Azərbaycan–İtaliya münasibətləri: qarşılıqlı maraqların inteqrasiyası
07.05.2026 [12:34]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin dərin məzmununu, geniş əhatə dairəsini və qarşılıqlı maraqlara əsaslanan inkişaf xəttini ifadə edir. Azərbaycan–İtaliya əlaqələri artıq uzunmüddətli tərəfdaşlıq formatında siyasi dialoqdan iqtisadi və humanitar sahələrə qədər geniş spektri əhatə edir.
İki ölkə arasında münasibətlərin əsasını 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri təşkil edir. Bu sənədlər qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirərək əlaqələrin sistemli şəkildə inkişafına imkan yaradıb. Yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və davamlı təmaslar tərəflər arasında etimad mühitinin formalaşdığını təsdiqləyir.
Baş nazirin regiona səfəri çərçivəsində əvvəl Ermənistanda proqramını başa çatdıraraq daha sonra Azərbaycana gəlməsi diplomatik baxımdan xüsusi məna kəsb edir və münasibətlərdə qarşılıqlı hörmətin ifadəsi kimi qiymətləndirilir.
Energetika Azərbaycan–İtaliya münasibətlərində aparıcı sahə olaraq qalır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı, enerji ixracında da ön mövqelərdən birini tutur. Azərbaycan İtaliyanın neft və qaz təchizatında mühüm rol oynayır. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizi çərçivəsində daha da genişlənir və onun əsas komponentlərindən biri olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya qaz nəqli həyata keçirilir. Qaz ixracının artırılması və infrastrukturların genişləndirilməsi istiqamətində aparılan müzakirələr tərəfdaşlığın perspektivlərini daha da gücləndirir. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur”.
İki ölkə arasında ticarət dövriyyəsinin təxminən 12 milyard dollar təşkil etməsi iqtisadi münasibətlərin miqyasının təzahürüdür. İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşı kimi çıxış edir. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı təxminən 3 milyard dollarlıq sərmayə qarşılıqlı iqtisadi maraqların möhkəm və davamlı əsaslar üzərində formalaşdığını göstərir. Bu investisiyalar gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır və iqtisadi əməkdaşlığın coğrafiyasını genişləndirir.
İkitərəfli münasibətlərin yeni istiqamətlərindən biri hərbi-texniki sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsidir. Birgə istehsal layihələrinin reallaşdırılması, texnologiya mübadiləsi və sənaye potensialının birləşdirilməsi bu istiqamətin perspektivli olduğunu göstərir. İtaliya texnologiyalarının və Azərbaycanın maliyyə imkanlarının sintezi innovativ əməkdaşlıq imkanlarını artırır.
Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlər xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən layihələrdə fəal iştirak edir. Ümumilikdə 23 layihənin icrası iqtisadi əməkdaşlığın praktiki nəticələrini ortaya qoyur və İtaliya şirkətlərinin bu prosesdə ön mövqedə olduğunu göstərir.
Təhsil sahəsi Azərbaycan–İtaliya münasibətlərində xüsusi yer tutur. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti bu əməkdaşlığın mühüm nümunəsidir. Artıq yüzlərlə tələbənin təhsil aldığı bu ali məktəb gələcəkdə yüksək ixtisaslı kadrların hazırlanmasına və iki xalq arasında humanitar əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
Azərbaycan–İtaliya münasibətləri bu gün siyasi, iqtisadi, enerji və humanitar sahələri əhatə edən çoxşaxəli tərəfdaşlıq modeli kimi çıxış edir. Mövcud dinamika göstərir ki, qarşılıqlı maraqlara əsaslanan bu münasibətlər gələcəkdə daha geniş məzmun kəsb edəcək və regional əməkdaşlıq sistemində mühüm rolunu qoruyub saxlayacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33

