Azərbaycan–Çexiya münasibətləri yeni mərhələdə
29.04.2026 [11:07]
2026-cı il aprelin 27-də Çexiya Respublikasının Baş Naziri Andrej Babiš-in Azərbaycana səfəri və Prezident Ilham Aliyev ilə keçirilən görüş iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfər zamanı ölkə Prezidenti Cənab İlham Əliyev mətbuata bəyanat verərək vurğuladı ki, Azərbaycan ilə Çexiya Respublikası arasındakı əməkdaşlıq artıq yalnız diplomatik təmaslarla məhdudlaşmır, çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər arasında formalaşmış fəal siyasi dialoq münasibətlərin əsas dayaqlarından biridir. İlk görüşün məhsuldar keçməsi, regional, ikitərəfli və qlobal məsələlər üzrə aparılan geniş fikir mübadiləsi göstərir ki, Bakı və Praqa beynəlxalq gündəmdə ortaq maraqlar əsasında daha sıx koordinasiya niyyətindədir. Bu, xüsusilə mürəkkəb geosiyasi şəraitdə qarşılıqlı etimada söykənən münasibətlərin əhəmiyyətini artırır.
Səfərin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqla bağlı konkret təkliflərin irəli sürülməsi oldu. Çexiyadan geniş iş adamları heyətinin Azərbaycana gəlməsi və biznes-forumun təşkili sadəcə protokol xarakterli addım deyil, iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün praktik platformadır. Ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması mühüm göstərici olsa da, Prezident İlham Əliyevin vurğuladığı kimi, əsas məsələ bu göstəricinin strukturunun daha balanslı formalaşdırılmasıdır. Bu yanaşma iqtisadi əlaqələrin xammal ticarətindən investisiya, sənaye kooperasiyası və texnoloji tərəfdaşlıq mərhələsinə keçidini hədəfləyir.
Energetika sahəsi isə əməkdaşlığın aparıcı sütunu olaraq qalır. Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması, ölkəmizin Avropa üçün etibarlı tərəfdaş kimi qəbul olunması enerji diplomatiyasının uğurunu bir daha təsdiqləyir. Azərbaycan qazının 16 ölkəyə ixracı, onlardan 10-nun Avropa İttifaqına üzv olması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu göstərir. Bu kontekstdə Çexiya ilə əməkdaşlıq təkcə kommersiya maraqları ilə məhdudlaşmır, uzunmüddətli strateji enerji tərəfdaşlığı formatı qazanır.
Səfərdə müdafiə sənayesi sahəsində əməkdaşlığın ayrıca vurğulanması isə münasibətlərin yeni istiqamətini müəyyən edir. Çexiya ilə hərbi təyinatlı məhsullar üzrə mövcud əməkdaşlıq və birgə istehsalla bağlı danışıqlar Azərbaycanın müdafiə sənayesinin inkişaf strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlıq texnologiya transferi, istehsal potensialının artırılması və milli müdafiə imkanlarının gücləndirilməsi baxımından strateji perspektivlər açır.
Bu günlər Azərbaycan–Çexiya münasibətləri yeni dinamika qazanır. Bu əməkdaşlıq modelində siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, müdafiə sənayesi və investisiya əməkdaşlığı bir-birini tamamlayan vahid strateji xətt təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi “qarşımızda çox gözəl perspektivlər açılır” fikri də məhz bu reallığın ifadəsidir.
Bugünkü mərhələdə Azərbaycan ilə Çexiya Respublikası arasında münasibətlər dostluq münasibətləri ilə yanaşı Avropa ilə Cənubi Qafqaz arasında etibarlı əməkdaşlıq körpüsünün möhkəmlənməsi kimi də dəyərləndirilə bilər. İki ölkə arasındakı qarşılıqlı faydaya əsaslanan, uzunmüddətli və strateji xarakter daşıyan əməkdaşlıq modeli bundan sonra daha da yüksək xətlə inkişaf edəcəkdir.
Qadir İbrahimov
YAP Culfa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

