YAP Sabunçu rayon təşkilatı inşa müsabiqəsinin qaliblərini mükafatlandırıb
08.05.2026 [17:03]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə Sabunçu rayonu ümumtəhsil məktəblərinin X və XI sinif şagirdləri arasında keçirilən “Müasir Şəhərsalma və Heydər Əliyev irsi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq ili” elan etməsinin vacibliyindən danışıb. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərini Azərbaycan şəhərsalmasının intibah dövrü adlandırıb, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun davam etdirildiyini, Qarabağda “ağıllı şəhər” konsepsiyası əsasında aparılan quruculuq işlərinin buna əyani sübut olduğunu bildirib. Vurğulanıb ki, bu təşəbbüs ölkəmizdə şəhərsalma siyasətinin daha da təkmilləşdirilməsinə, milli memarlıq irsinin qorunmasına və müasir memarlıq meyillərinin inkişafına mühüm töhfə verir.
Çıxış edən 255 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Mətanət Məmmədova, İlqar Əliyev adına 96 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Mehriban Hacıyeva və digərləri bildiriblər ki, bu cür müsabiqələr şagirdlərin Ulu Öndər Heydər Əliyevin həyatı, fəaliyyəti və siyasi irsi barədə biliklərini artırır, onların analitik yazı bacarıqlarını inkişaf etdirir, istedadlı və yaradıcı şagirdlərin üzə çıxarılmasına şərait yaradır.
Sabunçu rayonunun 49 ümumtəhsil məktəbləri üzrə 94 nəfər şagirdin iştirak etdiyi inşa müsabiqəsində birinci yerin qalibi İlqar Əliyev adına 96 nömrəli tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi İsmayılova Ayan Elsevər qızı, ikinci yerin qalibi 307 nömrəli tam orta ümumtəhsil məktəbin X sinif şagirdi Jafarova Aysu Şahbaz qızı, üçüncü yerin qalibi isə 215 nömrəli tam orta ümumtəhsil məktəbin X sinif şagirdi Abbasadə Səbinə Aslan qızı olublar.
Eynulla Ağayev adına 198 nömrəli tam orta ümumtəhsil məktəbin X sinif şagirdi Məsiyarlı Miribrahim Aqil oğlu və 255 nömrəli tam orta ümumtəhsil məktəbin X sinif şagirdi Quluzadə Kərim Bəxtiyar oğlu isə müsabiqədə fərqləndiklərinə görə təltif olunublar.
Qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19

