Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib
04.03.2026 [10:30]
Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində “Yaşıl enerji layihələri” sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin probleminə toxunub, bunun ildən-ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib. “Deməliyəm ki, bu problem təkcə bizi və Xəzər dənizi ilə qonşu olan digər ölkələri narahat etmir. Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür. Ona görə də əgər Xəzər dənizi problem yaşayırsa, bu o deməkdir ki, dünya ekosistemi də problem içindədir. Əlbəttə ki, bu, böyük narahatlıq doğurur. Ancaq mən yalnız müsbət düşüncənin tərəfdarıyam, ona görə də əminəm ki, biz bir yerdəyik, Xəzər dənizinin səviyyəsinin yenidən qalxması üçün əlimizdən gələni edə biləcəyik və onun Aral dənizi və Urmiya gölü kimi yox olmasına imkan verməyəcəyik”, - deyə o əlavə edib.
Leyla Əliyeva son 100 ildə Xəzərdə suitilərin 1 milyondan 200 minə qədər azaldığını qeyd edib.
O, həmçinin ölkəmizin bərpaolunan enerji layihələrinə fəal şəkildə investisiya yatırdığını və məqsədimizin regional yaşıl enerji mərkəzinə çevrilmək olduğunu bildirib.
Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borrero bərpaolunan təmiz texnologiyaların tətbiqinin qazıntı yanacaqlardan asılılığı azaldaraq enerji təhlükəsizliyini artırdığını, vətəndaşları və sənayeni qiymət dəyişkənliyindən qoruduğunu bildirərək bu dəyişikliklərin həm də yeni sənaye imkanları və uzunmüddətli sabitliyin göstəricisi olduğunu qeyd edib.
Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın bərpaolunan enerji potensialından söz açaraq bioenerji, geotermal resurslar və yaşıl hidrogenin inkişafı istiqamətində işlər görüldüyünü qeyd edib. Agentliyin direktoru, eyni zamanda, Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi üçün beynəlxalq əməkdaşlıq çərçivəsində əsas fəaliyyət sənədləri hazırlandığını diqqətə çatdırıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green”in baş direktoru Elmir Musayev şirkətin fəaliyyəti haqqında danışaraq əsas məqsədlərinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək neft-qaz obyektlərini dekarbonlaşdırmaq və Azərbaycanda ekspert biliklərini konsolidasiya etmək olduğunu bildirib.
“Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıqov, “ACWA Power” şirkətinin Biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova, bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə baş maliyyə meneceri Ayla Əzizova, “Xlinks” layihəsinin icraçı direktoru Ceyms Hamfrey, Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer və digərləri çıxış edərək bərpaolunan enerji sahəsindəki perspektivlərdən söz açıblar.
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

