Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın cüdo millisi Avropa çempionatında birinci olub

Azərbaycanın cüdo millisi Avropa çempionatında birinci olub

07.09.2025 [09:14]

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandası qitə birinciliyini 3 medalla tamamlayıb.

İlk yarış günündə Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazanıb. Nizami İmranov (66 kiloqram) isə turniri bürünc medalla tamamlayıb.

Daha əvvəl yeniyetmələr arasında ikiqat dünya çempionu olan Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında 66 kiloqram çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb. Daha bir əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitə turnirində medal qazanması olub.

Qeyd edək ki, Fərid Qarayev (60 kiloqram) yarışı 5-ci, Əbil Yusubov isə 7-ci pillədə başa vurub. Aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30