Keçmiş Baş nazir prezident olmaq iddiasında...
27.05.2026 [09:15]
Qabriel Attal namizədliyini rəsmən elan edib
Növbəti il keçiriləcək prezident seçkiləri ilə əlaqədar Fransada siyasi fəallıq xeyli artmaqdadır. Artıq bir sıra siyasətçilər seçkilərdə iştirak etmək niyyətlərini ifadə ediblər. Bir neçə gün əvvəl isə Fransanın keçmiş Baş naziri Qabriel Attal 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən elan edib. Bu addım onun sağ mərkəzçi siyasi blok daxilində mövqeyini gücləndirməyə yönəlmiş strategiyasında yeni mərhələ kimi qiymətləndirilir. 37 yaşlı siyasətçi namizədliyini Aveyron departamentində yerləşən və təxminən 700 nəfər əhalisi olan Mur-de-Barrez kommunasında açıqlayıb.
Q.Attal kimdir?
Attalın namizədliyini elan etməsi “La Tribune Dimanche” qəzetində dərc olunan və təxminən 500 yerli seçilmiş nümayəndənin imzaladığı müraciətdən bir neçə gün sonraya təsadüf edir. Həmin müraciətdə siyasətçiyə prezident seçkilərində iştirak etməsi üçün çağırış edilmişdi. 2024-cü ilin dekabrında partiya rəhbərliyinə seçildikdən sonra Attal müxtəlif ictimai görüşlər, “Yeni Respublikanın Gecələri” adlı siyasi təşəbbüslər və “Azad insan kimi” adlı kitabının təqdimatı ilə gündəmdə olub. Onun tərəfdarları həmin kitabı prezidentlik kampaniyasının başlanğıc nöqtəsi kimi təqdim edirlər.
Keçmiş hökumət başçısının mayın 30-da Parisdə böyük mitinq keçirməsi planlaşdırılır. Bu arada prezident düşərgəsində 2027-ci il seçkiləri üçün əsas favorit hesab olunan Eduar Filip ilə siyasi rəqabətin də daha da güclənəcəyi gözlənilir.
Qeyd edək ki, Q.Attal Prezident Makronun yaxın tərəfdaşı olub. Hələ 2016-cı ildən Makronla yaxın əlaqəsi olan Attal 2017-ci ildə onun seçki kampaniyasında da fəal iştirak edib və Emmanuel Makronun prezident seçilməsində fəal dəstək göstərib. Sonradan Makron da bu dəstəyi əvəzsiz qoymayıb. Belə ki, Makron prezident seçiləndən sonra “dost”unu mükafatlandırıb. Mükafat isə parlamentə üzv seçilmək olub. 2020-ci ilə kimi bu vəzifədə qalan Q.Attal elə həmin ildə hökumətin sözçüsü təyin olunub. Bu vəzifədə də 2 il işlədikdən sonra Makron onu təhsil naziri təyin edib. Nəhayət, Makron Q.Attalı özündən sonra ən yüksək vəzifəyə - Baş nazir postuna təyin edib. Attal 2024-cü ilin yanvar-sentyabr aylarında bu vəzifəni daşıyıb.
Qeyd edək ki, Q.Attal da bir sıra fransız siyasətçilər kimi qatı ermənipərəstdir. O, daim erməni lobbisi ilə sıx əməkdaşlıq edir və onlar tərəfindən yüksək dəstək alır. Həmçinin, cinsi azlığın nümayəndəsi olan Q.Attal islamofob açıqlamaları və davranışları ilə də “məşhurdur”.
Ümumiyyətlə, Fransada prezident seçkilərinə bir il vaxt qalmasına baxmayaraq, aparılan yeni sorğu seçici meylləri barədə ilkin mənzərə təqdim edir. “Ifop” və “Fiducial” sorğu mərkəzləri tərəfindən “Sud Radio” radiosu və “Le Figaro” qəzeti üçün keçirilən sorğuya əsasən, ifrat sağçı Milli Birlik (Rassemblement National - RN) partiyası səsvermə niyyətlərində üstünlük əldə edir. Araşdırmaya görə, partiyanın lideri Jordan Bardella birinci turda 36 faiz səs toplamaq potensialına malikdir. Eyni partiyanı təmsil edən Marin Lö Pen namizəd olacağı təqdirdə nəticə 34-35 faiz arasında dəyişir.
Rəy sorğusuna əsasən, prezident düşərgəsini təmsil edən Qabriel Attal (“Renaissance” partiyası) 10-11 faiz səviyyəsində dəstək əldə edə bilər. Mərkəz düşərgəsini təmsil etmək üçün sorğuda adı çəkilən digər siyasətçilər - Jerald Darmanen və Sebastyen Lökornü isə 10 faizdən az səs toplayır.
Rəy sorğularının favoriti Eduard Filipdir
Sorğuda sol düşərgə bir neçə namizədin iştirakı ilə qiymətləndirilib. Jan-Lük Melanşon (“La France Insoumise” partiyası) 10-11 faiz, Rafael Qlüksmen isə 10-12 faiz səs əldə edə bilər. Ekoloqların lideri Marin Tondelye 5 faizdən aşağı, kommunist namizəd Fabyen Russel isə 3 faizdən az səs toplayır.
Sorğu, həmçinin göstərir ki, sosialistləri təmsil etmək üçün Fransua Olland namizəd olsa belə, 8 faizdən aşağı səs toplayacaq. Olivye Fore namizəd olacağı halda isə sosialistlərin dəstəyi 5 faiz səviyyəsinə düşür.
Sağ cinahın namizədi kimi təqdim edilən Brüno Rötayo (“Les Republicains” partiyası) müxtəlif ssenarilərdə 10-12 faiz səs qazana bilər. Əgər mərkəz və sağ blok vahid namizədlə seçkilərə qatılarsa, onun nəticəsi 17 faizə qədər yüksələ bilər.
Sorğuda ifrat sağın arxasınca mərkəzçi siyasi qüvvələr gəlir. əvvəlki sorğulara əsasn keçmiş Baş nazir Eduard Filip (“Horizons” partiyası) mərkəz blokunun vahid namizədi olacağı halda 16 faiz səs toplaya bilərdi. Lakin ən son sorğulara əsasən onun reytinqi əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, “Elabe” sosial sorğu mərkəzinin tanınmış siyasətçilərlə bağlı apardığı sorğuların nəticəsində E.Filip respondentlərin 50 faizdən çoxunun səsini qazanan yeganə siyasətçi olub. “Les Echos” qəzeti və “Radio classique” radiosunun sifarişi ilə reallaşdırılmış sorğuda 54 faiz səs qazanan sabiq Baş nazir fransız siyasətçiləri arasında birinci yeri tutub.
Təbii ki, seçkilər yaxınlaşdıqca ölkədə siyasi mübarizə daha da güclənəcək. Bu da namizədlərin reytinqində ciddi dəyişikliklərə səbəb ola bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01

