“Yaşıl Enerji Dəhlizi”ndə yeni mərhələ
04.12.2025 [10:36]
“Enerji Dialoqu”nda yer alan Avropa ölkələrinin sırası genişlənir
Azərbaycan və Avropa İttifaqı (Aİ) Avropaya elektrik enerjisi ixracını təmin edəcək “Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası barədə müzakirə aparıb. Energetika naziri Pərviz Şahbazovun Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç ilə keçirilən görüşündə enerji sahəsində birgə əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərinə toxunulub. M.Kuyundziç Azərbaycanın Avropanın enerji təchizatındakı etibarlı və sadiq tərəfdaş olduğunu vurğulayaraq hazırda əməkdaşlığın yeni dövürünün - bərpaolunan enerji sahəsində fəaliyyətin başlandığını, “Yaşıl Enerji Dəhlizi” layihəsinin bölgədə dekarbonizasiya proseslərinin və enerji səmərəliliyinin güclənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın fəal rol aldığı “Enerji Dialoqu” formatının regional əməkdaşlıq əlaqələrinin genişlənməsinə təkan verəcəyi və yeni “yaşıl” “Cənub Qaz Dəhlizi” ailəsinin formalaşacağı istisna edilməyib.
Dörd ölkənin təşəbbüsü ilə...
Qeyd edək ki, “Yaşıl Enerji Dəhlizi” layihəsi 2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması ilə ərsəyə gəlib. Dörd ölkənin imzaladığı sazişin icrasını təmin etmək məqsədilə 2024-cü ilin may ayında tərəflər arasında yeni enerji ənəkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandum imzalanıb və “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Birgə müəssisənin yaradılmasından sonra “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin (“Qara dəniz” kabeli) icrasını təmin etmək üçün Rumıniyanın “Transelectrica”, Azərbaycanın “Azərenerji” ASC, Gürcüstanın “Elektrik Şəbəkəsi” və Macarıstanın “MVM” şirkəti arasında da saziş imzalanıb. “Yaşıl enerji” həmrəyliyi halqası sonrakı dövrdə daha da genişlənib və türk dövlətləri olan Qazaxıstan və Özbəkistan dəhlizdə yer almaq niyyətlərini bəyan edib. 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur.
Cənub Qaz Dəhlizinin “yaşıl marşrutu”
Dördlük formatı ilə regionda əməkdaşlığın genişlənməsini təşviq edən “yaşıl enerji” siyasəti Avropa İttifaqının marağına səbəb olduğundan layihəyə qoşulanlar sırasında Bolqarıstan da yer aldı. 2024-cü ildə Bolqarıstanın ardınca, Serbiya “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulmaq istəyini rəsmi şəkildə bəyan etdi, ənənəvi yanacaq tədarükü ilə yanaşı, Azərbaycanın bərpaolunan enerji mənbələrinin tədarükündə tərəfdaş olmaq istəyini açıqladı. Həmçinin, İtaliyanın da alternativ enerji nəqli layihəsində yer almaq niyyətindən sonra Aİ şirkətləri “yaşıl enerji”nin istehsalı üzrə infrastruktur, emal və təchizat zəncirinin formalaşması üçün prosesə cəlb olundu. Azərbaycanın Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi ilə Aİ-nin “WindEurope” Assossasiyası və Azərbaycanın Energetika Nazirliyi ilə Aİ-nin “Nobel Energy” şirkəti arasında anlaşma memorandumlarının imzalanması “yaşıl güclər”in Avropaya nəqli üçün səyləri artırdı. Bu, eyni zamanda, birmənalı olaraq Aİ dövlətlərinin Azərbaycanın başlatdığı yeni enerji bumu və ya “yaşıl enerji” proqramında müttəfiq olmaq maraqlarını ifadə etdi. 2024-cü il martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində təşkil edilən Yaşıl Enerji Şurasının iclasında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkət tərəfindən imzalanan yeni sənədlər əməkdaşlığı həlledici mərhələyə daşıdı. 2025-ci il aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarında isə “yaşıl enerji” sahəsində yeni sazişin imzalanması ilə Aİ-Azərbaycan “yaşıl enerji” tərəfdaşlılğı iqtisadi baxımdan tam legitimləşdi.
Ərəb dövlətləri də “yaşıl ittifaqa” qoşulur
Yeri gəlmişkən, ərəb dövlətləri də “yaşıl enerji”nin türk koalisiyasına qoşulmağı planlaşdırır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri artıq xeyli müddətdir ki, Mərkəzi Asiya və Azərbaycanda “yaşıl layihələr”də təmsil olunur. Bu baxımdan Qara dəniz kabeli layihəsinin gələcəkdə Yaxın Şərq regionunu da əhatə edəcəyini və Şərq-Qərb enerji dəhlizinin formalaşacağını söyləmək mümkündür. “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması da bunu deməyə əsas verir.
Nəticədə böyük karbohidrogen tədarükçüləri olan 3 türk dövləti və onların müttəfiqinə çevrilmiş Səudiyyə Ərəbistanı növbəti onilliklər ərzində qlobal neft istehlakının azalmasını fonunda ənənəvi enerjini kompensasiya edə biləcək “yaşıl enerji” potensialını qlobal bazarlara çıxaracaq. Bununla da, neft-qaz ölkələri kimi tanınmış bu dövlətlərin növbəti mərhələdə əsas vizyonu “yaşıl enerji”nin ixracatçıları kimi formalaşacaq.
Beləliklə, Azərbaycanın 3 il əvvəl əsasını qoyduğu “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə qoşulan Aİ və digər region ölkələrinin sırasının genişlənməsi rəsmi Bakının həmişə olduğu kimi enerji təşəbbüskarlığına beynəlxalq dəstəyi artırır. Ələlxüsus da Azərbaycanın bərpaolunan enerji potensialının Avropa İttifaqına nəqli üçün beynəlxalq konsorsium formalaşdırır. “Yaşıl enerji”nin Aİ bölgəsinə 2027-ci ildə ixracına başlanması planlaşdırılır ki, bu da Azərbaycanın bölgədə yeni ixrac flaqmanına çevrilməsinə səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

