Afrikada yeni qarşıdurma
01.10.2025 [09:20]
Madaqaskarı kütləvi etirazlar bürüyüb
Afrikanın daha bir ölkəsində - Madaqaskarda vəziyyət gərginləşib. Qitənin cənub-şərq bölgəsində yerləşən və ada ölkəsi olan Madaqaskarın paytaxtı Antananarivu, eləcə də başqa şəhərlərində kütləvi etiraz aksiyaları baş verib. Qarşıdurmalar sentyabrın 25-də Antananarivu və ölkənin bəzi şəhərlərində elektrik enerjisinin tez-tez kəsilməsinə və su qıtlığına qarşı minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları başlayıb. Polisin nümayişləri qadağan etməsinə baxmayaraq, etirazçılar aksiyaları dayandırmayıb və öz etirazlarını davam etdiriblər. Şahidlərin sözlərinə görə, dinc yürüş tez bir zamanda küçə iğtişaşlarına çevrilib və bu zaman əsasən gənclərdən ibarət etirazçılar ticarət mərkəzini və parlament deputatının evini qarət edib və yandırıblar. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Gənclər təhlükəsizlik qüvvələrinin hücumundan qorunmaq üçün bəzi yollarda yanmış təkərlər və daşlardan ibarət barrikadalar qurub. Gənc etirazçılar, həmçinin şəhərin yeni kanat yolu sisteminin bir neçə stansiyasına hücum edərək həmin obyektləri də yandırıblar. Artıq iğtişaşlar ada dövlətinin bir sıra digər bölgələrinə də yayılıb. Etirazçıların su və elektrik şirkətlərinin ofislərinə hücumları da qeydə alınıb.
Xarici KİV-lərin məlumatlarına görə, yerli hakimiyyəti paytaxt Antananarivuda komendant saatı tətbiq edib. Bu qərar yerli sakinlərin etirazlarının iğtişaşlara və polislə toqquşmaya çevrilməsindən sonra verilib. Təhlükəsizlik qüvvələri dövlət obyektləri və strateji əhəmiyyət kəsb edən digər obyektləri qorumaq üçün hərəkətə keçib - fövqəladə tədbir ilə bağlı qərarın məhz bu səbəbə görə qəbul edildiyi bildirilir. Komendant saatı “ictimai asayiş bərpa olunana qədər” qüvvədə qalacaq.
Artıq Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Madaqaskardakı vəziyyətlə bağlı məruzə tərtib edib - Ali Komissarlığın məlumatında qeyd olunur ki, polis qüvvələri ilə etirazçılar arasında toqquşmalar zamanı azı 22 nəfər həlak olub; “Ən azı 22 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Qurbanlar arasında etirazçılar və yoldan keçən vətəndaşlar var ki, onları təhlükəsizlik qüvvələrinin əməkdaşları öldürüb. Həmçinin etirazçılarla əlaqəsi olmayan ayrı-ayrı şəxslər və dəstələr tərəfindən törədilən genişmiqyaslı zorakılıq və talan nəticəsində həlak olanlar da var”, - deyə Ali Komissarlığın məlumatında bildirilir. Ölkənin Baş naziri Kristian Ntsayın vəziyyətlə bağlı yerli mediaya çıxışında bildirib ki, sentyabrın 29-da Madaqaskar Universitetinin kampusunda dinc etirazçılar arasında silahlı şəxslər olub və həmin şəxslər polisə atəş açıb.
Son iğtişaşlar fonunda Madaqaskar Prezidenti Andri Radzuelina hökuməti buraxdığını elan edib. O, üç gündən sonra yeni baş nazir təyin etməyi planlaşdırır. Ölkə prezidenti xalqa müraciətində yeni hökumət formalaşdıracağını və lazımi islahatlar aparacağını bəyan edib. “Mən ölkədə idarəetmə sistemini hərtərəfli nəzərdən keçirəcəyəm və islahatlar aparacağam”, - dövlət başçısı müraciətində bildirib.
O, həmçinin aksiyalarda iştirak edən gənclərlə dialoq mühiti yaratmaq niyyətində olduğunu qeyd edib və biznesi zərər görən iş adamlarına dəstək vəd edib. Afrika İttifaqı və Cənubi Afrika İnkişaf Birliyi artıq iğtişaşları pisləyib, əhalini və hökuməti sakitliyi bərpa etmək üçün dialoqa çağırıb.
Hazırda Madaqaskarda etiraz aksiyaları davam etməkdədir və aksiyaların genişmiqyaslı xarakter alacağı, hətta bütün ölkəni bürüyəcəyi ehtimal olunur. Ölkədə vəziyyətin nəzarətdən çıxmaması üçün təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçiblər.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16

