Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nepalın Baş naziri istefa verib

Nepalın Baş naziri istefa verib

09.09.2025 [19:48]

Nepalın Baş naziri Şarma Oli ölkədə baş verən kütləvi etiraz aksiyaları ilə əlaqədar istefa verib.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Baş nazirin köməkçisi Prakaş Silval məlumat yayıb.

Qeyd edək ki, hazırda Katmanduda hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları avtomobil təkərlərini yandıraraq hökumət rayonunda nəqliyyatın hərəkətini dayandırıb. Nepal hakimiyyəti paytaxtda məhdudiyyətsiz komendant saatı tətbiq edib.

Nümayişçilər ötən həftə hökumətin ölkədə sosial şəbəkələr və mesajlaşma proqramlarının fəaliyyətini məhdudlaşdırmaq qərarına, həmçinin korrupsiyaya etiraz edir. Əsasən gənclər və tələbələrdən ibarət aksiya iştirakçıları ilə polis arasında toqquşmalar baş verib. Toqquşmalarda azı 19 nəfər həyatını itirib, 100-dən çox insan isə yaralanıb.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30