Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04.07.2026 [20:35]

Finlandiya hökuməti xarici işçilərin əmək istismarına qarşı mübarizəni gücləndirməyə yönəlmiş yeni qanun layihəsi hazırlayıb. Sənəd artıq ictimai müzakirəyə çıxarılıb, parlamentdə baxılması isə bu ilin payızına planlaşdırılır. Qanun qəbul ediləcəyi təqdirdə, yeni qaydaların gələn ilin mart ayında qüvvəyə minməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinə əsasən, Finlandiya Miqrasiya Xidməti əmək istismarında şübhəli bilinən işəgötürənlərə yaşayış icazələrinin verilməsindən imtina etmək, eləcə də qanun pozuntusuna yol verən şirkətlər üçün bu icazələri müvəqqəti olaraq dayandırmaq səlahiyyəti əldə edəcək.

Bundan əlavə, işəgötürənlərə xarici işçilərdən işə qəbul haqqı tələb etmək qadağan ediləcək. Bu tələbin pozulması yaşayış icazəsinin verilməsindən imtina üçün əsas kimi qiymətləndiriləcək.

Qanun layihəsi həmçinin mövsümi işçilərlə bağlı qanunvericiliyə texniki dəyişikliklərin edilməsini, eləcə də xarici işçilərin müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. Bu çərçivədə əmək hüquqları barədə məlumatların bir neçə dildə təqdim olunması və etik beynəlxalq işə qəbul prinsiplərinin təşviqi kimi tədbirlərin genişləndirilməsi planlaşdırılır.

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31