Süni intellekt əmək bazarını və cəmiyyəti transformasiya edir
03.03.2026 [20:35]
Dünyada ən çox müzakirə olunan mövzulardan biri süni intellekt (AI) və onun əmək bazarına təsiridir. Texnologiyanın sürətli inkişafı həyatımızın bütün sahələrinə nüfuz edərək həm yeni imkanlar yaradır, həm də müəyyən riskləri ortaya qoyur. Azərbaycan da bu qlobal prosesin bir hissəsidir. Ölkədə rəqəmsallaşma siyasəti aktiv şəkildə həyata keçirilir, innovasiya və texnologiya sahəsində müxtəlif layihələr icra olunur.
Bu barədə AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev AZƏRTAC-a açıqlamasında danışıb.
Akademik bildirib ki, süni intellekt əmək bazarında əsasən təkrarlanan və standart işlərdən başlayaraq təsir göstərir. Məsələn, kassir xidmətləri, məlumatların emalı və sadə ofis işləri artıq AI sistemləri vasitəsilə həyata keçirilir. Gələcəkdə isə bu proses yüksək ixtisas tələb edən peşələrə də keçə bilər.
“Rəqəmsal əmək bazarı ənənəvi bazardan fərqlənir: insanlar artıq qlobal miqyasda işləyə bilir, yeni peşələr yaranır, bəziləri isə aktuallığını itirir. Azərbaycan üçün önəmli məsələlərdən biri rəqəmsal təhlükəsizlik və kibertəhlükəsizlikdir. Dövlət siyasətində innovasiyaların tətbiqi və texnologiyaların cəmiyyətə inteqrasiyası mühüm yer tutur. Təhsil sistemi də bu transformasiyanın mərkəzindədir. Orta və ali təhsil müəssisələrində AI, rəqəmsal bacarıqlar və innovativ düşüncə formalaşdırılmalıdır. Bu isə ölkənin rəqabət qabiliyyətini artırır. Dil texnologiyaları yeni imkanlar yaradır. AI dil texnologiyaları vasitəsilə əmək bazarında dil maneələrini azaldır. Məsələn, Azərbaycan dilində danışan istifadəçilər sistemlər vasitəsilə digər dillərə tərcümə edilə bilir və qarşı tərəfin cavabı yenidən Azərbaycan dilinə çevrilir. Bu, təhsil və iş imkanlarını daha inklüziv edir. Hazırda cəmiyyətdə insanlar və süni intellekt arasında yeni əməkdaşlıq formalaşır. AI istifadəçilərə bilik əldə etmək, özünü ifadə etmək və inkişaf etmək imkanı verir. Nəticə etibarilə, süni intellekt və yüksək texnologiyalar əmək bazarını və cəmiyyəti köklü şəkildə dəyişir. Əsas məsələ bu prosesləri düzgün idarə etmək, elmi əsaslara söykənmək və insan potensialını inkişaf etdirməkdir”, - deyə alim bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56

