Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiyada şagirdin bıçaqladığı müəllim ölüb

Rusiyada şagirdin bıçaqladığı müəllim ölüb

07.04.2026 [12:01]

Rusiyanın Perm bölgəsində bir şagird məktəbin girişində müəllimə bıçaqla hücum edib. Pedaqoq aldığı xəsarətlərdən həyatını itirib.

AZƏRTAC xəbər verir ki, hadisə bu səhər Dobryanka şəhərində baş verib. İnsident zamanı 17 yaşlı şagird müəllimə bir neçə bıçaq zərbəsi endirib. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hücum edən şəxs saxlanılıb və onun barəsində cinayət işi açılıb. İlkin məlumata görə, yeniyetmə əvvəllər polis qeydiyyatında olub və sinif yoldaşları onun aqressiv və intizamsız davranışdan şikayət ediblər.

Yerli medianın məlumatına görə, ölən şəxs təxminən 30 illik pedaqoji təcrübəsi olan təhsil işçisi və 2018-ci ildə “İlin müəllimi” müsabiqəsinin qalibi olan rus dili və ədəbiyyatı müəllimi Olesya Baqutadır. İlkin versiyaya görə, cinayətin səbəbi imtahanlara buraxılmayan şagirdin qisas alması ola bilər.

Paylaş:
Baxılıb: 714 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30