Sosial şəbəkələrə nəzarət...
04.12.2025 [08:13]
Mexanizm necə olmalıdır?
Sosial media həyatımızın ayrılmaz hissəsələrindən biridir. Bu reallıqdan kənarda durmaq mümkün deyil. Lakin bir faktı da qeyd etməliyik, bəzən sosial şəbəkələrdə özbaşınalıq halları müəyyən xoşagəlməz sonluqla nəticələnir. Bir çox ekspertin fikrinə görə, bu kimi halların qarşısının alınması üçün sosial şəbəkələrə dövlət nəzarət etməli və etik normaları və istifadəçi qaydalarını pozan şəxslərə müəyyən cəzalar tətbiq olunmalıdır.
Bu yaxınlarda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər təqdim edilib. Layihədə qeyd olunur ki, cəmiyyətə hörmətsizliyi açıq şəkildə ifadə edən, lakin ayrı-ayrı şəxslərə qarşı zorakılıq və ya bu cür zorakılıq hədəsi ilə müşayiət olunmayan, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə bağlı olmayan hərəkətlər xırda xuliqanlıq hesab edilərək, inzibati həbs və cərimə ilə nəticələnəcək.
Xırda xuliqanlıq 50 manatdan 100 manatadək cərimə ilə cəzalandırılacaq. İşin hallarından asılı olaraq və təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi qeyri-kafi hesab edildikdə, on beş sutkayadək müddətə inzibati həbs tətbiq edilə bilər.
Cərimə və inzibati həbs kimi tədbirlər bu cür məsələlələrə nə qədər güclü təsir göstərə bilər? Ümumiyyətlə, sosial şəbəkələrə nəzarət mexanizmi necə olmalıdır?
Sualımızı cavablandıran İKT üzrə mütəxəssis Elvin Abbasov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində bu məsələlərlə bağlı son dərəcə aydın qadağalar var. Lakin nədənsə sosial şəbəkə istifadəçiləri elə düşünürlər ki, istədikləri hər cür məzmunu paylaşa bilərlər və bunun üçün heç bir məsuliyyət daşımayacaqlar: “Sevindirici haldır ki, həm inzibati, həm də cinayət müstəvisində daha sərt qaydaların tətbiqi gündəmə gəlib. Çünki bu, belə davam edə bilməz. Mütləq şəkildə bu sahədə hüquqi mexanizmlər işləməli, cəmiyyət qorunmalıdır”.
Bu barədə çoxdan düşünməli idik...
E.Abbasov qeyd edib ki, 2017-ci ildə Almaniya hökuməti sosial şəbəkə operatorları ilə müqavilə bağlayıb və bu cür məzmunlarla bağlı xüsusi hüquqi mexanizmlər formalaşdırılıb: “Qaydanı pozan hər hansı şəxsin məlumatları dərhal dövlət orqanlarına ötürülür və onların barəsində hüquqi tədbirlər görülür. Bizdə niyə olmasın? Bu barədə çoxdan düşünməli idik. Xatırladım ki, 2025-ci ildə 19 martda süni intellektlə bağlı qəbul edilən strategiyada təhlükəsizlik riskləri xüsusi olaraq qeyd olunmuşdu. Yəni lazımi tədbirlər görülməzsə, təhdidlər qaçılmaz olacaq. Bu səbəbdən həm aidiyyəti dövlət qurumları, həm də cəmiyyət ayıq olmalı, məsuliyyətlə reaksiya verilməlidir”.
Azyaşlılar üçün məhdudiyyətlər
Ekspertin sözlərinə görə, nəzarət mexanimzlərinin gücləndirilməsinin digər vacib tərəfi azyaşlıların sosial şəbəkələrdən istifadəsi zamanı müəyyən xoşagəlməz halların baş verməsi ilə əlaqədardır: “Məsələn, Almaniyada, Niderlandda müxtəlif yaş kateqoriyalarını azyaşlı hesab edirlər. Bəzisində 13, bəzisində 14-15 və ya 16 yaş azyaşlı hesab olunur və limitlər tətbiq olunur. Müxtəlif ölkələrin qanunvericiliyində azyaşlıların internetdən istifadəsini tənzimləyən qaydalar mövcuddur. Təbii ki, Türkiyədə, Avropa ölkələrində bu məsələ dəfələrlə gündəmə gəlib. Həm ümumi, həm də xüsusi şəbəkələrdə azyaşlıların fəaliyyəti beynəlxalq standartlarla tənzimlənir, müxtəlif şəbəkələr bu standartlara istinadla qaydalar tətbiq edir və bu qaydalara görə azyaşlıların hansı tip kontekt və məzmunlara baxıb izləyə biləcəkləri qeyd olunur. Əgər uşaqlar öz valideynlərinin telefonlarından sosial şəbəkəyə daxil olurlarsa, orada məhdudiyyət tətbiq edilə bilmir, çünki sosial şəbəkə platforması öz istifadəçisinin məlumatlarını tanıyır. Məlumatlarda yetkin insanın datalarıdır. Sosial şəbəkə valideynin adından uşağın platformaya daxil olduğunu bilmir, ona görə də azyaşlılara qadağa qoyulan kontekt və məzmunlar açıq olur. Əgər valideyn övladının sosial şəbəkədən faydalı şəkildə istifadə etməsini istəyirsə, övladına öz telefonunu deyil, uşağın adına olan telefonlarda sosial şəbəkə açmalıdır ki, orada uşağın yaş kateqoriyası dəqiq göstərilsin. Bundan sonra həmin yaşa uyğun məzmun tənzimlənməsi mümkün olacaq. Uşaqlar valideynlərinin telefonlarından, böyüklərin adına alınmış telefonlardan və böyüklərin istifadə etdikləri sosial platformalara daxil olduqları üçün sosial şəbəkə istifadəçisinin həqiqi məlumatları ilə tanış ola bilmir, nəticədə manipulyasiya baş verir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54

