Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xorvatiya dron istehsalında lider mövqeyə sahib olmaq niyyətindədir

Xorvatiya dron istehsalında lider mövqeyə sahib olmaq niyyətindədir

07.09.2025 [17:31]

Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyi “dron koalisiyasına” üzv olmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı nazir Cordan Radman X platformasında bildirib. Daha əvvəl müdafiə naziri İvan Anuşiç qeyd edib ki, Zaqreb Avropa İttifaqında pilotsuz uçuş aparatlarının (PUA), xüsusən FPV dronlarının istehsalında lider mövqelərdən birini tutmaq istəyir. Onun sözlərinə görə, ABŞ, Fransa, Hindistan və Səudiyyə Ərəbistanı artıq Xorvatiyanın “Orqa” şirkəti ilə FPV-dronların təmin edilməsinə dair müqavilələr bağlayıblar. Qeyd edilir ki, “Orqa” dronlarında Çinə aid komponentlər yoxdur və bütün hissələr Avropa İttifaqı ölkələrində istehsal olunur. Xorvatiyanın bu addımı PUA sahəsində Avropada əməkdaşlığın gücləndirilməsi və regional təhlükəsizliyin artırılması istiqamətində stratejiyönümlü qərar kimi dəyərləndirilir.

Qeyd edək ki, “Dron koalisiyası” 2024-cü ildə Birləşmiş Krallıq və Latviya tərəfindən Ukrayna üçün PUA tədarükü və hazırlanması məqsədilə yaradılıb. Sonradan bu birliyə Avstraliya, Almaniya, Danimarka, Kanada, Litva, Niderland, Norveç, Polşa, Ukrayna, İsveç və Estoniya da qoşulub.

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30