Etibarlı tərəfdaşlar: Azərbaycan-İtaliya
06.05.2026 [10:32]
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında ikitərəfli münasibətlər müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı maraqlara əsaslanan və strateji xarakter daşıyan əməkdaşlıq modeli kimi çıxış edir. Bu münasibətlər siyasi, iqtisadi, enerji, eləcə də mədəni-humanitar sahələri əhatə etməklə çoxşaxəli və institusional əsaslara söykənir. Azərbaycanın müstəqillik əldə etməsindən sonra Avropa dövlətləri ilə əlaqələrinin genişlənməsi fonunda İtaliya ilə əməkdaşlıq xüsusi prioritet istiqamətlərdən birinə çevrilmişdir.
Siyasi münasibətlər kontekstində tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətə əsaslanan mövqe nümayiş etdirirlər. Yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış ikitərəfli sənədlər hüquqi müqavilə bazasının formalaşmasına və möhkəmlənməsinə xidmət etmişdir. Bu çərçivədə İlham Əliyev və Sergio Mattarella arasında keçirilən görüşlər, həmçinin hökumətlərarası komissiyaların fəaliyyəti siyasi dialoqun davamlılığını təmin edən əsas mexanizmlər kimi qiymətləndirilir.
Son dövrlərdə münasibətlərin inkişafında Giorgia Meloninin Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb etmişdir. Bu səfər çərçivəsində aparılan danışıqlar ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi, xüsusilə enerji, ticarət və investisiya sahələrində yeni perspektivlərin müəyyən olunması baxımından mühüm nəticələr vermişdir. Səfər zamanı tərəflər strateji tərəfdaşlığın genişləndirilməsi istiqamətində siyasi iradə nümayiş etdirmiş və mövcud əməkdaşlığın yeni mərhələyə keçidinə zəmin yaratmışdır.
İqtisadi münasibətlər Azərbaycan–İtaliya əməkdaşlığının aparıcı istiqamətini təşkil edir. İtaliya uzun illərdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq çıxış edir və bu əməkdaşlıq əsasən enerji resurslarının ixracı üzərində qurulmuşdur. Bu baxımdan SOCAR ilə Eni arasında əməkdaşlıq, eləcə də Trans Adriatic Pipeline (Trans Adriatik Boru Xətti) layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, qeyri-neft sektorunda investisiya layihələrinin genişlənməsi iqtisadi əlaqələrin diversifikasiyasına şərait yaradır və qarşılıqlı iqtisadi asılılığın dərinləşməsinə gətirib çıxarır.
Enerji diplomatiyası iki ölkə arasında münasibətlərin strateji mahiyyətini daha da gücləndirir. Azərbaycan Avropanın etibarlı enerji təchizatçısı kimi çıxış edir, İtaliya isə bu resursların əsas idxalçılarından biri olmaqla yanaşı, enerji infrastrukturunun inkişafında fəal iştirak edir. Bu əməkdaşlıq modeli həm də regional enerji layihələrinin reallaşdırılmasında mühüm platforma rolunu oynayır.
Mədəni-humanitar sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin sosial-mədəni ölçüsünü təşkil edir. Təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən proqramlar, tələbə mübadiləsi və birgə elmi layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir. İtaliya universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayının artması bu əlaqələrin praktiki nəticələrindən biridir.
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında münasibətlər qarşılıqlı maraqların uzlaşdırılması, institusional əməkdaşlığın inkişafı və strateji tərəfdaşlıq prinsipləri əsasında formalaşaraq davamlı inkişaf dinamikası nümayiş etdirir. Mövcud geosiyasi reallıqlar fonunda bu əməkdaşlığın genişlənməsi həm regional sabitlik, həm də beynəlxalq enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
YAP Ordubad rayon təşkilatında məsləhətçi - Nicat Əsədli
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

