Ağrı dağının təsvirindən imtina...
04.11.2025 [09:31]
Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilir?
Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməsi yeni məsələ deyil. Bu ölkə Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyəyə qarşı da ərazi iddiaları ilə çıxış edib. Lakin dövlətimizin öz ərazi bütövlüyünü bərpa etməsi və regionda yeni reallıqlar yaratması vəziyyəti dəyişməkdədir.
Artıq Ermənistanda anlamağa başlayıblar ki, qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış etmək ilk növbədə özünün ziyanınadır. Azərbaycan ərazilərinin 30 illik işğalının nəticəsi rəsmi İrəvan üçün dərs olub. Bu işğal nəinki ermənilərə fayda vermədi, əksinə Azərbaycan öz torpaqlarını azad edərək İrəvanı kapitulyasiyaya məcbur etdi. İndi İrəvan Türkiyəyə qarşı olan iddialarından da geri çəkilməkdədir. Məlumdur ki, indiyədək İrəvan Türkiyəyə qarşı iddialarını bəzi dövlət rəmzlərində ifadə edir. Məsələn, Ermənistana giriş-çıxış üçün sərhəd möhüründə Ağrı dağının təsviri var idi. Bu dağ Türkiyə ərazisində yerləşsə də, ermənilər onu özününküləşdirib “Ararat” adlandırmağa çalışıblar. Artıq noyabrın 1-dən Ermənistana giriş-çıxış zamanı Ağrı dağı sərhəd möhüründə təsvir olunmur. Bu barədə qərar isə hökumət tərəfindən sentyabrın 11-də qəbul edilmişdi.
Möhürün yeni nümunəsi artıq Nazirlər Kabinetinin qərarı ilə təsbit edilib. Qaydalar 1 noyabr 2025-ci ildən qüvvəyə minib. Möhürdə dağın yerinə erməni və ingilis dillərində “Ermənistan” sözləri, keçid məntəqəsinin adı, sərhədin keçildiyi tarix və keçid məntəqəsinin növü (hava, dəmiryol və ya avtomobil) qeyd olunur. Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, ölkənin sərhəd möhürü dövlətin rəmzlərini əks etdirməli, emosional, sentimental simvolları ifadə etməməlidir. O, qeyd edib ki, Ermənistan təhlükəli mesajlar göndərməməlidir: “Biz istifadə etdiyimiz simvolizm, möhürlərdə yalnız dövlətçilik prinsipindən irəli gələrək Ermənistanla bağlı istənilən anlaşılmazlığın yaranmaması üçün hər şeyi edirik”. Deputat vurğulayıb ki, qonşularla münasibətlərində Almatı Bəyannaməsindən çıxış edirlər: “İstər möhür, istərsə də səsləndirdiyimiz bəyanatlar olsun, hər bir hərəkətimiz təhlükəli ismarış daşımamalıdır”.
Fraksiyanın katibi Ermənistan-Türkiyə münasibətlərində irəliləyişin olmaması barədə bəyanatlardan təəccübləndiyini də bildirərək deyib ki, Türkiyənin rəsmi nümayəndəsi Ermənistana səfər edib, müzakirələr kifayət qədər müsbət atmosferdə keçib. O, bunu deyərkən sentyabrın 12-də Türkiyə təmsilçisi Sərdar Kılıçın başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfərini nəzərdə tutub. Hansı ki, Sərdar Kılıçın başçılıq etdiyi nümayəndə heyəti “Marqara” nəzarət-buraxılış məntəqəsindən bu ölkəyə daxil olmuşdu. Əslində, Sərdar Kılıçın səfərindən öncə möhürdən Ağrı dağının təsvirinin yığışdırılması qərarı rəsmi İrəvanın Ankaraya müsbət mesajı kimi dəyərləndirilir.
Baş nazir Nikol Paşinyan da hələ bir neçə il əvvəl bildirmişdi ki, Ağrıdağın Ararat adlandırılması və onun Ermənistanda simvollaşdırılması Türkiyəyə qarşı ərazi iddiasıdır: “Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir”. Erməni tərəfinin bu addımı Azərbaycanla Türkiyəyə sülh və əməkdaşlıq mesajı görüntüsü yaradır. Pasport möhürlərindən Ağrı dağının təsvirinin yığışdırılması Ermənistanın Türkiyəyə ərazi iddiasından imtina yolunda vacib addım kimi dəyərləndirilə bilər. Çünki ideoloqları və havadarları yüz ildən artıqdır erməni cəmiyyətinə bu kimi iddialı xülyaları təbliğ ediblər. Lakin iki ölkə arasında münasibətlərin normallaşması üçün əsas şərtlərdən biri Ermənistanın Türkiyəyə ərazi iddiasından əl çəkməsi, biri də uydurma “erməni soyqırımı”ndan imtinadır.
Beləliklə, erməni tərəfi anlayır ki, ölkəni inkişaf etdirməyin yeganə yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməkdən keçir. Sülh şəraitində bu əməkdaşlıq olmazsa, Ermənistan dalan dövləti olaraq qalacaq. Ona görə də, Ermənistanın indiki hakimiyyəti reallıqları anlayaraq destruktiv mövqedən uzaqlaşmağa çalışır. Bütün hallarda isə rəsmi İrəvan sülh və əməkdaşlığa maraqlı olmasını praktiki addımlarla təsdiqləməlidir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

