Səbaildə YAP-ın yerli təşkilatları güclənir
08.04.2026 [17:54]
Aprelin 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon ərazi təşkilatlarının sədrləri ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək Partiyanın zəngin tarixindən və ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin mürəkkəb və taleyüklü dövrdə təşkilatı yaradaraq dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində gördüyü işləri xatırladıb. Bildirilib ki, bu siyasi kurs Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir, ölkəmiz mühüm nailiyyətlərə imza atır. M.Nağıyev çıxışında, həmçinin rayon üzrə ərazi təşkilatlarının fəaliyyətinə toxunaraq onların partiyanın ideoloji xəttinin yerli səviyyədə təbliğində və təşkili işlərində mühüm rol oynadığını bildirib.
Partiyanın keçdiyi zəngin inkişaf yolundan, müasir dövrdə əldə olunan uğurlardan danışan YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov Səbail rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək həyata keçirilən təşəbbüslərin partiyanın məqsəd və prinsiplərinə uyğun şəkildə uğurla reallaşdırıldığını vurğulayıb. Diqqətə çatdırıb ki, ərazi təşkilatları partiya ilə cəmiyyət arasında mühüm körpü rolunu oynayır, vətəndaşların partiyaya cəlb olunmasında, həmçinin partiya əqidəsi ətrafında sıx birləşmənin təmin edilməsində xüsusi əhəmiyyət daşıyır.
Sonra rayon ərazi təşkilatlarının sədrləri və rayon təşkilatının məsul şəxsləri hesabat məruzələri ilə çıxış ediblər. Qeyd edilib ki, son dövrlərdə rayon üzrə ərazi təşkilatları tərəfindən həyata keçirilən tədbirlər daha da genişləndirilib, partiyanın ideoloji xəttinin təbliği istiqamətində məqsədyönlü işlər aparılıb. Vətəndaşlarla iş, onların müraciətlərinin operativ şəkildə araşdırılması, gənclərin partiya sıralarına cəlb olunması istiqamətində ardıcıl fəaliyyət davam etdirilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14

