Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İran ABŞ-yə dəstək verəcəyi təqdirdə Avropa ölkələrini müharibə ilə hədələyib

İran ABŞ-yə dəstək verəcəyi təqdirdə Avropa ölkələrini müharibə ilə hədələyib

03.03.2026 [18:25]

Avropa ölkələri ABŞ və İsrailin İrana qarşı əməliyyatına qoşulsalar, bu, “müharibə aktı” olacaq.

AZƏRTAC “Gulfnevs”ə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib.

“Bu, müharibə aktı olardı. İrana qarşı hər hansı belə bir hərəkət təcavüzkarlara kömək kimi qiymətləndiriləcək. Bu, İrana qarşı müharibə aktı kimi qiymətləndiriləcək”, - deyə o qeyd edib.

Bundan əvvəl üç Avropa ölkəsinin – Böyük Britaniya, Fransa və Almaniyanın liderləri Yaxın Şərqdəki müttəfiqlərinə zərbələr endirməyə davam edərsə, İranı silahlı qüvvələrdən istifadə etməklə hədələmişdilər.

“Biz İranı bu ehtiyatsız hücumları dərhal dayandırmağa çağırırıq. Maraqlarımızı qorumaq üçün addımlar atacağıq”,-deyə Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmerin bəyanatında deyilir.

Paylaş:
Baxılıb: 343 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31