Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zelenski: Ukrayna Silahlı Qüvvələri yeni təhlükəsizlik arxitekturasını hazırlayır

Zelenski: Ukrayna Silahlı Qüvvələri yeni təhlükəsizlik arxitekturasını hazırlayır

05.09.2025 [20:54]

Ukrayna Silahlı Qüvvələri “Rusiyanın təcavüzünün qarşısını almağa və Rusiya Federasiyasını sülh sazişi imzalamağa kömək edəcək” yeni təhlükəsizlik arxitekturasını hazırlayır. AZƏRTAC RAİ telekanalına istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ambrosetti Forumunda videokonfrans zamanı deyib.

O əlavə edib: “Bütün detalları bölüşə bilmərəm, amma quruda, dənizdə və havada müdafiəyə hazırlaşırıq”.

Ukraynanın dövlət başçısının sözlərinə görə, plana Rusiyanın müharibəni davam etdirməsi ehtimalını azaldacaq dron sistemləri, eləcə də müdafiə sistemlərinin təkmilləşdirilməsi və düşmən hücumlarının qarşısının alınması tədbirləri daxildir.

Zelenski bildirib: “Biz müdafiə sistemlərini təkmilləşdirmək və rusların hücumlarının qarşısını almaq üçün çalışırıq və bu, onları sülh sazişi imzalamağa sövq edəcək”.

O əlavə edib ki, “bunun üçün ABŞ-ın dəstəyi lazımdır”. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vladimir Putin və Volodimir Zelenski ilə son danışıqlardan sonra verdiyi açıqlamada bütün iştirakçıların əsas məqsədin yalnız müvəqqəti atəşkəs deyil, sülh razılaşması olması ilə razılaşdığını bildirib.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30