Müqəddəs Qurban bayramının böyük sevinci və xoşbəxtliyi!
27.05.2026 [09:57]
Daha bir əziz günü qarşılamaq qismətimiz oldu. Bu il mayın 27-də ölkəmizdə müqəddəs Qurban bayramı qeyd olunur. İnsanlar uca Yaradana yaxın olmağın sevincini və xoşbəxtliyini yaşayırlar.
Bütün İslam dünyasının ən əziz günlərindən biri olan Qurban bayramı müsəlmanların mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzinə çevrilib. Təməlində humanizm, paylaşmaq, məfkurəyə sadiqlik kimi bəşəri ideyaların dayandığı Qurban bayramı insanları bir-birinə daha yaxın edir, onları həmrəyliyə, mənəvi saflığa, ruzi-bərəkətin sevincini başqaları ilə bölüşməyə çağırır. Bu əziz günlərdə ölkəmizin hər yerində qurbanlar kəsilir, xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
Azərbaycanın identikliyini şərtləndirən əsas amillərdən biri
Respublikamızın müasirləşmə yolu ilə davamlı inkişaf kursunun təməlində dayanan əsas amillərdən biri tarixə bağlılıq, dövlətin və cəmiyyətin bizim bir xalq olaraq identikliyimizi şərtləndirən milli-mənəvi dəyərlərə son dərəcə həssas yanaşması ilə bağlıdır. Bu gün dünyada sürətli qloballaşma prosesləri gedir, bütöv xalqlar, dillər, mənəvi dəyərlər ciddi təhdidlərlə üz-üzə qalıb. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması dövlətin prioritetləri sırasında yer alır. Respublikamızın timsalında tarixiliklə müasirliyin, dövlət maraqları ilə milli maraqların unikal vəhdətini görürük.
Qədim tarixə malik Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin formalaşmasında və zənginləşməsində İslam dini mühüm rol oynayıb. VII-VIII əsrlərdən etibarən xalqımızın həyat tərzi, mədəniyyəti, məişəti bəşəriyyəti saflığa, birliyə səsləyən İslam dini ilə sıx vəhdətdə olub və təbii ki, bu dinin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Eyni zamanda, ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim İslam diyarıdır.
Hər cəhətdən nümunəvi olan dövlət-din münasibətləri
Keçmiş sovet rejimi Azərbaycanın da tərkibində olduğu ittifaqın ərazisində digər dinlər kimi, İslam dininə də sərt qadağalar qoymuşdu. Ancaq xalqımız bu qadağalara baxmayaraq 70 il ərzində etiqadını, İslam dininə sadiqliyini qəlbində qoruyub saxladı. Azərbaycan ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqillik qazandıqdan sonra adət-ənənələrimizə, o cümlədən də İslam dininə münasibət tamam dəyişdi. Müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və daha da zənginləşdirilməsi siyasətinin, hər cəhətdən nümunəvi olan dövlət-din münasibətlərinin əsası Heydər Əliyev tərəfindən qoyulub. O, xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında ikinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə qayıtdıqdan sonra respublikamızda xalqın milli-mənəvi-dini dəyərlərinin qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə böyük həssaslıqla yanaşılmağa başlanıldı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Bakıda və bölgələrdə 500-dən artıq məscid tikilib, yüzlərlə məscid isə yüksək səviyyədə təmir olunaraq inanclı insanların istifadəsinə verilib. Prezident Heydər Əliyevin 21 iyun 2001-ci il tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Dövlət-din siyasətində ardıcıllığın təmin olunması
Respublikamızda 2004-cü ildən bu yana isə zamanında Ulu Öndərin əsasını qoyduğu nümunəvi dövlət-din siyasəti Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. O cümlədən ölkə ərazisində dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı iki mini ötüb, həmçinin ölkə ərazisində 700-dən çox pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda respublikamızda təxminən 300 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Şamaxı rayonunun Dəmirçi kəndindəki qədim məscidin bərpası da başa çatdırılıb. Cənubi Qafqazda ən böyük məscid 26 dekabr 2014-cü il tarixində məhz Azərbaycanda istifadəyə verilib. Bu məscid ulu öndər Heydər Əliyevin adını daşıyır.
Ölkə ərazisində tarixi dini abidələrin bərpasında Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da yaxından iştirak edir. Bu məqamda qeyd edək ki, Azərbaycanın çoxlu sayda tarixi-mədəni-dini abidəsi Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində düşmən əlinə keçmişdi. Həmin abidələr otuz illik işğal dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və yaxud təhqirlərə məruz qalıb. Hazırda Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirilir. Həmçinin ermənilər tərəfindən dağıdılmış dini abidələrimizə ikinci həyat verilir. Onlar tarixi fotolara istinad edilməklə bərpa olunur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu şərəfli missiyanı Heydər Əliyev Fondu öz üzərinə götürüb. Artıq bir sıra abidələrin bərpası tamamlanıb, digərlərində isə işlər intensiv şəkildə davam etdirilir. Əlamətdar haldır ki, Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda İslam həmrəyliyinin möhkəmlənməsinə, İslam dəyərlərinin və mədəniyyətinin təbliğinə öz töhfəsini verir.
Tarixdən gələn multikultural ənənələr bu gün də yaşadılır
Bu gün dünyada milli, dini, irqi zəmində çoxsaylı münaqişələrin baş verdiyi hər kəsə bəllidir. Bəşəriyyət sanki geriyə dönüş edərək mədəniyyətlərin birgə mövcudluğuna qarşı çıxır. Belə bir şəraitdə Azərbaycan multikulturalizmi cəsarətlə təşviq edir. Hazırda dünyada İlham Əliyev kimi, tolerantlıq ideyalarının qorunub saxlanılmasına və daha da zənginləşdirlməsinə səmimi şəkildə çağırışlar edən liderlərin sayı elə də çox deyil. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin və multikulturalizmin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Artıq qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində respublikamızda müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Bakı Beynəlxalq Humanitar Forumuna, eləcə də Dünya Dini Liderlərinin Sammitinə, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumuna məmnuniyyətlə ev sahibliyi edir.
Azərbaycan tarixən çoxmədəniyyətli mühiti ilə fərqlənib. Eyni zamanda, tarixi ənənələr qorunaraq yaşadılır və daha da zənginləşdirilir. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda bütün dinlərə aid icmalar sərbəst şəkildə fəaliyyət göstərirlər. Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. Azərbaycan dövləti və cəmiyyəti tarixdən gələn multikulturalizm ənənələrinin davam etdirlməsinə böyük həssaslıqla yanaşır. Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir.
Azərbaycanın geniş əhatə dairəsinə malik olan multikulturalizm siyasətinin həyata keçirlməsində də Heydər Əliyev Fondu fəal şəkildə iştirak edir. Qurum respublikamızda və bütün dünyada müxtəlif mədəniyyətlərə aid olan irsin qorunmasına son dərəcə həssas yanaşma sərgiləyir. Fondun bu istiqamətdə reallaşdırdığı layihələr sərhəd tanımır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51

