Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Britaniyada yeni daxili işlər naziri miqrasiya böhranı ilə üzləşib

Böyük Britaniyada yeni daxili işlər naziri miqrasiya böhranı ilə üzləşib

08.09.2025 [19:21]

Böyük Britaniyanın yeni daxili işlər naziri Şabana Mahmud vəzifəyə başlamasından cəmi 48 saat sonra ciddi miqrasiya böhranı ilə qarşılaşıb.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, bu il La-Manş boğazını kiçik qayıqlarla keçən miqrantların sayı artıq 30 mini ötüb. Bu, indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir.

Ş.Mahmud bu vəziyyəti tamamilə qəbuledilməz adlandıraraq sərt tədbirlər görüləcəyini bildirib. Nazir ilk böyük çıxışında insan alveri ilə mübarizə aparmaq üçün ABŞ, Avstraliya, Kanada və Yeni Zelandiyanın nümayəndələri ilə görüş keçirəcəyini bildirib.

Analitiklər qeyd edirlər ki, rekord göstəricilərin əsas səbəblərindən biri Baş nazir Kir Starmerin Daxili İşlər Nazirliyində dəyişiklik etməsi olub. Hazırda Leyboristlər Partiyası sorğularda Reform UK partiyasından 10 xal geri qalır.

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30