Qəzzada atəşkəs elan olunacaq
10.09.2025 [09:46]
Trampdan HƏMAS-a son xəbərdarlıq...
ABŞ Prezidenti Donald Tramp yaxın zamanda Qəzzada müharibənin sona çatacağını bəyan edib. Belə ki, Ağ Evin rəhbəri jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-ın vasitəçiliyi ilə tezliklə İsrail ilə HƏMAS arasında atəşkəslə bağlı razılaşma əldə olunacaq. Onun sözlərinə görə, Vaşinqton problemlərin həlli üzərində çalışır. “HƏMAS-la bağlı bəzi məsələlər ortaya çıxdı və biz çox yaxşı ola biləcəyini düşündüyümüz bir həll üzərində işləyirik. Bu barədə çox yaxında eşidəcəksiniz. Biz buna son qoymağa, girovları geri qaytarmağa çalışırıq”,- deyə Tramp qeyd edib. Dövlət başçısı, həmçinin Qəzzada saxlanılan israilli girovların azad ediləcəyinə və meyitlərin qaytarılacağına əmin olduğunu bildirib. Bununla yanaşı, ABŞ Prezidenti “Truth” sosial şəbəkəsində HƏMAS -a xəbərdarlıq edib - o, bildirib ki, İsrail onun şərtlərini qəbul edib, HƏMAS-ın da qəbuletmə vaxtıdır. “Şərtləri qəbul etməməyin nəticələri ilə bağlı HƏMAS-a xəbərdarlıq etmişəm. Bu mənim son xəbərdarlığımdır, başqası olmayacaq”. Qeyd edək ki, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff HƏMAS-a yeni atəşkəs razılaşmasını təqdim edib. Bu razılaşmaya görə, Qəzzaya hücum planının dayandırılması qarşılığında atəşkəs elan ediləcək, ondan sonra həm İsrail, həm də HƏMAS qarşılıqlı şəkildə fələstinli və israilli girovları azad etməlidir. Atəşkəsdən sonrakı danışıqlarda isə HƏMAS-ın tamamilə tərksilah edilməsi və İsrail ordusunun Qəzzadan tam çıxarılması ilə bağlı məsələ ətrafında müzakirələr aparılacaq.
HƏMAS danışıqlara hazırdır
HƏMAS Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün girovların azad olunması ilə bağlı danışıqlara dərhal qayıtmağa hazır olduğunu bəyan edib. HƏMAS-ın “Telegram” kanalında yayımlanan bəyanatında bildirilir ki, təşkilat öz şərtlərini müzakirəyə çıxarmaqda israrlıdır. “HƏMAS dərhal danışıqlar masasına oturmağa və bütün girovların azad olunması qarşılığında müharibənin dayandırılması, İsrail ordusunun Qəzzadan çıxması və orada dərhal fəaliyyətə başlayacaq müstəqil Fələstin hökumətinin formalaşdırılması məsələlərini müzakirə etməyə hazırdır”, - deyə təşkilatın bəyanatında qeyd olunub. Hərəkatın rəhbərliyi, həmçinin Vaşinqtonun vasitəçilərlə Qəzzada atəşkəslə bağlı öz baxışını təqdim etdiyini təsdiqləyib və HƏMAS-ın “anklavda aqressiyanın dayandırılmasına yönəlmiş istənilən təşəbbüsü alqışladığını” vurğulayıb. Bundan başqa, təşkilat “İsrailin gələcək saziş çərçivəsində öz öhdəliklərinə əməl edəcəyinə dair zəmanətlərin” verilməsini tələb edib və “vasitəçilərlə daimi əlaqədə olduqlarını, Qəzzaya dair hərtərəfli sazişin hazırlanması üzərində onlarla birgə işlədiklərini” bildiriblər.
Trampın budəfəki planı daha konkret və aktivdir
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp budəfəki bəyanatında atəşkəs və girovların azad olunmasına yönəlik daha konkret və aktiv bir plan təqdim etmiş görünür. “7 sentyabr 2025-ci ildə Tramp jurnalistlərə “Qəzzada çox tezliklə razılaşma əldə ediləcəyini” bildirib, “İsrail mənim şərtlərimi qəbul edib, indi sıra HƏMAS-dadır” deyərək, bu, “son xəbərdarlıqdır” ifadəsi ilə gücləndirib. O, təklif edib ki, bütün girovlar (təxminən 48 nəfər) ilk atəşkəs günündə azad olunsun, əvəzində fələstinli məhbuslar həbsxanadan azad edilsin və atəşkəs müddətində danışıqlar başlasın. İsrail tərəfi bu təklifi “çox ciddi şəkildə nəzərdən keçirdiyini” bildirib, lakin hələ rəsmi təsdiq verilməyib. Göründüyü kimi, Tramp bu dəfə atəşkəs prosesinə faktiki təkliflə və diplomatik vasitələrlə daxil olur - bu, əvvəlki bəyanatlardan daha konkret və ciddidir”.
HƏMAS danışıqlara qayıtmaqda qərarlıdır, yoxsa gözdən pərdə asır?
Ekspert vurğulayıb ki, HƏMAS-ın müəyyən şərtlərlə danışıqlara hazır olduğunu bəyan etməsinə baxmayaraq, danışıqlarda iştirak edib-etməyəcəyi sual altınadadır. “HƏMAS ABŞ-ın vasitəsi ilə təkliflər aldığını və danışıqlar masasına dərhal qayıtmağa hazır olduğunu bildirib. Onlar bütün fələstinli girovların azad olunması, müharibənin bitirilməsi üçün qəti bəyanat və İsrailin Qəzzadan tam çəkilməsi tələbini təkrarlayıblar. Həmçinin müstəqil Fələstin komitəsinin idarəçiliyinə dair təşəbbüsləri müdafiə ediblər. HƏMAS bu dəfə də real seçim imkanlarına bağlı olaraq danışıqlara açıqdır. Lakin onun məqsədləri (girovların tam azad olunması, İsrailin çıxması və s.) İsrail üçün qəbuledilməz ola bilər və buradan “danışıqlara hazırlığ”ın yalnız taktiki addım olması dəyərləndirilə bilər,” -deyə V.Zifəroğlu əlavə edib ki, İsrailin HƏMAS-ın bu şərtlərə razılıq verəcəyi inandırıcı görünmür: “Netanyahu hökuməti hələ ki yalnız bütün israilli girovların azad edilməsi, HƏMAS-ın silahsızlaşdırılması və Qəzzada İsrail üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsi qarşılığında hərbi əməliyyatları dayandıracağını bəyan edir”.
Qəzzada atəşkəs hansı halda təmin oluna bilər?
“Tramp irəli sürdüyü modelin hazırda real variant olduğunu bildirir. İsrail dəyərləndirir, amma rəsmi razılıq hələ verilməyib. HƏMAS-dan gələn açıqlamalar konstruktivdir, amma keçmişdə əldə edilmiş razılaşmalara əməl edilməməsi təcrübəsi narahatlıq doğurur. Münaqişənin real olaraq dayandırılması üçün tərəflərin həm ideyalarını, həm də tələblərini birləşdirəcək ortaq məxrəcə ehtiyac var - bu isə indiyədək mümkün olmayıb,” - deyə V.Zifəroğlu bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
12 Sentyabr 23:39

