Dünyada sülhməramlıların sayı niyə azalır?
27.05.2026 [08:51]
Dünyada ötən ilin sonuna qədər sülhməramlı əməliyyatlarda iştirak edən şəxsi heyətin sayı 25 ilin ən aşağı səviyyəsinə enib. Bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) analitik hesabatında bildirilir. Məlumata görə, 31 dekabr 2025-ci il tarixə olan göstəriciyə əsasən, sülhməramlı əməliyyatlarda 78 633 beynəlxalq şəxsi heyət iştirak edib ki, bu da 2016-cı illə müqayisədə 49 faiz azalma və 2000-ci ildən bəri ən aşağı səviyyədir. SIPRI mütəxəssisləri qeyd edirlər ki, sülhməramlı heyətin sayında azalma on ildir davam edir, lakin 2025-ci ildə azalma ən kəskin - əvvəlki illə müqayisədə 17 faiz olub.
Hesabatda vurğulanır ki, geosiyasi gərginliklər, siyasi təzyiqlər və maliyyə böhranları çoxtərəfli sülhməramlı əməliyyatların davamlılığını təhdid edir. 2025-ci ildə 34 ölkə və regionda 58 çoxtərəfli sülhməramlı əməliyyat aktiv olub ki, bu da əvvəlki ildən üç rəqəm azdır. Afrikada - Saxaradan cənuba və Avropada 18 missiya yerləşdirilib, habelə 14 missiya Yaxın Şərq və Şimali Afrikada, beşi Şimali və Cənubi Amerikada, üçü Asiya və Okeaniyada.
Sülhməramlı heyətin təxminən 73 faizi beş missiyada cəmləşib ki, bunlardan dördü Afrikada Saxaradan cənuba doğru ərazilərdədir. SIPRI, həmçinin BMT əməliyyatları üçün maliyyə böhranına da işarə edir. İnstitutun məlumatına görə, BMT-nin sülhməramlı missiyaları üçün maliyyə çatışmazlığı 2025-ci ilin iyul ayında 2 milyard dollara çatıb ki, bu da 2024-2025-ci illər üçün BMT-nin 5,6 milyard dollarlıq sülhməramlı büdcəsinin 35 faizdən çoxunu təşkil edir. Ekspertlər qeyd edirlər ki, bu, bir sıra missiyalarda əhəmiyyətli dərəcədə işçi heyətinin ixtisarına səbəb olub. Bundan əlavə, məlumata görə, BMT Təhlükəsizlik Şurasında əməliyyat mandatlarının uzadılması daimi üzvlərin sərt tələbləri və veto təhdidləri ilə çətinləşir.
İnstitutun baş elmi işçisi Klaudiya Pfayfer Kruz bildirib ki, BMT-nin münaqişələrin həllində zəifləmiş rolu alternativ mexanizmlərin hazırda doldura bilmədiyi artan boşluq yaradır. Onun sözlərinə görə, münaqişələrin həllinə çoxtərəfli yanaşmanı qorumaq üçün dövlətlər proqnozlaşdırıla bilən maliyyələşdirməni təmin etməli və effektiv beynəlxalq koordinasiya üçün şərait yaratmalıdırlar.
Qeyd edək ki, sülhməramlılar 1948-ci ildə qurulmuş, Birləşmiş Millətlər Təşkilatının dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qabağını almaq və ya qısa-müddətli həll yolu gətirmək üçün tərkibində olan hərbi-silahlı qüvvələrdir. Şablon olaraq insanların beynində birləşmiş millətlər və tabeliyində olan qüvvələrin heç bir işə yaramadığı və sülh üçün effektiv mübarizə aparmadığı fikri olsa da, BMT sülhməramlı qüvvələri Kosovo, Əfqanıstan, Haiti, Kipr, Livan, Suriya, Cənubi Sudan, Şimali Sudan, Mali və s. kimi dünyanın onlarca qaynar münaqişə nöqtəsində olan vəziyyəti tənzimləməklə məşğuldurlar. Misal üçün, əgər BMT Suriyanın Qolan təpələrinə nəzarət etməsə idi, indi o ərazilər uğrunda Suriya ilə İsrail arasında münaqişə daha da gərginləşərdi.
Sülhməramlıların sayının dünyada azalmasının əsas səbəbi yalnız maliyyə çatışmazlığı deyil. Burada təhlükəsizlik amili də əsas rol oynayır. Məlumdur ki, bir sıra münaqişəli regionlarda BMT sülhməramlı qüvvələrinə də hücumlar edilir. Bunu Yaxın Şərq nümunəsində də görmək olar. Məsələn, Livanda BMT sülhməramlıların qərargahı hücuma məruz qalıb, patrul xidməti aparan İtaliya sülhməramlılarına dəfələrlə atəş açılıb. Bununla belə, rəsmi Roma bəyan edib ki, Livanda sülhün qorunması və gərginliyin azaldılması üzrə səylər davam etdiriləcək, lakin ölkə sülhməramlıların roluna hörmət olunmasını və onların təhlükəsizliyinin qorunmasını tələb edib.
Rəsmi Cakarta isə Livanda İndoneziya əsgərlərinin öldürülməsindən sonra bütün BMT sülhməramlılarının təhlükəsizliyini tələb edib. İndoneziya xarici işlər naziri Sugiono bildirib ki, Livanda Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrində (UNIFIL) xidmət edən İndoneziya qoşunları döyüş üçün təchiz olunmayıb: “Onların təlimi və avadanlıqları sülhü təmin etmək üçün deyil, onu qorumaq üçün nəzərdə tutulub. Sülhməramlılar üçün təhlükəsizlik zəmanətləri olmalıdır, çünki onlar sülhü qoruyurlar”. Diplomat həmçinin BMT-ni bütün missiya yerləşmə ərazilərində, xüsusən də Livanda təhlükəsizlik prosedurlarının hərtərəfli yenidən qiymətləndirilməsini aparmağa çağırıb.
İllər öncə Konqoda daha böyük faciə baş vermişdi. Belə ki, BMT missiyasına silahlıların hücumu nəticəsində 19 nəfər ölmüş, 53 nəfər isə yaralanmışdı. Üsyançı “Birləşmiş Demokratik Qüvvələr” (ADF) qruplaşması BMT Sabitlik Missiyasının (MONUSCO) bazasına hücum edib. Toqquşmalarda 14 BMT sülhməramlısı, 5 hərbçi ölüb, 53 sülhməramlı yaralanıb. Bu, BMT sülhməramlıların ölümü ilə nəticələnən ən böyük cinayətlərdən biridir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01

