Yeni reallığın mesajı: Azərbaycanın sülh gündəliyi və beynəlxalq çağırışı - MÖVQE
06.05.2026 [11:26]
Rəsmi Bakı növbəti dəfə beynəlxalq münasibətlər sistemində sülhə sadiqlik məsələsində prinsipial mövqe nümunəsi göstərib. Paytaxt Bakıdan elə siyasi mesajlar səsləndirilib ki, beynəlxalq ictimaiyyət onları görməzdən gələ bilməz. Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında çıxış edib. Təkcə sözügedən fakt özü-özlüyündə təlatümlü və müxtəlif münaqişələr ilə zəngin olan müasir dünya üçün nümunəvi sülh örnəyidir. Əlbəttə ki, bu tarixi unutmaq olmaz və bu tarix təkcə milli diplomatiyamızın yox, həmçinin yeni Azərbaycan-Ermənistan münasibətlərinin əlamətdar hadisəsidir.
Şübhəsiz ki, bu cür fakt və mənzərələrə şahidlik edən zaman uzun onilliklər ərzində vasitəçilik manipulyasiyaları ilə məşğul olan, həqiqətdə isə sadəcə münaqişənin dondurulmasına xidmət edən bəzi dövlətlərin “beyin təzyiqləri” təhlükəli səviyyəyə qədər artmışdır. Ermənistanda təşkil olunan adı çəkilən beynəlxalq tədbir çərçivəsində Azərbaycan Prezidentinin videobağlantı formatında iştirak etməsi faktı münaqişədən sonrakı sülh ilə bağlı bütün qərəzli şərhlərə son qoydu, beynəlxalq ictimaiyyət isə buna şahidlik etdi.
Prezidentin “zərgər” dəqiqliyi ilə müəyyən olunan diplomatiya strategiyası sayəsində “təzyiq” və “manipulyasiya” aləti növbəti dəfə bəzi dövlətlərin əlindən alındı. Çıxış zamanı Prezident İlham Əliyev səsləndirdiyi sözlər məhz həmin qüvvələrə ünvanlanmış açıq mesajdır: “Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir.” Odur ki, qeyd olunan fakt mütləq olaraq milli diplomatiya təqvimimizə qırmızı rəqəmlə daxil olmalıdır.
“Bakıdan salamlar” – dövlət başçısı öz çıxışını məhz bu sözlər ilə başlamışdır. Sözügedən faktın şərh olunmasında idman terminologiyasından istifadə etsək deyə bilərik ki, “Bakıdan salamlar” ifadəsi ilə çıxışın başlanması sülhə qarşı olan bütün qüvvələrə Prezident tərəfindən vurulmuş ilk sarsıdıcı zərbə idi. Şübhəsiz ki, bu zərbə rəqiblərin “nokdauna” düşməsinə səbəb olmuşdur. Daha sonra dövlət başçısı tərəfindən səsləndirilmiş digər fikirlər sadəcə bu diplomatik döyüşün Prezident İlham Əliyevin xeyrinə nəticələndiyinin rəsmiləşdirilməsi idi.
Əlbəttə ki, Prezidentin “salamı” təkcə konfrans iştirakçılarına ünvanlanmış protokol qaydalarına hörmət əlaməti deyil. Bakıdan göndərilən “salamın” siyasi məna və təyinatı gözlə görmək mümkün olan sərhədlərdən daha genişdir. Bu “salam” eyni zamanda müəllifi Azərbaycan xalqı olan “yeni reallıqdan” dünyada geosiyasi mühafizəkarlığı qoruyan və köhnə geosiyasi quruluşu müdafiə edən dövlətlərə göndərilmiş mövqe mesajıdır.
Təsadüfi deyil ki, Prezident sözügedən çıxışında AŞPA və Avropa Parlamenti kimi beynəlxalq təsisatlarının da “xoşməramlı” missiyalarını yada salmışdır: “Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır...” və “İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur.” Bu sözlər sadəcə əzələ nümayişi deyil, adları çəkilən qurumlar tərəfindən qəbul olunan qərarların əsl təyinatının ifşasıdır. Adları çəkilən təşkilatların təyinat və missiyası müasir beynəlxalq münasibətlər sisteminin təzyiq və siyasi alver bazarına çevirməkdən ibarət olmamalıdır. Əksinə, sözügedən təşkilatlar onlara üzv olan ölkələrin rifah, sabitlik və dayanıqlı inkişafına xidmət etməlidir. Digər sözlərlə, beynəlxalq hüquq dövlətlərin daxili məsələlərinə müdaxilə etmək mexanizmi deyil, bu hüquq dövlətlərin suverenliyini qorumaq üçündür. Beynəlxalq təşkilatlar da həmin hüququn aliliyini təmin etməlidir.
Odur ki, Bakıdan göndərilən “salam” həm də ki, beynəlxalq münasibətlər sistemində öz mövqeyini bərkitmiş, “ikili standartlar siyasəti və təzyiqlərə rəğmən tarixi ədaləti bərpa edərək unudulmaz Qələbəni əldə etmiş qürurlu və bərabərhüquqlu tərəfdaşın salamıdır. Bu “salam” beynəlxalq tədbirə qoşulmaqla ona rəng və məna qatmış müzəffər dövlətin mesajıdır. Artıq Azərbaycan sadəcə hansısa beynəlxalq tədbir və layihəyə qatılmaqdan sevinən bir dövlət deyil, Azərbaycanın bu və ya digər layihəyə qatılması faktı həmin layihələrin uğurlu olacağına dəlalət edir. Budur düşmənlərin gözləri götürmədiyi yeni reallığın gözqamaşdıran çalarları.
Qalib tərəf olmasına rəğmən Azərbaycan yenə də diktə ritorikasından uzaq dayanır və sülh gündəliyinə öz sadiqliyini nümayiş etdirir. Mövcud mənada Prezidentin bu sözləri də xüsusi əhəmiyyət daşıyır: “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”. İqtisadi əməkdaşlıq əlaqələri ilə bağlı konkret faktları sadalamaqla dövlət başçısı dolayısı ilə bildirir ki, bəzi ölkələrin münasibətlərdə uzun illər ərzində çata bilmədikləri nəticələrə Azərbaycan və Ermənistan cəmi bir neçə aya müvəffəq olmuşdur.
Beynəlxalq münasibətlər sistemində kin, nifrət, qərəz və total şübhə toxumlarının aktiv şəkildə səpildiyi bir dövrdə Azərbaycan regionu bu cür təhlükəli tendensiyalardan qoruya biləcək təşəbbüslərlə davamlı olaraq çıxış edir. Bəli, bu mənada Bakıdan göndərilən “salam” həm də ki, bütün regionun inkişafına xidmət edən sülh siyasətinin təzahürüdür. Azərbaycan öz geosiyasi oyununu açıq kartlar ilə aparır və bu kartın adı “sülhdür”. Geosiyasi “kartları”nı gizlədən tərəflər isə regionda sülhün bərqərar olmasını istəməyənlərdir. Beləliklə, Prezident İlham Əliyev tərəfindən Bakıdan göndərilən salam həm də o deməkdir ki, kim bizə sülh ilə gələr, biz də ona sülh ilə gedərik.
Politoloq Asif Adil
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

