Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı
06.05.2026 [10:21]
Azərbaycan və İtaliya arasındakı münasibətlər bu gün özünün ən parlaq dövrünü yaşayır. İki ölkə arasında 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr mövcud əlaqələrin sarsılmaz hüquqi əsasını təşkil edir. Bu sənədlərdə təsbit olunmuş müddəalar sadəcə bəyanat xarakteri daşımır, onlar bu gün iqtisadi, siyasi və humanitar sahələrdə real işlərlə öz təsdiqini tapır. İtaliya nümayəndə heyətlərinin Azərbaycana səfərləri, xüsusilə regional təmaslar kontekstində Bakıya verilən önəm, ölkələrimiz arasındakı qarşılıqlı hörmətin və yüksək səviyyəli siyasi dialoqun bariz göstəricisidir.
İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin səfəri zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev vurğuladı ki, İtaliya uzun illərdir ki, Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı statusunu qoruyub saxlayır. Ötən ilin yekunlarına görə, iki ölkə arasındakı ticarət dövriyyəsinin təxminən 12 milyard dollar təşkil etməsi bu əlaqələrin miqyasından xəbər verir. Münasibətlərin ən mühüm istiqamətlərindən biri olan energetika sahəsində Azərbaycan İtaliya üçün etibarlı və strateji təchizatçıya çevrilmişdir. Hazırda Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdə qərarlaşır. Ötən il ixrac edilən 25 milyard kubmetr qazın 9,5 milyard kubmetrinin məhz İtaliya bazarına yönəldilməsi bu əhəmiyyəti rəqəmlərlə sübut edir. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi isə gələcəkdə bu həcmlərin daha da artırılmasına və Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcəkdir.
Ölkə başçısı bəyanatında həmçinin bildirdi ki, Azərbaycan və İtaliya arasında əməkdaşlıq artıq ənənəvi sektorların hüdudlarını aşır. Hərbi-texniki əməkdaşlıq bu sahədə yeni və çox ümidverici bir istiqamətdir. İtaliyanın qabaqcıl texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi yolu ilə birgə istehsal müəssisələrinin qurulması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına qoyduğu təxminən 3 milyard dollarlıq investisiya ölkəmizin İtaliya bazarına olan inamının və marağının göstəricisidir. Hazırda Azərbaycanda 130-a yaxın İtaliya şirkətinin fəaliyyət göstərməsi iqtisadi ekosistemin nə qədər canlı olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev İtaliya şirkətlərinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərində ən fəal xarici tərəfdaşlar sırasında olduğuna diqqət çəkdi. İndiyə qədər həmin ərazilərdə 23 mühüm layihənin icra edilməsi İtaliyanın Azərbaycanın haqq işinə və gələcək inkişafına verdiyi dəstəyin rəmzidir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

