Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb

09.11.2025 [17:20]

Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin qardaş münasibətləri, həmçinin Türkiyə ilə Azərbaycan arasında sıx diplomatik və hərbi əlaqələr Cənubi Qafqazda fundamental dəyişikliklərə səbəb olub və Zəngəzur Dəhlizinin əhəmiyyətini artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə türkiyəli ekspert Bülent Erandaçın bazar günü “Yeni Asır” qəzetində dərc olunmuş “Qarabağda Qələbə və Zəngəzur dəhlizi" adlı məqaləsində deyilir.

Müəllif qeyd edir ki, Avrasiyada yeni geosiyasi tarazlıq Zəngəzur dəhlizini də ehtiva edir. “Zəngəzur dəhlizi təkcə türk dövlətlərini birləşdirən bir yol deyil, həm də ABŞ, Avropa və Çində əhəmiyyəti sayılan geosiyasi marşrutların vacib bir komponentidir", - deyə B. Erandaç vurğulayır. O, həmçinin Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasındakı yolu Orta dəhlizin “əsas halqası” və gələcək Avrasiya-Afrika əlaqələrinin vacib bir komponenti kimi xarakterizə edir.

Ekspert Türkiyə Prezidentinin Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş Bakıda keçirilən hərbi paraddakı çıxışından parçalar da sitat gətirərək əlavə edir ki, Cənubi Qafqazda yeni dəhlizlərin açılması bütün ölkələrin maraqlarına uyğundur.

Paylaş:
Baxılıb: 873 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30