İranın zərbələri səbəbindən Körfəzin biznes dairələri çətin vəziyyətdədir
02.03.2026 [21:50]
İranın Fars körfəzində endirdiyi qarşı cavab zərbələri COVID-19 pandemiyasından bəri regionda biznesə ən geniş yayılmış maneələrə səbəb olub. Hazırda aeroportlar bağlıdır, dəniz limanlarında gəmilərin hərəkəti dayandırılıb və maliyyə bazarları qarışıqlıq yaşayır.
AZƏRTAC xəbər verir ki, ABŞ və İsrailin birgə əməliyyatına cavab olaraq İran tərəfindən həyata keçirilən hücumlar onilliklər ərzində dünyanın ən etibarlı biznes mərkəzlərindən biri kimi nüfuz qazanan bütün əsas Körfəz dövlətlərinə təsir edib. “Reuters” agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinə edilən hücumlar zamanı üç nəfər həlak olub, bazar ertəsi günü Dubay və Əbu-Dabidə ardıcıl üçüncü gündür ki, güclü partlayışlar eşidilir.
“Körfəz iqtisadiyyatlarına regional təsir qarışıqdır”, - deyə “Century Financial” şirkətinin baş investisiya direktoru Vicay Valeça bildirib. O əlavə edib: “Yüksək neft qiymətləri Səudiyyə Ərəbistanı və Qətər kimi istehsalçılar üçün maliyyə yastığı təmin edir, qazanc və likvidliyi artırır. Lakin gəmiçilik riskləri artarsa və ya regional əhvali-ruhiyyə zəiflərsə, ticarət, logistika və turizm, xüsusən də BƏƏ-də təzyiqlə üzləşəcək”.
Körfəz Əməkdaşlıq Şurasının fond bazarları bazar günü erkən ticarətdə kəskin şəkildə aşağı düşüb, Səudiyyə Ərəbistanı indeksi açılışda 4%-dən çox, bağlanış vaxtı isə 2,2%-ə enib. Oman indeksi 1,4%, Misir indeksi isə 2,5% düşüb, hər iki indeks əvvəlki itkilərini qismən bərpa edib. Qətər indeksi bazar ertəsi erkən ticarətdə 2% düşüb.
Əbu-Dabidə yerləşən “Lunate” şirkətinə məxsus “Ghaf Benefits”in baş direktoru Məhəmməd Əli Yasinin sözlərinə görə, düşmənçilik davam etdikcə, bazarlar qeyri-sabit və dəyişkən olaraq qalacaq. O qeyd edib: “Adətən, belə vəziyyətlərdə bazara təzyiq göstərənlər beynəlxalq institusional investorlar olur, yerli investorlar isə aparıcı səhmləri seçməklə tənəzzülü yumşaltmağa çalışırlar”.
İran Fars körfəzindəki aeroportlara, hərbi obyektlərə, limanlara və otellərə zərbələr endirib. Dubay Beynəlxalq Hava Limanı və Əbu-Dabidəki Zayed Beynəlxalq Hava Limanı zədələnib, hər iki obyektdə bir mülki şəxs ölüb, 11 nəfər yaralanıb. Dubaydakı Cəbəl-Əli Limanındakı körpü də hava hücumundan sonra yanğına məruz qalıb.
İnsident Körfəzin iş təqvimində xüsusilə gərgin bir vaxtda baş verib. Hücumlar müqəddəs Ramazan ayında, korporativ iftar və sahurların regionda ən vacib şəbəkə tədbirləri arasında olduğu vaxtda baş verib. Region üçün Ramazan şəbəkə mövsümünün ləğvi onsuz da mövcud olan problemlərə incə, lakin əhəmiyyətli bir problem əlavə edir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51

