Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Doqquz ölkə axtarışda olan 40 nəfəri Türkiyəyə təhvil verib

Doqquz ölkə axtarışda olan 40 nəfəri Türkiyəyə təhvil verib

02.01.2026 [17:24]

Doqquz ölkə Türkiyə Cinayət Məcəlləsinə əsasən müxtəlif maddələr üzrə axtarışda olan ümumilikdə 40 nəfəri Türkiyə hakimiyyət orqanlarına təhvil verib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın bildirdiyinə görə, ekstradisiya edilən şəxslərin bir qismi İnterpolun “qırmızı bülleteni” əsasında, digərləri isə milli axtarış xətti ilə axtarılırdı. Şübhəlilər Gürcüstan, Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstandan Türkiyəyə gətirilib.

Daxili işlər naziri cinayətkarların xaricdə saxlanılması üzrə əməliyyatların koordinasiyasına görə Polis Baş İdarəsinə və ölkənin Ədliyyə Nazirliyinə təşəkkürünü bildirib.

A.Yerlikaya qeyd edib ki, Türkiyəyə təhvil verilən şəxslər terror təşkilatlarına üzvlük, qətl, quldurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, rəsmi sənədlərin saxtalaşdırılması və digər cinayətlərdə iştirakda ittiham olunaraq axtarışda idilər.

Paylaş:
Baxılıb: 786 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30