Dayanıqlı inkişaf göstəriciləri
12.09.2025 [11:46]
ÜDM-in həcmi 83 milyard manatı ötüb
2025-ci ilin yanvar-avqust aylarında ölkəmizdə 83 milyard 037,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalsa da, qeyri neft-qaz sektorunda 2,6 faiz artım qeydə alınıb. Belə ki, ÜDM istehsalının 34,9 faizi sənaye, 10,3 faizi ticarət, 7,1 faizi nəqliyyat, 6,3 faizi kənd təsərrüfatı, 6,3 faizi tikinti, 2,8 faizi turizm və ictimai iaşə sektoru, 1,8 faizi rabitə, 20,7 faizi digər sahələrin payına düşür. ÜDM-in tərkibində idxala xalis vergilər 9,8 faiz təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 111,3 manata bərabər olub.
Qeyri-neft sənayesində artan əlavə dəyər
ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Belə ki, 83 milyard manatlıq əlavə dəyərin təxminən 65-67 faizi qeyri-neft mənbələrinin üzərində cəmləşib ki, bu da nominal ifadədə 60 milyard manata yaxın milli məhsul deməkdir. ÜDM-də əsas sahələrdən biri olan sənaye sektorunda məhsul həcmi 42 milyard manatı üstələyib. Qeyri-neft sənayesində artım daha çox olub və dinamika 4,8 faiz təşkil edib. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.
Xüsusilə də ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin yüksəlməsində sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin, Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye sektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir. Qeyri-neft sənayesinin inkişafı ümumilikdə, neftdənkənar mənbələrin hazırda həm də əsas əlavə dəyər formalaşdıran fiskal sahə olduğunu göstərir.
11,4 milyard manat investisiya qoyuluşu
Ötən 8 ayda ölkədə sərmayə axıcılığı da dayanqlı xarakter daşıyıb, əsas kapitala 11,4 milyard manata yaxın vəsait qoyulub . Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8 faiz yüksəlib. İnvestisiyanın 5,8 milyard manatı və ya 51 faizi məhsul istehsalı sahələrinə, 3,8 milyard manatı və ya 33,6 faizi xidmət sahələrinə, 1,8 milyard manatı və ya 15,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 8,8 milyard manatını və ya 77 faizini daxili investisiyalar təşkil edib. Xarici investisiyaların həcmi 2,6 manata bərabər olub. Sərmayələrin 9 milyard manata yaxını bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Yeri gəlmişkən, qeyd edilən dövrdə qeyri-neft ixracında da əhəmiyyətli artım əldə edilib və burada da qeyri-neft sənayesi mallarının payı yüksəlib. Ümumilikdə, xarici bazarlara 2,3 milyard dollardan artıq qeyri-neft məhsulları göndərilib. İxracda aqrar-sənaye və yeyinti sektorunun payında daha yüskək artım qeydə alınıb.
Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb
2025-ci ilin yanvar-avqust aylarında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb. Əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıb. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı və maaşlarında da dinamika qeydə alınıb. Belə ki, muzdlu işçilərin sayı 1 milyon 768,4 min nəfər olub ki, onun böyük bir hissəsi (910,3 min nəfər) qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərdir. Muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Özəl müəssisələrdə çalışan işçilərin orta nominal gəlirləri 1200-2000 manat civarında olub ki, bu da biznes sektorunda fəallığın nəticəsi hesab edilə bilər.
Qeyd edilən dövrdə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib. Bu isə əhalinin real gəlirlərinin inflyasiyanı bir neçə faiz-bənd üstələdiyini göstərir. Nəticədə, həm əhalinin orta aylıq əməkhaqqı, həm də real gəlirləri inflyasiyanı üstələməklə onların sosial rifah vəziyyətinə müsbət təsir edib.
Qeyri-neft sektorunun ÜDM-də payı 80 faizə yaxınlaşır
Cari ilin 8 aylıq makroiqtisadi göstəriciləri onu təsdiqləyir ki, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq. Ortamüddətli Xərclər Çərçivəsi sənədində və İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnoz icmalında 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi öz əksini tapıb. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

