Ulu Öndər Heydər Əliyev qüdrətli Azərbaycanın qurucusudur
01.10.2025 [23:19]
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, təəssüf ki, ilk illərdə siyasi səriştəsizlik və idarəetmə böhranı nəticəsində ağır faciələr yaşadı. Dövlət çevrilişləri, vətəndaş qarşıdurmaları, torpaqların ardıcıl işğalı, iqtisadi tənəzzül – bütün bunlar xalqı böyük bir fəlakətin astanasına gətirib çıxarmışdı. Belə bir məqamda millətin xilası üçün yeganə ümid ünvanı Ulu Öndər Heydər Əliyev idi. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqın xilasa olan inamının, böyük siyasi iradəsinin ifadəsi oldu. Xalq mütləq əksəriyyətlə Ulu Öndər Heydər Əliyevi dövlət başçısı seçərək taleyüklü qərar verdi. Həmin gün Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən yeni bir mərhələnin başlanğıcı oldu. Ulu Öndər xalqın iradəsinə söykənərək elan etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” 1993-cü ilin iyununda xalqın dəvəti ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, dövlət müstəqilliyinin itirilməsindən xilas etdi. Gəncədə dövlətçiliyi sınağa çəkən qiyamın qarşısını almaq üçün həyatını təhlükə altına atması, siyasi qətiyyəti və xalqın etimadını doğruldan fəaliyyəti tarixdə xilaskarlıq missiyasının başlanğıcı kimi həkk olundu. Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsindən xilas oldu və ordu quruculuğu prosesinə start verildi. Bütün bunlar dövlətin mövcudluğunu təmin edən strateji addımlar idi. Heydər Əliyevin idarəetmə məktəbi müstəqil Azərbaycan dövlətçiliyinin möhkəm sütunlarını yaratdı. Onun müəllifi olduğu Azərbaycançılıq ideologiyası xalqı vahid milli məfkurə ətrafında birləşdirərək dünyadakı bütün soydaşlarımızı eyni ideyanın daşıyıcısına çevirdi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının başlanğıcı oldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri kimi nəhəng layihələr, enerji təhlükəsizliyi siyasəti Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi. 1995-ci ildə qəbul olunmuş ilk Milli Konstitusiya isə hüquqi dövlətin və demokratik idarəetmənin bünövrəsini qoydu. Konstitusiya Məhkəməsinin, Ombudsman institutunun yaradılması, ölüm hökmünün ləğvi, söz azadlığının təmin olunması – bunlar Heydər Əliyevin hüquqi dövlət quruculuğuna verdiyi töhfələr idi.
Ümummilli Liderin xarici siyasət kursu müstəqil Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi. Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində qəbul edilmiş beynəlxalq sənədlər Heydər Əliyevin diplomatik məharətinin nəticəsi idi. Azərbaycan regional və qlobal əməkdaşlıq layihələrinin mərkəzinə çevrildi. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası yalnız 1993-cü illə məhdudlaşmadı. Onun müəyyənləşdirdiyi strateji yol xəritəsi Azərbaycanın gələcək qələbələrinin əsasını qoydu. Dövlətçiliyin qorunması, güclü ordu quruculuğu, milli ideologiyanın formalaşması, iqtisadi dayaqların möhkəmləndirilməsi – bütün bunlar müasir Azərbaycanın uğurlarının təməlində dayanır. Bu yolun davamçısı isə cənab Prezident İlham Əliyev oldu. O, Ulu Öndər Heydər Əliyev siyasi kursunu yaradıcı şəkildə inkişaf etdirərək Azərbaycanı regionun lider dövlətinə çevirdi. Və nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi Ulu Öndərin böyük xilaskarlıq missiyasının məntiqi sonluğunu – Zəfər tacını bəxş etdi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqları azad etdi, tarixi ədalət bərpa olundu. Bu qələbə həm də Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, qurduğu dövlətin və yaratdığı ordunun təntənəsi idi. 3 oktyabr 1993-cü il – Ulu Öndər Heydər Əliyevin Prezident seçildiyi gün Azərbaycan tarixində xilaskarlıq mərhələsinin başlanğıcı, 8 noyabr 2020-ci il isə həmin yolun Zəfərlə taclandığı gün kimi əbədi tarixin səhifələrinə və yaddaşımıza həkk olunub. Bu iki tarixi zirvə arasında keçilən yol bir həqiqəti təsdiqlədi: Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bu müstəqilliyin əbədi yaşaması Ulu Öndər Heydər Əliyev yolunun varisliklə davam etdirilməsi ilə təmin olundu.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39

