Siyasi etimad və strateji tərəfdaşlıq nümunəsi
29.04.2026 [11:25]
Azərbaycan - Çexiya: Qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir
Azərbaycana daha bir yüksəksəviyyəli qonağın səfəri uğurla baş tutub. Söhbət Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da respublikamıza reallaşan rəsmi səfərindən gedir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə Baş nazir Andrey Babiş bir sıra məsələlərlə bağlı önəmli müzakirələr aparıblar.
Azərbaycanla Çexiya arasında əlaqələr müxtəlif istiqamətləri əhatə etməklə çoxvektorlu səciyyə daşıyır. Hər iki tərəf qarşılıqlı maraqları əsas götürməklə münasibətlərin daha da möhkəmlənməsinə güclü siyasi iradə nümayiş etdirir və buna uyğun olaraq da əlaqələr genişlənir.
Azərbaycanın artan beynəlxalq nüfuzu və liderlərin Qəbələdə qarşılanmasının özəlliyi
Hazırda dünyada izlənilən geosiyasi proseslər fonunda Cənubi Qafqaza maraq əhəmiyyətli dərəcədə artıb ki, bu da təsadüfi deyil. Xüsusilə də yaxın Şərqdə və Şərqi Avropada müharibələrin alovlanması, Şimal marşrutlarından, Hörmüz boğazından keçidlərin təhlükəli hala gəlməsi sabit məkan kimi Cəbubi Qafqazı diqqət mərkəzinə gətirib. Buradan keçən Orta Dəhlizin funksionallığının getdikcə artması bunu əyani şəkildə təsdiqləyir. Mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan regionda izlənilən proseslərin əsas aktoru qismində çıxış edir. Ölkə uzunmüddətli sabitliyə, nümunəvi təhlükəsizlik mühitinə malikdir. Böyük investisiya qoyuluşu hesabına yaradılan yüksəksəviyyəli nəqliyyat-logistika infrastrukturu, qonşularlla yaxşı münasibətlər tranzit daşımaları üçün ideal şəraiti təmin edir. Azərbaycan, həmçinin qazandığı parlaq qələbələr sayəsində regionda müharibə risklərini aradan qaldırıb. Ölkəmizin postmüharibə dövründə müəyyənləşdirdiyi sülh gündəliyi milli maraqları təmin etməklə yanaşı, həm də regional və qlobal əməkdaşlıq üçün böyük perspektivlər açıb. Ötən il avqustun 8-də Vaşinqton zirvə görüşündə əldə olunan razılaşmalar onun təsdiqidir ki, dünya Azərbaycanın sülh gündəliyini təqdir edir.
Beləliklə, regionda müşahidə edilən diplomatik fəallıq fonunda dünya ölkələri, ayrı-ayrı beynəlxalq təşkilatlar respublikamıza böyük maraq göstərirlər. Qürurverici haldır ki, liderlər fəal və nəticəyönümlü diplomatiyanın müəllifi olan Prezident İlham Əliyevlə müzakirələr aparmağa ehtiyac duyurlar. Son aylarda Litvanın Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin və Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfərləri bu dinamikanın təsadüfi olmadığını göstərir. Bu proseslər beynəlxalq arenada Azərbaycanın artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir. Qeyd edək ki, Andrey Babiş Avropa İttifaqından (Aİ) kənar ölkələrin respublikamıza səfərə gələn ilk Baş nazirdir. Andrey Babişin respublikamıza səfəri fonunda aydın olur ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur.
Azərbaycan Prezidentinin liderləri Qəbələdə qarşılaması da xüsusi özəlliyə malikdir. Bu, bilavasitə Azərbaycanın spesifik inkişaf strategiyası ilə bağlı olan bir məsələdir. Məlumdur ki, respublikamızda Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən başlayaraq məqsədli regional inkişaf proqramları reallaşdırılıb. Bunun da nəticəsində ölkənin regionlarının da sürətli sosial-iqtisadi inkişafı təmin edilib. Qəbələdə ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarının qarşılanması Azərbaycanın regional inkişaf proqramlarının kifayət qədər uğurlu olmasının bariz göstəricisidir. Ukrayna Prezidentinin və Çexiya Baş nazirinin Qəbələdə qarşılanması yeni protokol yanaşmasının göstəricisi olmaqla yanaşı, regionların diplomatik xəritədə rolunun artırılması siyasətinin tərkib hissəsidir. Daha əvvəl Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün də Qəbələdə keçirilməsi bu şəhərin strateji əhəmiyyətini artırıb. Bu isə o deməkdir ki, Qəbələ artıq Bakı və Şuşa ilə yanaşı, yeni diplomatik mərkəz kimi formalaşır.
Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələyə keçid
Çex Respublikası Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulub. Azərbaycanın Çexiyadakı Səfirliyi 31 oktyabr 2005-ci il, Çexiyanın respublikamızdakı Səfirliyi isə 24 sentyabr 2019-cu il tarixlərində təsis edilib. Prezident İlham Əliyevin 12 avqust 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilib.
Qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafına dövlət başçılarının səfərləri güclü impuls verir. İndiyədək Azərbaycan Prezidentinin Çexiyaya 5 səfəri baş tutub. Sonuncu səfər (işgüzar) Prezident İlham Əliyev tərəfindən 6-7 oktyabr 2022-ci il tarixlərində həyata keçirilib. Öz növbəsində Çexiya Prezidentinin Azərbaycan 2 rəsmi səfəri baş tutub. Sonuncu səfər Miloş Zeman tərəfindən 15-17 sentyabr 2015-ci il tarixlərində reallaşdırılıb. Bundan başqa, hər iki ölkənin digər yüksəksəviyyəli rəsmilərinin də tez-tez qarşılıqlı səfərləri baş tutur. Parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Milli Məclisdə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, həmçinin Çexiya parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Çexiya-Azərbaycan münasibətlərinin institusional bazası kifayət qədər möhkəmdir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir.
Qarşılıqlı münasibətlərini strateji tərəfdaşlığın ruhuna uyğun şəkildə inkişaf etdirməkdə maraqlı olan Azərbaycanla Çexiya beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa İttifaqı çərçivəsndə də sıx əməkdaşlıq edirlər. Cexiya hər zaman Azərbaycanın ərazi bütövlüyünə, ölkəmizin Aİ ilə əlaqələrinin genişlənməsinə dəstək verib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

