dünya
14 Aprel 13:35
Dünya
14 Aprel 13:24
Gündəm
14 Aprel 13:02
YAP xəbərləri
14 Aprel 12:35
Gündəm
14 Aprel 12:25
Sosial
14 Aprel 12:21
İqtisadiyyat
14 Aprel 12:13
Hadisə
14 Aprel 12:09
İqtisadiyyat
14 Aprel 11:50
Gündəm
14 Aprel 11:38
İdman
14 Aprel 11:33
Siyasət
14 Aprel 11:15
YAP xəbərləri
14 Aprel 11:14
İqtisadiyyat
14 Aprel 11:10
Siyasət
14 Aprel 10:57
Gündəm
14 Aprel 10:32
İqtisadiyyat
14 Aprel 10:19
Dünya
14 Aprel 10:12
Sosial
14 Aprel 10:08
Gündəm
14 Aprel 09:56
Ədəbiyyat
14 Aprel 09:30

