Aqrar sektorun inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir
26.05.2026 [17:11]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsidir. 25 may 2026-cı il tarixdə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərdi ki, aqrar sahənin inkişafı yalnız iqtisadi məsələ deyil, həm də ölkənin ərzaq təhlükəsizliyi, regionların sosial rifahı və məşğulluğun artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı vurğuladı ki, son illər kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədir. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, subsidiyaların artırılması, müasir texnologiyaların tətbiqi, aqroparkların yaradılması və meliorasiya tədbirlərinin gücləndirilməsi kənd təsərrüfatında yeni inkişaf mərhələsinin formalaşmasına səbəb olmuşdur. Bu siyasətin əsasında isə ilk növbədə Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi dayanır.
Bu gün Azərbaycanın kənd təsərrüfatı sektoru ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilib. Xüsusilə qeyri-neft sektorunun inkişafı strategiyası çərçivəsində aqrar sahəyə göstərilən diqqət regionlarda iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin açılmasına və kənd əhalisinin sosial vəziyyətinin yaxşılaşmasına mühüm töhfə verir. Dövlət başçısının da qeyd etdiyi kimi, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması, ixrac potensialının genişləndirilməsi və rəqabətqabiliyyətli məhsul istehsalı qarşıda duran əsas vəzifələrdəndir.
Müşavirədə su ehtiyatlarından səmərəli istifadə, torpaq fondunun qorunması və müasir suvarma sistemlərinin tətbiqi məsələlərinə xüsusi diqqət yetirilməsi Prezident İlham Əliyevin strateji yanaşmasının mühüm tərkib hissəsidir. İqlim dəyişikliklərinin təsirlərinin artdığı bir dövrdə aqrar sahədə innovativ yanaşmaların tətbiqi, rəqəmsal idarəetmənin genişləndirilməsi və elmi əsaslı mexanizmlərin gücləndirilməsi olduqca vacibdir. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıqlar kənd təsərrüfatının gələcək inkişaf yol xəritəsini müəyyənləşdirir.
Azərbaycanın kənd təsərrüfatı siyasətində əsas məqsədlərdən biri də daxili bazarın yerli məhsullarla təmin olunması və ərzaq təhlükəsizliyinin tam təmin edilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu istiqamətdə mühüm nailiyyətlər əldə olunmuşdur.
Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən siyasət Azərbaycan dövlətinin gücünü, iqtisadi imkanlarını və gələcəyə hesablanmış strateji baxışını əks etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə həyata keçirilən islahatlar ölkənin dayanıqlı inkişafına mühüm töhfə verməklə yanaşı, kənd insanının rifahının yüksəlməsinə və regionların daha da inkişaf etməsinə xidmət edir.
Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan kənd təsərrüfatında yeni inkişaf mərhələsinə qədəm qoyub. Əldə olunan nailiyyətlər və qarşıya qoyulan məqsədlər göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da aqrar sahədə böyük uğurlara imza atacaq, Azərbaycanın iqtisadi qüdrəti daha da artacaqdır.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31

