Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir

02.04.2026 [18:27]

Azərbaycanda keçirdiyimiz görüşlərin əsas mövzularından biri iqtisadiyyat idi. Türk Dövlətləri Təşkilatının son illərdə əldə etdiyi irəliləyişlər xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz söyləyib.

"Gömrük prosedurlarının sadələşdirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi ilə Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir",- deyə o əlavə edib.

Vitse-prezident vurğulayıb ki, TDT-yə üzv ölkələr son illərdə dünya üzrə orta göstəricidən daha yüksək iqtisadi artım tempinə nail olublar: “Qlobal iqtisadi artım təxminən 3 faiz olduğu halda, bu ölkələrdə artım 6 faizə yaxın olub. Bu da əməkdaşlığın effektivliyini açıq şəkildə göstərir. Bütün bu addımların əsas məqsədi üzv ölkələrin və xalqların rifah səviyyəsini yüksəltməkdir”.

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30