Sabunçu rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
01.12.2025 [15:15]
3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatının qərargahında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “Dost Evi” filialının təlimçisi, gənc və istedadlı rəssam Fuad Musayevin “Ruhumun inciləri” adlı inklüziv sərgisi təşkil edilib. Sərgidə eləcə də daun sindromlu rəssam-tarzən Bəhram Rahimlinin rəsmləri nümayiş olunub. Sərginin məqsədi əlilliyi olan şəxslərin sosial həyata daha fəal qoşulmasını, onların istedad və bacarıqlarının üzə çıxarılmasını təmin etməkdir.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov bildirib ki, ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların cəmiyyətə tam və bərabər şəkildə inteqrasiyası dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması istiqamətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Son illər əlilliyi olan şəxslər üçün müasir reabilitasiya mərkəzlərinin yaradılması, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, elektron xidmətlərin əlçatanlığı ölkəmizin bu məsələyə nə dərəcədə həssas yanaşdığını göstərir. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilir.
Çıxış edən Milli Məclisin deputatları - Ceyhun Məmmədov və Sahib Alıyev, Sosial Xidmətlər Agentliyi Bakı idarəsinin rəisi Raqif Zamanov, Sosial Xidmətlər Agentliyi Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin direktoru Rəhilə Həsrətova dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramlarından, reabilitasiya xidmətlərindən danışıblar. Eyni zamanda, əlilliyi olan şəxslərin hüquqlarından söz açılıb. Bu kateqoriyadan olan şəxslərlə ünsiyyət zamanı onların da bizim kimi insan olmasına önəm verilməsinin vacibliyi vurğulanıb.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə gənc rəssam Fuad Musayevin müxtəlif mövzulara həsr olunmuş əsərləri təqdim olunub.
Sonda tədbir iştirakçıları ölkəmizdə Daun sindromlu yeganə rəssam-tarzən Bəhram Rahimlinin ifasını dinləyiblər.
Xəbər lenti
Hamısına baxSiyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36
Sosial
03 Dekabr 08:12
Dünya
02 Dekabr 23:19
İdman
02 Dekabr 22:54
Hərbi
02 Dekabr 22:26
Dünya
02 Dekabr 21:47
Siyasət
02 Dekabr 21:22

