TDT çərçivəsində keçirilən görüşlər institusional baxımdan yeni mərhələyə qədəm qoyub
03.04.2026 [14:00]
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüş formatının yaradılması mühüm institusional boşluğun doldurulması baxımdan əhəmiyyətlidir. Hadisələrin xronoloji ardıcıllığına nəzər salsaq görərik ki, 2024-cü il iyunun 6-da TDT-nin qeyri-rəsmi Zirvə görüşündə dövlət başçıları tərəfindən Qarabağ Bəyannaməsi imzalanıb və bu sənədlə mütəmadi görüşlərinin keçirilməsi barədə qərar qəbul edilib. Beləliklə, ilk görüş 2025-ci il sentyabrın 18-də Qırğızıstanın Bişkek şəhərində baş tutub. Bu görüşdə əsasən institusional və ticarət maneələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.
Bakıda keçirilən ikinci görüş isə daha çox iqtisadi layihələrin inkişafı, mövcud geosiyasi problemlər fonunda Orta Dəhlizin əhəmiyyəti, həmçinin rəqəmsal ticarət mexanizmlərinin hazırlanması istiqamətində müzakirələrə həsr edilmişdi.
Bu format hazırkı proseslər fonunda effektiv icra mexanizmi rolunu oynayır. Eyni zamanda, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından da əhəmiyyətlidir. Belə ki, “Türk Dünyası Baxış–2040” sənədi iqtisadi hədəflərin reallaşdırılmasını prioritet kimi müəyyən edir. Türk İnvestisiya Fondunun səmərəli fəaliyyəti də xüsusi önəm daşıyır. Çünki üzv ölkələrin iqtisadi dayanıqlılığı və aralarındakı ticarət dövriyyəsi bir-biri ilə sıx bağlıdır. Bununla yanaşı, Orta Dəhliz vasitəsilə nəqliyyat-logistika sahəsində vahid gömrük və tranzit tariflərinin tətbiqi ölkələr arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verə bilər. Qlobal və regional böhranlar, eləcə də bəzi ənənəvi tranzit yollarının təhlükə altında qalması fonunda bu format çərçivəsində operativ və koordinasiyalı qərarların qəbul edilməsi mümkün olacaq.

Mövzu barədə AZƏRTAC-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin Bakıda keçirilən görüşü TDT-nin öz inkişafında keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Əvvəlki toplantılarda əsas diqqət institusional çərçivənin qurulmasına, hüquqi sənədlərin qəbuluna və koordinasiya mexanizmlərinin formalaşdırılmasına yönəlirdisə, indi prioritet istiqamət kimi inteqrasiyaya xidmət edən gerçək addımlar, geosiyasi mövzular və təhlükəsizliklə bağlı məsələlər üzrə real layihələr müzakirəyə çıxarılır.
O hesab edir ki, sürətlə dəyişən geosiyasi reallıqlar və təhlükəsizlik çağırışları fonunda TDT-yə üzv dövlətlərin mövqelərinin uyğunlaşdırılması və möhkəmləndirilməsi son dərəcə vacibdir. Mövcud geosiyasi reallıqlar fonunda qlobal miqyasda nəqliyyat marşrutlarının yenidən formalaşması, enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxması və regional risklərin artması TDT daxilində koordinasiyanın gücləndirilməsini zəruri edir.
“TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin Bakıda keçirilən görüşünün nəticələrini təhlil edərkən bu qənaət formalaşır ki, toplantı çərçivəsində müzakirə edilən məsələlər, verilən qərarlar üzv dövlətlərin milli maraqlarına xidmət etməklə yanaşı, həm də daha geniş regionda sülh, sabitlik və davamlı inkişaf üçün mühüm zəmin yaradır”,- deyə M.Ələsgərli vurğulayıb.

Yekun olaraq qeyd edə bilərik ki, Türk Dövlətləri Təşkilatının Baş nazirləri və Vitse-prezidentləri səviyyəsində keçirilən görüşlər artıq institusional baxımdan yeni mərhələyə qədəm qoyub. Bu, təşkilat daxilində effektiv icra mexanizmlərinin formalaşdığını və qəbul edilən qərarların real nəticələrə çevrilməyə başladığını göstərir. Bu proses gələcək perspektivdə iqtisadi inteqrasiyanın dərinləşməsinə, vahid bazarın formalaşmasına, qeyri-tarif maneələrinin aradan qaldırılmasına və Türk İnvestisiya Fondunun daha səmərəli fəaliyyətinə təkan verəcək. Eyni zamanda, “Türk Dünyası Baxış–2040” sənədində müəyyən edilmiş hədəflərə nail olunması, TDT məkanının qlobal iqtisadiyyatda payının artırılması baxımından bu kimi görüşlər mühüm əhəmiyyət kəsb edir.
Orta Dəhlizin tam potensialla işləməsi, nəqliyyat infrastrukturunun genişləndirilməsi, rəqəmsal nəqliyyat sistemlərinin inkişafı və texnoloji transformasiyanın sürətləndirilməsi də bu çərçivədə prioritet istiqamətlərdəndir.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