İdman
12 Sentyabr 23:12

İqtisadiyyat
12 Sentyabr 22:57

Sosial
12 Sentyabr 22:26

Sosial
12 Sentyabr 21:45

Dünya
12 Sentyabr 21:30

Dünya
12 Sentyabr 21:19

İdman
12 Sentyabr 20:42

Dünya
12 Sentyabr 20:14

Hadisə
12 Sentyabr 19:56

İqtisadiyyat
12 Sentyabr 19:25

Dünya
12 Sentyabr 18:23

COP29
12 Sentyabr 17:20

Sosial
12 Sentyabr 16:59

Sosial
12 Sentyabr 16:40

Mədəniyyət
12 Sentyabr 16:29

Sosial
12 Sentyabr 15:29

İqtisadiyyat
12 Sentyabr 13:28

YAP xəbərləri
12 Sentyabr 12:58

Dünya
12 Sentyabr 12:28

Gündəm
12 Sentyabr 12:27

Dünya
12 Sentyabr 12:27

Sosial
12 Sentyabr 12:23

Hadisə
12 Sentyabr 12:22

İqtisadiyyat
12 Sentyabr 12:21

İqtisadiyyat
12 Sentyabr 12:20

İqtisadiyyat
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:11

Mədəniyyət
12 Sentyabr 11:58

İqtisadiyyat
12 Sentyabr 11:46

Siyasət
12 Sentyabr 11:36

İqtisadiyyat
12 Sentyabr 11:21

İqtisadiyyat
12 Sentyabr 11:15

Sosial
12 Sentyabr 11:07

Analitik
12 Sentyabr 10:58

Siyasət
12 Sentyabr 10:44

Analitik
12 Sentyabr 10:29

Analitik
12 Sentyabr 10:16

Analitik
12 Sentyabr 09:50

Analitik
12 Sentyabr 09:35

Ədəbiyyat
12 Sentyabr 09:14

MEDİA
12 Sentyabr 08:59

Sosial
12 Sentyabr 08:32

Dünya
11 Sentyabr 23:30

Dünya
11 Sentyabr 23:14

İdman
11 Sentyabr 22:48

Dünya
11 Sentyabr 22:36

Sosial
11 Sentyabr 22:15

Elm
11 Sentyabr 21:49

Dünya
11 Sentyabr 21:26

İdman
11 Sentyabr 21:12

Dünya
11 Sentyabr 20:53

İqtisadiyyat
11 Sentyabr 20:21

Dünya
11 Sentyabr 20:06

Dünya
11 Sentyabr 19:45

İqtisadiyyat
11 Sentyabr 19:31

İqtisadiyyat
11 Sentyabr 19:17

Dünya
11 Sentyabr 18:25

Analitik
11 Sentyabr 17:32

Dünya
11 Sentyabr 17:26

Dünya
11 Sentyabr 17:10

YAP xəbərləri
11 Sentyabr 17:09

Siyasət
11 Sentyabr 17:08

İdman
11 Sentyabr 16:34

YAP xəbərləri
11 Sentyabr 16:11

YAP xəbərləri
11 Sentyabr 16:07

YAP xəbərləri
11 Sentyabr 15:35

Sosial
11 Sentyabr 15:26

Sosial
11 Sentyabr 13:37
